Azəri
Friday 19th of April 2019
  693
  0
  0

Ermənilər Azərbaycana hərbə zorba gəlmək istəyirlər amma...

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu: “Əgər hesablamış olsaq, bəlkə də ilin əvvəlindən indiyədək belə təlimlər on dəfədən artıq keçirilib. Bu, heç də döyüş hazırlığını yüksəltmək məqsədi güdmür. Onların təlimləri artıq uşaq oyunu təsiri bağışlayır. Başqa qiymətləndirmə ola bilməz”.

 



Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: E. Sabiroğlu bildirib ki, təlimlərin keçirilməsi elə bir mürəkkəb məsələdir ki, o, əvvəlcədən planlaşdırılmalı  dəqiqliklə ölçülüb-biçilməlidir: “Bu isə kifayət qədər vaxt tələb edir. Təlim keçirmək elə  asan  deyil ki, istədiyin zaman onu hərəkətə gətirə biləsən  istədiyin nəticəni əldə etmiş olasan. Bunun üçün bir sıra vacib amillər, xüsusilə  küllü miqdarda vəsait tələb olunur. Məlum olduğu kimi, bu gün Ermənistan ordusunda  onun işğal etdiyi Azərbaycan ərazilərində cəmləşdirdiyi hərbi qüvvələrdə belə imkanlar yoxdur. İqtisadiyyatı darmadağın olan bir ölkədə hərbiyənin  vəziyyətdə olduğunu özünüz təsəvvür edin. Bu cür hiyləgərliklə onlar heç kəsi aldada bilməzlər. Axşam yatıb, səhər yuxudan durub təlim keçirməklə döyüş hazırlığını yüksəltmək olmur”.



E. Sabiroğlu diqqəti digər bir əsaslı məqama yönəltmək istədiyini deyib: “ zaman ki, Azərbaycanda Ermənistanın düşdüyü bərbad  pozucu vəziyyətlə bağlı hər hansı doğru, yaxud münaqişənin həlli istiqamətində qəti münasibət açıqlananda Dağlıq Qarabağda 5-6 tankı  1-2 digər döyüş maşınını çıxarır, hərdən  bir-iki atəş açır, sonra da adını qoyurlar genişmiqyaslı hərbi təlim. Bunlar aldadıcı fəndlərdir. Belə hoqqalarla ictimai fikir formalaşdırılmır. Çox təəssüf ki, ermənilər hələ  bu yalançı hərəkətlərdən əl çəkə bilməyiblər. Yəqin bunun özü  bir xəstəlik  ya çarəsizlikdir. Sarkisyan da, Ohanyan da, digər yanlar da belə qurama təlimlərə gələ bilərlər. Lakin onlar tam əmin olmalıdırlar ki, bu cür ucuz görüntülər yaratmaqla nəyisə dəyişmək  ya nəyəsə təsir etmək mümkün deyil”.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : www.abna.ir
  693
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment