Azəri
Friday 19th of April 2019
  1185
  0
  0

Türkiyədə “Süleymaniyyə” tarixi məscidin Qurban bayramı günü açılışı olacaq

Beynəlxalq şöbə: İstanbul şəhərindəki “Süleymaniyyə” məscidinin üç il tətildən sonra noyabrın 16-da Qurban bayramı günü açılışı olacaq.

İQNA Quran agentliyi “dunyabulteni” saytına istinadən məlumat verir ki, “Süleymaniyyə” məscidi Osmanlı dövründən islami və mədəni miras kimi yadigar qalmış bir məsciddir. Bu məscidin memarlıq nümunəsi onun daxili və xarici görnüşündə bənzərsizdir. Məsciddə bərpa işləri aparmaq məqsədi ilə üç il öncə bağlanmışdı və hazırda təmir işləri başa çatıb və müsəlmanların istifadəsinə təhvil veriləcək və Qurban bayramı namazı bu məsciddə qılınacaq.

Məscidin təmirinə 21 milyon Türk lirəsi vəsait xərclənib. Məscidin təmirinə ayrılan vəsaiti Türkiyənin Vəqf İşləri nazirliyi ödəyib. Üç il ərzində 200 sənətkar, xəttat, tarixçi və s. məscidin təmirində və yenidən qurulmasında iştirak edib.

Qeyd edək ki, İstanbulun Süleymaniyyə məscidi 1550-1557-ci illər arasında tikilib. Məscidi Osmanlı padşahı Birinci Sultan Süleymanın göstərişi ilə Xacə Memar Sinanın memarlığı ilə tikilib. Məscidin günbəzinin hündürlüyü 53 metrdir, eni 27,5 metrdir. Məscidin 4 minarəsi var. Məscidin memarlığında islami və bizans memarlıq üslubundan istifadə olunub.


source : www.iqna.ir
  1185
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment