Azəri
Tuesday 19th of March 2019
  805
  0
  0

Nyu-Yorkda “Məsihi,Yəhudi və İslam” dinlərinə aid əlyazmalar sərgilənir

Beynəlxalq şöbə: “İlahi üç din” sərgisi ötən həftədən Nyu-Yorkun milli kitabxanasında (NYPL) təşkil olunub

İQNA Quran agentliyi “Ərəbnews” qəzetinə istinadən məlumat verir ki, sərgidə həzrət İbrahim (ə) peyğəmbərin dinin davamçısı olan üç dinin müqəddəs kitablarının əlyazmaları ilk dəfə olar ABŞ-da sərgilənir. Sərginin açılış mərasimində müxtəlif ölkələrin BMT-dəki nümayəndələri və din xadimləri iştirak ediblər.

Nyu-York milli kitabxanasının sədri Paul LeClerc sərginin milli kitabxanada təşkil olunmasını 17 il sədrlik etdiyi dövrün ən əhəmiyyətli hadisəsi kimi adlandırıb.

Sərgidə İslam, Məsihiyyət və Yəhudiyyətə aid nadir əlyazmalar ilk dəfə olaraq birlikdə sərgilənir. Sərgidə qızıl vərəqələr üzərində xəttatlıq edilmiş Quran, Tövrat və İncil sərgilənir.

Sərginin təşkilatçılarından olan “Birgə yaşamaq təşkilatının təsisçisi” Lətif Cəmil bildirib ki, sərginin təşkil olunmasından məqsəd üç dinin ortaq nöqtələrini əhaliyə öyrətməkdir. Bu kimi işlər bu üç din mənsubları arasında qarşılıqlı anlaşmanı gücləndirəcək.

“İlahi üç din” sərgisində 60-dan çox fərqli əlyazmalar sərgilənir. Sərgi daha 20 gün də davam edəcək.


source : www.iqna.ir
  805
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment