Azəri
Monday 25th of March 2019
  1343
  0
  0

İranın Qum şəhərində Əl-Mustafa (s) universitetinin hədis və Quran sahəsində nailiyyətləri mövzusunda sərgi təşkil olunub

Incəsənət və mədəniyyət şöbəsi: Əl-Mustafa (s) beynəlxalq universitetinin XVI Hədis və Quran olimpiyadasın final mərhələsi çərçivəsində bu universitetin hədis və Quran sahəsində nailiyyətləri mövzusunda ikinci sərgi təşkil olunub.

Əl-Mustafa (s) beynəlxalq universitetin hədis və Quran sahəsində nailiyyətləri ikinci sərginin təşkilatçı rəhbəri Mehdi Səbbaği İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, sərgi Qum şəhərinin İslami Təbliğat ofisinin konfranslar salonunda olimpiyada çərçivəsində təşkil olunub və noyabrın 22-nə kimi davam edəcək.

Səbbaği əlavə edib ki, sərgidə 30 stend quraşdırılıb, stendlərin 26-ı universitetdə təhsil alan əcnəbi tələbələr tərəfindən hazırlanıb. Həmin stendlərdə əcnəbi tələbələr və universitetin Quran və hədis sahəsində əldə etdiyi nailiyyətlər nümayiş olunur.

Səbbaği əlavə edib ki, stendlərin 7-də Əl-Mustafa universitetinin Avropa, Latın Amerikası və digər ölkələrdə Quran və Hədis sahəsində nailiyyətləri sərgilənir.

 

Səbbaği əlavə edib ki, digər dörd stend isə İQNA Quran agentliyi, İranın Quran fəaliyyətlərinin inkişaf etdirilməsi mərkəzi, Quran dərsləri müəssisəsi və Qurani Kərimin nəşr və çapı mərkəzidir ki, Əl-Mustafa (s) universiteti ilə yanaşı sərgidə iştirak edirlər.

Onun sözlərinə görə, sərgidə kitab, disklər, kurs işləri, məqalələr sərgilənir. Sərgi hər gün səhər saat 9-dan 12-dək və günortadan sonra 15-21-dək maraqlananlar üçün açıq olur.

 

Səbaği əlavə edib ki, sərgidə universitetin tabeliyində olan idarə və elmi məktəb və mərkəzlərin Quran layihələri, universitetdə təhsil alan əcnəbi tələbələrin hədis və Quran sahəsində kurs işləri, məqalələri, Quran müəssisələri və Darul-Quranlararın fəaliyyətləri, saytları və bloqları sərgilənir.

 

Qeyd edək ki, Əl-Mustafa (s) beynəlxalq universitetin XVI Hədis və Quran Olimpiyadasının final mərhələsi noyabrın 20-dən Qum şəhərində öz işinə başlayıb. Olimpiyadada universitetdə təhsil alan 120 əcnəbi və yerli kişi və qadın tələbələr iştriak edir.

Sərgiyə baxış keçirmək istəyənlər, Qum şəhəri, Şühəda meydanı, İslami Təbliğat Ofisinin beynəlxalq konfranslar solununa müraciət edə bilərlər.


source : www.iqna.ir
  1343
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment