Azəri
Sunday 24th of March 2019
  692
  0
  0

Hacı titulunu qazanandan sonra Azərbaycan zəvvarlarından biri dünyasını dəyişib - QMİ

Beynəlxalq şöbə: Hacı titulunu qazanandan sonra çərşənbə axşamı Azərbaycan zəvvarlarından biri dünyasını dəyişib. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

İQNA Quran agentliyi Trend agentliyinə istinadən məlumat verir ki, "Bir zəvvarımız bu gün dünyasını dəyişib. Bu da 75 yaşlı Cəlilabad rayon sakini Məmmədova Duhadır. Onun şeytanı daşlama mərasimindən sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Xanım zəvvarımıza Allahdan rəhmət diləyirik. Ümumi qaydalara görə onu Məkkədə dəfn edəcəklər. Dəfn mərasimi noyabrın 18-də həyata keçiriləcək", - QMİ rəsmisi bildirib.

 

Bundan öncə bu il Həccə gedən zəvvarlardan Azərbaycan vətəndaşı Xanbala Atakişiyev də vəfat edib. Onun səhhəti qəflətən kəskin pisləşib. İlk tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailəsinin xahişi ilə noyabrın 8-də axşam saatlarında mərhumun cənazəsi Türk Hava Yollarına məxsus təyyarə ilə Bakıya gətirilib.


source : www.iqna.ir
  692
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment