Azəri
Sunday 21st of July 2019
  828
  0
  0

İslam dini dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edir – İlahm Əliyev

Mədəniyyət və incəsənət şöbəsi: Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibəti ilə verdiyi təbrikdə İslam dininin dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil etdiyini bildirib.

 

İQNA Quran agentliyi Trend informasiya agentliyin istinadən məlumat verir ki, Prezident İlham Əliyev Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Təbrikdə Əliyev dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına səmimi arzu və diləklərini çatdırıb.

"Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub", - təbrikdə deyilir.

"Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir", - Azərbaycan dövlət başçısının təbrikində bildirilir.

İlham Əliyev onu da qeyd edib ki, bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə edilən duaların, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha hər kəsə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərini yetirir.

Əliyev Qurban bayramının Azərbaycan ailələrinə xoşbəxtlik, süfrələrinə xeyir-bərəkət gətirməsini diləyib.


source : www.iqna.ir
  828
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment