Azəri
Friday 22nd of March 2019
  1342
  2
  0

Hədis

Bismillahir-Rəhmanir-Rəhim

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
* * *
Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
* * *
Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
* * *
Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
* * *
Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.”
Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”
* * *
Hədis 8: İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
* * *
Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
* * *
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
* * *
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”
* * *
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
* * *
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”
* * *
Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: “Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”
* * *
Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”
* * *
Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: “Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”
* * *
Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
* * *
Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: “Az günah etsən, ölüm sənə asan olar.”
* * *
Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: “Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”
* * *
Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: “Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.”
* * *
Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə var-dövləti artırar.”
* * *
Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
* * *
Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
* * *
Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”
* * *
Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
* * *
Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
* * *
Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”
* * *
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
* * *
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
* * *
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
* * *
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: “Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”
* * *
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: “Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
* * *
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: “Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
* * *
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”
Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
* * *
Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
* * *
Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: “Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”
* * *
Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
* * *
Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: “Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
* * *
Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: “Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
* * *
Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”
* * *
Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: “Çox gülmək qəlbi öldürər.”
Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: “Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”
* * *
Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: “Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”
* * *
Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: “Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”
* * *
Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: “Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
* * *
Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.”
* * *
Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
* * *
Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: “Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”
* * *
Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: “O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”
* * *
Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: “Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”
* * *
Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: “Sədəqə verməklə mal azalmaz.”
* * *
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).”
* * *
Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.”
* * *
Hədis 63: Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
* * *
Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: “Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”
* * *
Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”
* * *
Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
* * *
Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
* * *
Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
* * *
Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
* * *
Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
* * *
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”
* * *
Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: “Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”
* * *
Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
* * *
Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: “Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”
* * *
Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: “Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”
* * *
Hədis 76: Həzrət Əli (ə) buyurur: “Kim özünü hesaba çəksə, səadətə yetişər.”
* * *
Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: “Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”
* * *
Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: “Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”
* * *
Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: “Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.”
* * *
Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: “Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.”
* * *
Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: “İnsanı üzünə tə`rif etmək, onu qətlə yetirmək kimidir.”
* * *
Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: “Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.”
* * *
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
* * *
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”
* * *
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş  kimidir.”
* * *
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya sevgisi bütün xataların başlanğıcıdır.”
* * *
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: “Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.”
* * *
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm övladının xatalarının çoxu dilindədir.”
* * *
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: “Mö`mini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”
* * *
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmana hiylə quran bizdən deyildir.”
* * *
Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: “Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”
* * *
Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü mö`minin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”
* * *
Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
* * *
Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”
* * *
Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: “Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”
* * *
Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
* * *
Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
* * *
Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
* * *
Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.”
* * *
Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
* * *

  1342
  2
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment
Stretch
It was dark when I woke. This is a ray of snushine.
پاسخ
0     0
2011-08-04 21:47:57
Wilhelmina
I was so cofnsued about what to buy, but this makes it understandable.
پاسخ
0     0
2011-08-04 13:27:29