Azəri
Sunday 24th of March 2019
  1039
  0
  0

Əl-Mustafa (s) universitetinin hədəfi bütün proqramlarında Qurani Kərimi özünə rəhbər tutmaqdır – universitetin rektoru

Beynəlxalq şöbə: Əl-Mustafa beynəlxalq universitetin rektoru bildirib ki, universitetin hədəfi budur ki, bütün proqramlarda Qurani Kərimi özünə rəhbər tutsun və Quran dəyərlərini yaşatsın.

İQNA Quran agentliyinin məlumatına əsasən, bu gün İranın Qum şəhərində Əl-Mustafa universitetinin XVI olimpiyadasının açılış mərasimində çıxış edən Əl-Mustafa beynəlxalq universitetin rektoru Ayətullah Əlirza Ərafi iştirakçıları, təşkilatçıları Vilayət həftəsi münasibəti ilə təbrik edib və Əl-Mustafa Universitetinin Qurani Kərim hərəkatının strategiyasını açıqlayıb.

Ərafi Qurani Kərim hərəkatı haqda universitetin siyasət və strategiyalarını açıqlayıb və deyib ki, Əl-Mustafa universitetinin tələbələri və onların ailələrinin hamısı Quran və onun mənası ilə tanış olmalıdır. Quranın əzbər oxunmasını öyrətmək, bütün tələbələr üçün Quranın mövzular üzrə əzbər öyrətmək və bacarıqlı tələbələr üçün xüsusi əzbər oxuma dərsləri təşkil etmək bizim Quranın əzbər oxuma sahəsində görəcəyimiz işlərdəndir.

Ayətullah Ərafi bildirib ki, hazırda Əl-Mustafa universitetində 700 tələbə Qurani Kərimi əzbər oxuya bilir. Onlardan 200 nəfər Quranın bütün surələrini əzbər bilir. “Bu yaxşı göstəricidir, lakin qənaətbəxş deyil bizim əsas hədəfimiz budur ki, Quran hafizlərinin sayını artıraq”,-deyə Ərafi deyib.

Ərafi əlavə edib ki, bütün fakültələrdə Quran dərslərinin təşkili, seçilmiş fənlərə uyğun olaraq Quran dərslərinin təşkili bizim təhsil sahəsində görəcəyimiz işlərdəndir.

“Qurani Kərimin mövzularını işləmək, Quran üzrə fənlərin artırılması, Quranın tətbiqi üçün araşdırmların inkişaf etdirilməsi, digər ölkələrdə yayımlamaq üçün Quran haqda olan maarifləndirici işləri yenidən istehsal etmək, Quran sənətinə diqqəti artırma Əl-Mustafa universitetinin digər görəcəyi işlərdəndir”, -deyə Ərafi deyib.

Oanun sözlərinə görə, bu işləri görmək üçün müxtəlif strategiyalar hazırlanıb və icra olunub o cümlədən universitetin bütün elmi, araşdırma, mədəni mərkəzlərində Darul-Quranların yaradılması, dünyanın müxtəlif regionlarda Quran müəssisələrinin təisisi və universiteti bitirmiş tələbərin Quran sahəsində çalışmlaraının artırılması, kitab, məqalə və Quran disklərinin yayımlanması, sərgilərin, konfransların və Quran seminarların təşkilini göstərmək olar.

Ərafi çıxışında Böyük Rəhbərin Qum şəhərinə sonuncu səfəri haqda bildirib ki, rəhbərin çıxışlarında çox diqqətə layiq və dəyərli məsələlər deyildi ki, bu məsələlərə diqqət yetirilməlidir.

Qeyd edək ki, Əl-Mustafa Beynəlxalq Universitetinin XVI Quran və Hədis olimpiyadasının final mərhələsi bu gün 72 millətdən 120 nəfərin iştirakı ilə Qum şəhərində öz işinə başlayıb və çərşənbə gününə kimi davam edəcək.


source : www.iqna.ir
  1039
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment