Azəri
Tuesday 20th of August 2019
  1015
  0
  0

Xəstə ziyarəti

 

 

 

    İctimai əxlaqın aşkar nümunələrindən biri xəstələri ziyarət etməkdir. Xəstəni ziyarət etmək dinimizdə savab əməllərdəndir; istər eyni şəhərdə olsun, istər başqa bir şəhərə gedərək olsun; istər qohumlar və yaxınlardan olsun, istər dost və tanışlardan olsun, istərsə də kimsəsiz olan qəribə və xarici xəstələr olsun.
    Sədinin dediyi kimi: "Sağlamlığın dəyərini, bir müsibətə düçar olan kimsə bilər. "[1]
Sağlamlıq, bilinməyən ilahi nemətlərdən biridir. Xəstələnən bir kimsə, dostların və qohumların yolunu və hal-əhval soruşmalarını gözlər və  bu işdən məmnun olar.
    Çoxlu mükafata və Xaliq ilə məxluqun razılığına səbəb olan ən yaxşı işlərdən biri də, məhz xəstələri ziyarət etməkdir.
    İslamda bu əməlin xüsusi bir qaydası vardır. Onlardan bəziləri bunlardır: İnsanın, xəstənin halını soruşmaq üçün onun yanına getməsi, (əgər xəstənin özü, daha çox oturmanızı istəyib israr etməsə) az oturması, xəstənin əlini tutması, nəbzini yoxlaması, əlini onun alınına qoyması, xəstəyə dua etməsi, ondan dua xahiş etməsi və s. Ancaq bunları yerinə yetirməyə çalışarkən xəstəyə və ailəsinə bir zəhmət səbəbi olmamağa diqqət edilməlidir. [2]
    Xəstəni ziyarət etməyə gedərkən, əlində, günün şərtlərinə və mədəni ənənələrə görə məşhur olan münasib bir hədiyyə də aparmaq çox yaxşıdır.
    İmam Sadiqin (ə) xidmətçilərindən biri belə deyir: "Tanışlardan biri xəstələndi. Biz, dostlarla birlikdə onun ziyarətinə getmək üçün yola çıxdıq. Yolda İmam Sadiqlə (ə) qarşılaşdıq. İmam soruşdu: "Hara?" "Filan şəxsin ziyarətinə gedirik" - dedik. İmam: "Durunuz" - dedi. Biz dayandıq. İmam soruşdu: "Görəsən alma, armud kimi bir şey yanınızda varmı?" "Xeyr, bunlardan heç biri yoxumuzdur" - dedik. İmam buyurdu: "Xəstənin yanına aparmaq üçün, onunla xoşbəxt olduğunu, onun rahatlamasına səbəb olduğunu bildiyiniz bir şey varmı?"[3]
    Bu, indiki psixologiya elmində və yeni inkişaf edən tibbi müalicələrdə belə xəstəni yaxşılaşdıran bir tövsiyə olaraq bildirilməkdə və yerinə yetirilməsi istənilməkdədir.
    Xəstələrin evinə gedib-gəlmək, onları ziyarət etmək, vəziyyətlərini soruşmaq peyğəmbərlərin əxlaqı olub, əlaqələrin möhkəmlənməsi, dostluqların və ailəvi yaxınlaşmanın səbəbidir.
    İslam Peyğəmbəri (s) də xəstələrin ziyarətinə gedərdi. Hətta bir dəfə yəhudi olan bir xəstə qonşusunun ziyarətinə belə getdiyi yazılmışdır. [4]
    Ziyarətlərdə əhəmiyyətli olan və onları qiymətli hala gətirən; Allah üçün edilməsi və təmiz bir ürəklə reallaşdırılmasıdır. Hətta dostluq, yoldaşlıq, iş və mövqe baxımından arada heç bir əlaqənin olmadığı xəstələrin ziyarətinə getmək də əhəmiyyətlidir. Bu, xəstənin sahibsiz, kimsəsiz, xarici və qəribə olduğu və hər kəsdən daha çox ziyarətçilərin yollarını gözlədiyi vəziyyətlərdə hiss edilməkdədir. Xəstələrin ziyarəti ilə əlaqədar rəvayətlərdə gözə dəyən “Fillah” (Allah yolunda və Allah üçün) sözü, əslində bu həssas nöqtəyə işarə etməkdədir.

Qeydlər
1.    Gülüstan, səh. 8.
2.    Məkarim əl-əxlaq, səh. 11.
3.    Yenə orada, səh. 361.
4.    Yenə orada, səh.359

 

  1015
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
      Bakıda mübarək Ramazan ayının ilk günü və niyyət gecəsinin tarixi açıqlandı
      Pakistanda Şiə jurnalist oğurlandı daha bir Şiə isə Şəhid edildi
      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...

 
user comment