Azəri
Tuesday 23rd of July 2019
  754
  0
  0

Azərbaycan XİN ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı açıqlamasına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 7-də keçirilən parlament seçkiləri ilə əlaqədar ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya münasibət bildirib.

 

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir: “Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən “Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin Seçkiləri Müşahidə Missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”.

 

 

XİN-in açıqlamasında o da qeyd olunub ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanıb ki, seçkilər dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndiriblər. Bu da onu göstərir ki, seçkilər bütövlükdə əhalinin etimadını qazanıb: “Bununla yanaşı, Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq lazımi ölçü götürəcək”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

 

 


source : www.abna.ir
  754
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment