Azəri
Thursday 20th of June 2019
  698
  0
  0

Türkiyədə Azərbaycanlı zəvvarların avtobusu qəzaya uğrayıb, 8 nəfər ölüb, 20 nəfər yaralanıb

Beynəlxalq şöbə: Çərşənbə axşamı Türkiyədə Azərbaycan zəvvarlarını aparan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

İQNA Quran agentliyinin Trend informasiya agentliyinə istinadən məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Türkiyədə qəzaya uğrayan avtobusda azərbaycanlı zəvvarların olduğunu təsdiq edib. İdarənin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova çərşənbə axşamı Trend-ə bildirib ki, qəzaya uğrayan avtobus azərbaycanlı zəvvarları gətirib.

Onun sözlərinə görə, ilkin məlumatda qəza nəticəsində 3 nəfərin öldüyü bildirilir, lakin ölənlərin sayının artacağı istisna deyil. Dadaşova bildirib ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin tapşırığı ilə İdarənin nümayəndəsi hadisənin baş verdiyi yerə - Sivasa yollanır.

"Ölənlərin meyitlərinin təyyarə vasitəsilə tez bir zamanda Azərbaycana gətirilməsi üçün müvafiq işlər həyata keçirilir", - QMİ rəsmisi deyib.

Sivas Dövlət Xəstəxanasından isə Trend-ə bildirilib ki, hazırda xəstəxanaya xəsarət alanlardan 4 nəfər yerləşdirilib. Onlar İnqilab Həsənov, Müqəddəs Əsgərov, Hadi İsgəndərov və Şirin Kazımovdur.

Türkiyədəki polis mənbələrindən əldə edilən məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün döngələrin birində idarəetməni itirməsi olub.

30-dan çox sərnişinin olduğu avtobus naməlum səbəblərdən su arxına düşüb. Qəza ölkənin mərkəzi hissəsində Sivas əyalətində Şarkışla qəsəbəsində baş verib.

"Qəza yerinə təcili yardım, polis, jandarm və mülki müdafiə maşınları göndərilib. Zərərçəkənlərin təxliyyəsi üzrə işlərdə yerli sakinlər iştirak edirlər", - NTV telekanalı məlumat verib.

Azərbaycanın Türkiyədəki səfirliyi hazırda baş vermiş qəza haqqında əlavə məlumat əldə etməyə çalışır.

Trend-ə etibarlı mənbədən məlum olduğuna görə, aşan avtobusun nömrəsi 90 DS 393-dür.

Bu il Həcc ziyarətinə gedən 4 azərbaycanlı zəvvar vəfat edib. Həccə gedənlərdən Duha Məmmədova Məkkədə, Xanbala Atakişiyev isə Suriyanın Şam şəhərində vəfat ediblər. 68 yaşlı Mafi Nəzərov Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib. Bazar ertəsi Məkkədən qayıdan Şamaxı rayonunun axundu Mustafa Məmişov isə Bakıdan Şamaxıya gedərkən qəzaya düşüb və aldığı xəsarətdən ölüb.

Builki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib.


source : www.iqna.ir
  698
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment