Azəri
Sunday 24th of March 2019
  1086
  0
  0

Kufə məscidində İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə əzədarlıq təşkil olunacaq

Beynəlxalq şöbə: İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə Kufə məscidində əzadarlıq məclisi təşkil olunacaq.

İQNA Quran agentliyi “Nun” saytına istinadən məlumat verir ki, Kufə məscidi rəhbərliyi bəyanat yayaraq bildirib ki, Kufə məscidi və həmin məscidə aid digər məkanlar İmam Məhəmməd Baqir (ə) şəhadət günü münasibəti ilə əzadarlıq məclisləri təşkil etməyə hazırdır. Məlumatda həmçinin bildirilir ki, məscid həmçinin İmam Hüseyn (ə) –ın dost və köməkçilərindən olan Müslim bin Əqil (ə) və Hani bin Ürvənin də əzadarlıq məclislrəini təşkil etməyə hazırdır.

Bu münasibətlə Kufə məscidi qara bayraqlarla bəzədilib və Müslim bin Əqil və Hani bin Ürvənin məzarının günbəzinə qara bayraqlar taxılıb.

Qeyd edək ki, Müslim bin Əqil (ə) 60 hicri qəməri ilinin zil-hiccə ayının 9-da 28 yaşında “Bikr bin Həmran Əhməri” tərəfindən Kufə şəhərində şəhid olub. Hani bin Ürvə də 89 yaşında İbn Ziyadın “Rəşid” adlı nökəri tərəfindən şəhid edilib.


source : www.iqna.ir
  1086
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment