Azəri
Monday 20th of May 2019
  2172
  0
  0

Hidayət günəşi, imam Hadi (ə)

 

 

  İmamlar və övliyalar sözləri, davranışları və həyat formaları etibarı ilə insani həyatın ən yaxşı və uca nümunələrini tanıtdıran seçilmiş və mükəmməl şəxsiyyətlərdir. Şübhəsiz səadət və xoşbəxtliyə çatmağın bircə yolu bu şəxsiyyətlərin təlimlərindən faydalanmaq və lazım olan dərsləri almaqdır.İmam Hadi (ə) varlığı, fəzilət və kamal simvolu olan təqvanın, xüsusilə elmin qabaqcıllarından biriydi. Bu günlərdə o həzrətin müqəddəs il dönümünü yaşayırıq. Əhli-Beyt (ə) səmasının 11-ci ulduzu İmam Hadi (ə) imamları və övliyaları geniş bir ifadəylə belə tərif edir: “Onlar rəhmət mədən, elm xəzinəsi, kəramət təməlləri, hidayət və təqva qabaqcıllarıdır”.İmam Hadinin (ə) şəhadətinin  il dönümünü qeyd edərək o həzrətin mübarək həyatından yığdığımız qısa bir söhbəti sizlərə təqdim etmək istəyirik.İmam Hadinin (ə) həyatında müxtəlif elm budaqlarının elə geniş bir yeri vardı ki məşhur müsəlman tarixçisi İbn Şəhr Aşub, Mənaqib adlı əsərində o həzrəti belə tanıtdırır: İmam Hadi (ə) ən mükəmməl insanlardan biriydi. Nə vaxt sussurdusa böyüklüyü daha çox ortaya çıxır və nə vaxt danışırdısa dəyəri və mövqeyi özünü göstərirdi. Üzündən nur və ilahi işarələr oxunurdu, çünki o risalət ağacının meyvəsi və Peyğəmbər (s) xanədanının seçmə bir fərdi idi.İmam Hadi (ə) hicri qəməri 212 ilinin zilhiccə ayının ortalarında Mədinə şəhərində dünyaya gəldi. O həzrət atası imam Cəvadın (ə) şəhadətindən sonra dünya müsəlmanlarının rəhbərliyini 33 illik müddətində boynuna götürdü. İmam Hadi (ə) başda Mütəvəkkil olmaqla bir neçə Abbasi xəlifəsi ilə eyni zamanda yaşayırdı. O dövr siyasi və fikri baxımdan xüsusi bir dövr sayılırdı. Cəmiyyət siyasi baxımdan dərin bir təzyiq altında idi.  Bir yandan cəmiyyətdə yayılmağa başlayan silsiləvari azğın düşüncə və fikirlər, fikri və inanc baxımından da bir cür nizamsızlıq yaratmışdı. Bu vaxt əgər imam Hadinin (ə) tədbirləri və məntiqi siyasətləri olmasaydı, İslamın təməl inancları belə ciddi bir şəkildə təhlükəyə düşəcək və dində sapmalar və bidət başlayacaqdı. İmam Hadi (ə) əvvəlcə Mədinədə yaşadı. O dövrdə Mədinə, İslam dünyasının fiqhi və elmi mərkəzi idi və İmam (ə) bu elmi mərkəzi idarə edirdi. O, Mütəvəkkilin xilafəti dövründə Mədinəni tərk etmək və Samirra şəhərində yaşamaq məcburiyyətində qaldı. Çünki Mütəvəkkil, imam Hadinin (ə) xalq arasındakı nüfuzundan qorxurdu. Xəlifə, onu xalqdan qoparmaq istəyirdi. Beləcə imam Hadi (ə) həyatının son on ilini Mütəvəkkil hökumətinin mərkəzi olan Samirra şəhərində keçirdi. Abbasi xəlifənin adamları tərəfindən güclü nəzər altına alınan imam Hadi (ə), xalqla əlaqə yaratmaq üçün xüsusi bir təşkilat yaratdı. O həzrət İslam dünyasının hər yerindən nümayəndələr təyin edərək aralarında əlaqə təmin etdi. Nümayəndələrin vəzifəsi İmamın (ə) düşüncələrini və fiqhi fikirlərini insanlara çatdırmaq və İmamı (ə)  da, xalqın problemləri haqqında məlumatlandırmaq idi. Təbii ki, bu nümayəndələr çətin siyasi şərtlər üzündən imamla asanlıqla əlaqə saxlaya bilmirdi.   İmam Hadi (ə) Samirra şəhərində də, xalq tərəfindən mənimsəndi və buna görə Mütəvəkkil davamlı şəkildə onu xalqın yanında pisləməyə çalışırdı.Bir gün Mütəvəkkil, aralarından şəhərin qabaqda gələn zənginlərindən ibarət olan bir məclisə imam Hadininin (ə) də, gətirilməsini əmr etdi. Mütəvəkkil İmamdan (ə) bir şer oxumasını istədi. İmam əvvəlcə bu işdən vaz keçdi, ancaq xəlifə israr etdi. İmam (ə) məclisdə hazır olanların mövqeyinə baxaraq zalım hökmdarların qədəri və aqibəti ilə əlaqədar bir şer oxudu. İmamın (ə) bu məclisdə oxuduğu şerin mənası belə idi:Özlərinə yüksək zirvələri məskən əldə etdilər Bu məkanları qorumaq üçün silahlı adamlar və təhlükəsizlik tədbirləri meydana gətirdilər. Ancaq bunlardan heç biri onların ölümünə maneə törədə bilmədi.Nə qədər uzun zamanları, bu evlərini hadisələrdən qorunmaq üçün sərf etdilər, Lakin köç səsi gəlincə o binaları tərk etdilər. Onların nə qədər evləri vardı zamanla qum təpələrinə çevrildi.İmamın (ə) bu qəti və təsirli sözləri məclisdəkilərə ciddi təsir etdi, belə ki Mütəvəkkil belə, bu sözlərdən təsirləndi. Ardından İmamın (ə) evinə aparılmasını əmr etdi.İmamlar halal ruzi üçün işi bir dəyər olaraq görür və eyni zamanda dünyanın sərvət və malı kimi nisbilik dəyərlərinə heç əhəmiyyət vermirdilər. Bu insanlar həyatları üçün lazım olan miqdarla kifayətlənir və öz ruzilərinin əhəmiyyətli bir hissəsini yoxsullara paylayırdılar. Bu gözəl yol, imam Hadinin (ə) həyatında da, ən yaxşı şəkildə gözə çarpır. İmamın (ə) yoxsul insanlara etdiyi köməklər, cəmiyyətdə yoxsulluğun aradan qaldırılmasında təsirli olur və insanlar içərisində həyat sevgisini gücləndirirdi. İmamın (ə) evi yoxsulların sığınacağ yeri idi.Səbir, övliyaların və böyük insanların ən əhəmiyyətli xüsusiyyətidir. İmam Hadi (ə) da həyatında qarşılaşdığı hər cür çətinliyə qarşı çox səbirli idi. Tarixi rəvayətlərə görə imam Hadi (ə) Mədinədən Samirraya sürgün edilməzdən əvvəl Boriha adlı bir şəxs, Mütevəkkilin yanında imam Hadi (ə) haqqında pis sözlər danışırdı. Hətta Mütəvəkkilə belə yazmışdı: Əgər Məkkə və Mədinəni istəyirsənsə onu bu iki şəhərdən qovmağın lazımdır, çünki o insanları özünə çəkir və bir çox insan onun arxasıyca gedir. Sonda Borihanın bu sözləri təsirini göstərdi və Mütəvəkkil, imam Hadini (ə) Samirraya gətirtdi. Bu səfərdə imam Hadiyə (ə) yoldaşlıq edən Boriha yolda imama bu sürgündə əli olduğunu söylədi və imamdan özünü Mütəvəkkilə şikayət etməməsini istədi. Boriha bu vsxt imamın Mədinədəki olan-qalan mal dövlətini yandıracağını və yaxınlarını qətl edəcəyi də dedi. Ancaq İmam (ə) Borihaya mənalı bir baxışla baxaraq belə cavab verdi: Dünən gecə Rəbbimə şikayətimi  etdim. Bu səndən şikayət etmək üçün ən yaxın yol idi. Bu sözləri eşidən Boriha çox sarsıldı və imamın ayaqlarına bağlanaraq onu bağışlamasını istədi. İmam (ə) da böyük kəramət göstərərək onu bağışladı.Bir daha imam Hadinin (ə) şəhadətini qeyd edərkən sözü o həzrətdən seçdiyimiz bir epiqram ilə sona yetiririk.İmam Hadi (ə) belə buyurur:Qısqanclıq, yaxşılıqları yox edər və yalan düşmənlik yaradar. Eqoizm elm öyrənməyə mane olar və xəsislik ən pis xasiyyətdir.Yenə o həzrət belə buyurur:Allah gözəlliyi və təmizliyi sevər və dağınıqlığı möminlərə yaraşdırmaz. Allah nemətlərinin izlərini qullarında görmək istər. O həzrətdən nemətin izləri necə göstərilər deyə soruşular. İmam (ə) belə cavab verir: Paltarınızı təmiz saxlayın, özünüzə xoş qoxulu ətir vurun.

 

  2172
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment