Azəri
Tuesday 26th of March 2019
  1015
  0
  0

Əl-Mustafa beynəlxalq universitet tələbələrinin XVI Quran və Hədis olimpiyadası keçirilir

Quran fəaliyyətləri şöbəsi: Noyabrın 20-də Qum şəhərində Əl-Mustafa (s) beynəlxalq universitet tələbələrinin XVI Quran və Hədis olimpiyadasının final mərhələsi keçirilib. Olimpiyadanın final mərhələsinin açılış mərasimində İranın İrşad və Mədəniyyət nazirinin müavini və Əl-Mustafa universitetinin rektoru da qatılıb.

 

İQNA Quran agentliyinin məlumatına əsasən, Qum şəhəri İslami Təbliğat təşkilatının konfranslar salonunda keçirilən Əl-Mustafa (s) beynəlxalq universitet tələbələrinin XVI Quran və Hədis olimpiyadasının final mərhələsinin açılış mərasimində 114 nəfər tələbə Quran tilavətçisi və hafizindən ibarət “Əl-Mustafa” təvaşih qrupu “Nur” surəsindən bir neçə ayəni birlikdə oxudular.

Mərasimin davamında Əl-Mustafa universitetinin tərbiyə və mədəniyyət işləri üzrə rector müavini höccətul-islam Saleh çıxış edib. O Quran və Hədis olimpiyadasının təşkili haqda məlumat verib və deyib ki, bu dövr olimpiyadada 9 000 nəfər 56 fənn üzrə bir-biri ilə rəqabət aparıb. Onlar həm kətbi və həm də şifahi olaraq sualları cavablandırıblar.

O əlavə edib ki, bu dövr olimpiyadada dünyanın 72 xalqından iştirakçılar qatılıb.

Mərasimin davamında XV Quran və Hədis olimpiyadasının qalibi və bir neçə beynəlxalq olimpiyada və yarışların qalibi olmuş höccətul-islam Tohidi XVI Quran və Hədis olimpiyadasında irəliləyişin olduğunu bəyan etdi.

İranın İrşad və Mədəniyyət nazirinin Quran fəaliyyətləri üzrə müavini höccətul – islam Həmid Məhəmmədi Qurana inanmaq, onu tanımaq və ona əməl etməyi Quran fəaliyyətlərinin inkişaf etdirilməsində əsas amil odluğunu deyib. O Quran dərslərini öyrətmək üçün 30 növ müxtəlif incəsənət vasitəsindən istifadə oluna biləcəyinin zəruriliyindən danışıb.

O əlavə edib ki, İran İslam Respublikasının ən böyük risaləti dünyada mənəviyyatın idarə olunmasıdır. “Buna çatmaq üçün siyasi, iqtisadi və ictimai sahələrdə Quran sistemini istifadə etmək lazımdır”, -deyə Məhəmmədi deyib.

Sonda Böyük Rəhbərin dünyanın müxtəlif ölkələrindən ƏL-Mustafa universitetində oxuyan tələbələrlə görüşündən klip yayımlanıb. Rəhbərlə görüşdə tələbələrin gözlərində toplanan sevinc göz yaşları nümayiş olundu və Rəhbərin “Qeyri-İrani tələbələr aşiq olmuşl kəpənəklərə bənzəyirlər, onlar islami maarifi öyrənmək eşqi ilə İrana gəliblər” çıxışının yenindən yaymlanması mərasim iştirakçılarının yenidən təsirlənərək sevincdən ağlamasına səbəb oldu.

Qeyd edək ki, Əl-Mustafa Beynəlxalq Universitet tələbələrin XVI Quran və Hədis olimpiyadasının final mərhələsi bu gün 120 nəfər qız və oğlan tələbənin iştirakı ilə Qum şəhərində öz işinə başlayıb və çərşənbə gününə kimi davam edəcək.


source : www.iqna.ir
  1015
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment