Azəri
Friday 19th of April 2024
5
نفر 0

Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini qildiqdan sonra bir nece deqiqe (5-10 deq.) gozleyib daha sonra esr namazini qilirsan. Elece de megrib namazini qildiqdan sonra bir nece deqiqelik intervalla isha namazina keci

Sual :

Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini qildiqdan sonra bir nece deqiqe (5-10 deq.) gozleyib daha sonra esr namazini qilirsan. Elece de megrib namazini qildiqdan sonra bir nece deqiqelik intervalla isha namazina kecirsen. Bu, duzdurmu?

Cavab :

Bunun eybi yoxdur. 5 vaxta namaz qılmaqın üstünlyü vardır. Amma bu 5 vaxt çox zaman insanın iş rejimini və həyati məsələlərini problemə saldığı üçün İslam dini bu 5 namazın 3 müştərək vaxta qılınmasına icazə verir.

Sual :

Pirlere getmek olarmi?,vacibdi pire getmek?, buna aydinliq getirin zehmet olmasa.Xahis edirem.

Cavab :

Allahı yada salan və müqəddəs insanların (seyid-şəhid və alim) qəbrlərini ziyarət etməyin eybi yoxdur. Bəlkı insanın mənəvi və ruhi ehtiyaclarının təminatı üçün lazımdır.

Sual :

Salam, sizden hal-hazirda bize chox vacib olan bir suala cavab vermekle bize komek etmeyiniz xahish edirem. Bu il meherremlik deqiq olaraq hansi tarixde girir? 6 dekabr meherremlik gunune daxildirmi?Biz 6 dekabr tarixine toy planlashdirdighimiz halda,mueyyen yerlerden 6-si tarixde artiq meherremlik gunu oldughunu eshitmishik bunu deqiqleshdiremk uchun mueyyen mescidlerde axundlardan sorushmushuq, cavablar muxtelif olub.Xahish edirik bu suala aydinliq getirerdiniz.Evvelceden teshekkurumuzu bildiririk.Sagh olun

Cavab :

Bu il təqvimə əsasən Məhərrəmin ilk gün dekabr ayının 7-ci gününə təsadüf edir. Və bu da o deməkdir ki, dekabırın 6-dan 7-ə geçən gecə Məhərrəm ayının ilk gecəsidir.

Sual :

əgər bir kişi arvadini atib gedibse başqa bir qadınla yaşayırsa və əvvəlki arvadina baxmırsa bu arvad kəbinnən azaddir məsələn 3 ildir gedib ayrılıblarsa kişide ona baxmır təlaq oxuttdurmaq vacibdir? vacibdirse necür olmalıdi

Cavab :

Boşanmaq istəyən qadın mütləq təlaq oxutdurmalıdır və zaksdan boşanması belə kifayət etmir. Əri təlaq vermməyənə qədər başqası ilə evlənə bilməz!Mütləq din xadimi tərəfindən təlaq oxunmalı və ya kişi iki şahidin yanında deməlidir ki "Sən mənim kəbinimdən azadsan- Səni boşadım- Sən bu saatdan etibarən mənim arvadım deyilsən-Səni boşadım- Sən azadsan-Ənti taliq" və ya arvad özü orada deyisə arvadın göndərdiyi şahidlərin yanında deməlidir ki "Mən arvadım Leylanı kıbinimdın azad etdim - Mən arvadım lelyanı boşadım"!.

Sual :

Proqram sahibine (esasen de qeyri muselman dovletlerine aid olan) hec bir odeme elemeden, "acari" ile birge Internetden goturulen ve ya pirat disklerle elde edilen her hansi bir komputer Proqramini istifade etmeyin ishkali varmi? Islamin tebliginde bu kimi proqramlardan istifade etmeyin hokmu nedir? (nezere alsaq ki, bu proqramlarin hamisini almaga maddi imkan yol vermir) Diqqetinize ve yardiminiza gore ALLAH sizlerden razi olsun! ALLAH'salami uzerinize olsun!

Cavab :

Müsəlmanların əksəriyyətinin dünya bazarına çıxa bilmədiyi üçün və həmçinin qeyri-müsəlmanların qəsdən yeni texnologoyanı müsəlmanların ixtiyarın qoymadıqları üçün onların hazırladığı bütün proqram və texnologoyadan istfiade etmək olar və bu texnologiyani mənimsəmək müsəlmanlara vacibdir. Amma bu prioqramlardan istifade zamanı heç bir müsəlmanın haqqı zay olmamalıdır. Xüsusilə də dini proqramlar da istifade etdikde mütləq şirkətin icazəsi olmalıdır. Elbette bezi dini proqramlardan şəxsi istifade etmək olar amma ondan ticarət məqsədi ilə istifadə etmək qadağandır. Nəticə: Xaricdə (Amerika-İsrail-Fransa-Almaniya-İngiltərə) qeyri-müsəlmanlar tərəfindən hazırlanan proqramlardan istifadə etməyin eybi yoxdur. Amma müsılmanların tərəfində hazırlanan proqramlardan istifadə etdikdə, əgər onlar hüquqları zay olarsa və bundan onlara zərər dəyərsə, bu zaman bu proqramlardan ticarət məqsədi ilə istifadə etmək olmaq, amma dinin təbliği üçün və şəxsi istifadəyə bəzi müctəhidlər icazə verirlər.

Sual :

Butun nafile namazlarini qurbet qesdi ile qilmaq lazimdir yoxsa meselen: " niyyet edirem 2 ruket duha namazi qiliram " demek kifayetdir? bir de, qeza namazlarini gunun istenilen vaxti qilmaq olar? Sag olun, Allah razi olsun!!!

Cavab :

Bütün nafile ve müstəhəb namazlar qürbət qəsdi ilə qılınır. Məs:"Şəf` namazı qılıram qürbıtın iləllah" demək kifayet edir. Bütün qəza namazlarını günün istənilən saatında qılmaq olar. Amma həmən gün qəza etdiyin namazı köhnə qəzalardan qabaq qılmaq daha yaxşıdır. Habelə nafile namazlarını əgər namaz vaxtlarında qıla bilməsən başqa vaxtlarda da savab ümüdilə qılmaq olar. Məs: Əgər gecə namazına durmaq sabah səni dərsə ya işə gecikdirəcəksə onda onu sübh namazından 3-5 dəqiqə qabaq ve ya gecə yatmadan öncə qıla bilərsən. Allah-taala yenə də həmin savabı inşaəllah ki verəcəkdir. Nafilə və müstəhəb namazlarda diqqət et ki onlar səni vacib əməllərindən saxlamasınlar. Dərsə getmək, işə getmək və ya başqa vacib əməllərin qəzasını yerinə yetirmək daha lazımlıdır.

Sual :

MEN BILMEK ISTEYIREM KI HEYVANLARIN RUHU OLUR YA YOX ? MENIM FIKRIME GORE PISIK VE BU KIMILERDE OLUR MESELEN AT VE YA IT KIMI.AMMA HESERATLARDA YOX MESELEN TARAKAN VE YA BOCEK. MEN INANA BILMIREMKI PISIKDE VE YA ITDE RUH OLMASIN CUNKI ALLAHU TAALA NATAMAM ISLER GORMUR bu cur varliq yaradib onlarin aqibetini hell etmemis olmasin xahis edirem menim bu sualima etrafli cavab yazasiniz eger melu,at vere bilsez xahis edirem ki mene bu barede imkan varsa qurandanda delil getiresiniz ki ureyimde hec olmasa rahatliq tapa bilim. ESEA MENE PISIK BAREDE YAZIN SEBEBINI SONRA DEYECEM ...... ALLAHIN SALAMI OLSUN SIZLERE

Cavab :

Yaşamaq üçün bütün canlılarda heyvani ruh var.İnsanı başqa canlılardan fərqləndirən ondakı ilahi ruh və ağıldır. "Ölən hər bir şeyin yaşamaq üçün ruhu vardır".

Sual :

MEN BOYUK GUNAHLARDAN OLAN BIR GUNAH IWLEDIREM. AMA NE QEDER TOVBE ETSEMDE GUNAHI TERGIDE BILMIREM. BEDENIM TELEB EDIR. AILE QURMAGADA IMKANIM CATMIR. MEN NE ETMELIYEM?. AMA ZINA DEYIL O GUNAH.

Cavab :

Oruc tut. Geceler namaz qıl. Çox işlə (fiziki iş gör), az ye. Saçını uzun saxla. Müvəqqəti nikah et. Naməhrəmə baxma. İnsanı günaha salacaq yerlərə və cinsi hissləri təhrik edəcək yerlərə getmə və bi tip kinolara baxma. Və bilki ki Allah və mələklər hər an səni görürlər. Və fikirləş ki bu iş səni xəstləyə sala və sonsuz ede bilər. Bu linkde ki yazini da oxuyun; http://zahra.azeriblog.com/2009/06/07/onanizm

Sual :

bilmek isterdim,dovlet(hokumet) muessiselernin,demek olarki hamisi, monopaliya olan olkede hansisa gizli sahibkara mexsuslugu melum olmayan, belkede dirnaqarasi dovlet bankindan kredit almaq olarmi?

Cavab :

Hardan olursa olsun, ribaya (sələm ya faiz) pul verib-almaq qadağan və haramdır.

Sual :

mən böyük bir günah işlətmişəm,amma Allaha hər gecə dua edirdim məni hidayət etsin,doğru yola yönəltsin deyə,tövbə etdim şükürlər olsun dualarım qəbul oldu indi namaz qılır,oruc tuturam,qəlbimin ,ruhumun hər gün daha çox saflaşdığını hiss edirəm,bilmək istəyirəm bu boyük günahımı tanrı əfv edermi?

Cavab :

Allah-taala həqiqi tövbə edənlərin bütün günahlarını bağılayır. Amma gərək zülm etdiyin və haqqını tapdaladığın insanlardan (qeybətini etdiyin, bir şeyini mənimsədiyin) halallıq alasan ve onların da haqqında dua və istiğfaredəsən.

Sual :

İşa namazı gece namazı sayılır? Əgər bele deyilsə gecə namazı neçə rukət qılınmalıdır ? təşəkkür edirəm

Cavab :

İşa (xiftən) namazı beş vacib namazdan biridir ki, məğrib (şam) namazından sonra qılınır. Gecə namazı isə sübh namazından neçe dəqiqə və ya saat tez durub müstəhəb bir əməl kimi yerinə yetirilir. 8 rəkət nafilə (4 dəfə 2 rəkət), 2 rəkət şəf` və 1 rəkət vitr qılınır.

Sual :

Men coxdandir ki bu etrafda dushunurem mohurle namaz qilmaq ne anlama gelir.Ye'ni niye biz mohure bashimizi qoyuruq.Eger men mohurle namaz qilmaq istemiremse, gunah etmish olurammi? Qeyd edim ki,bunu demeyi xoshlamasamda men shieyem.sualima cavab verseniz sevinerem.Teshekkurler!

Cavab :

Allah-taalla Quranda torpağa səcdə etməyi buyurur və dediyiniz möhürdə torpağdan hazırlanıb və elə torpağın özüdür. Amma digət şeylər torpaödan hazırlansa və ya səcdə etməyə icazəli olsa da belə torpaq deyildir. Amma en yaxşı səcdəgah torpaqdır.

Sual :

muveqqeti nigah zamani bakire qizin atasinin raziligi olmalidi bu mutleqdimi?eger bu nigah atanin xeberi olmadan gizli sekilde olarsa nece?iki nefer bir birini sevirler ama kisi evlidi ve tebiki qizin ailesi razi olmaz onlarin ne muveqqeti nede daimi evlenmelerine o zaman muveqqeti nigahi gizlin kestire bilmezlermi?birde muveqqeti nigaha giren kisi evli ola bilermi?

Cavab :

Bakirə qızla müvəqqəti siğə qadağandır. Əgər qız bu işə razıdırsa, mütləq atasından ya babasında ya da onun qəyyumundan icazə alınmalıdır. Ağlı yetkin olmayan qızın icazəsi siğə üçün düzgün sayılmır və mütləq atasının icazəsi olmalıdır. Əgər bakirə qadının gələcəy həyatı bu siğə ilə problemlərlə üzləşəcəksə bu iş hər halda qəti qadağandır.

Sual :

BIZIM DINDE SIGE MUTE GUNAHDIMI.KEBIN EDERKEN HICAB SERTDIMI.TESEKKURLER EVVELCEDEN

Cavab :

Müvəqqəti nikah günah deyil, bəlkə bəzən vacib və zəruridir. Hicab İslamda bütün qadınlara vacibdir və kebin keserken ya qeyri hallarda hicab şərti yoxdur, bu İlahi bir hökmdür ki, hər zaman əməl olunmalıdır!

Sual :

ALLAH nece yaranib . ALLAHA inamim sonsuzdu ELHEMDULILLAH

Cavab :

Allah həmişə olub və olacaq, o əvvəl və axırdır. Əgər yaransa idi Allah olmazdı!........

Sual :

Eger bir nefer bir nefere zulum edib,aci verirse oda ona halalliq vermirse hemen halalliq verilmeyenin axri neolacaq?

Cavab :

Əvvəlcə qeyd edim ki insana qarşı edilən hər bir səhv hərəkəti zülm adlandırmaq olmaz. Ola bilsin ki dostun və ya həyat yoldaşın bəzi səhvlərə yol versin və sizin haqqınızı tapdalasın. Belə məqamlarda səbirli olmaq və güzəşt etmək lazımdır. sonra isə öz haqqını tələb etmək hər bir şəxsin hüququ və bəzən də bu haqqı tələb etmək vacibdir. Çünki zalimin zülmünün qarşısında susmaq özü də günahdır. Amma bu zülm möminlər və dostlar terefindən edilərsə onları tənbih etmk üçün ən yox yol, onları bağışlamaqdır. Amma bağışlamaq hüququ məzlumundur.O bağışlayarsa öz mənəvi dərəcəsini Allah yanında ucaltmış və bağışlmazsa da onu heç br cəza gözləmir və öz haqqını bağışlamamaqa haqqı var və bu günah sayılmır. Allah-taala əvf edənlər haqqında Qurani-kərimdə buyurmuşdur: "Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!"(Bəqərə/178); "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər".(Ali-İmran/134); "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (Ə`raf/199); "Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!"(Nur/22); "Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz" (Şura/40); "Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!" (Təğabun/14).

5
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quran riyakar insana necə təsir göstərir?
“Maidə” surəsinin 3 və 67-ci ayələri eyni bir hadisə ilə əlaqədar nazil ...
“Tövbə” surəsinin 43-cü və ya “Təhrim” surənin 1-ci ayəsi İslam ...
Sual 39:
Sual 51: Gecə namazlarında xüsusilədə şəfi namazında oxunan surə və qunutda ...
ORUCUN KƏFFARƏSİNİN HÖKÜMLƏRİ
Sual 70:
Sual 65:
Sual:40
Sual 38: Cənnət və cəhənnəm Allah Allahlıq edənədək mövcud olacaqdır yoxsa ...

 
user comment

mehemmed ferzullazade
salam dinimizde ressamliq etmek haramdir sagol
پاسخ
0     0
2014-02-16 20:46:37
jale Eliyeva
SALAM IFADEME GORE UZR ISTIYIREM, HEYAT YOLDASIMIN SUNNETINE TOXUNA BILEREMMI???
پاسخ
0     0
2013-01-20 00:44:22
jale Eliyeva
SALAM IFADEME GORE UZR ISTIYIREM, HEYAT YOLDASIMIN SUNNETINE TOXUNA BILEREMMI???
پاسخ
0     0
2013-01-20 00:42:35
aynur hesenli
salam.men meselen,esr namazini qila bilmedim bunun qezasini xuften namazindan sonra yeni,axsam qila bilerem?birde destamaz alanda ayaqi yumaq lazimdir yoxsa mesh cekmek.namaz qilarken elleri budlarin yanina salinmalidir?evvelceden tesekkurler.
پاسخ
0     0
2012-12-30 04:22:17
rustem mustafaev
qeza namazi olarsa vacib namazdan sonra qilinmalidir yoxsa evvel.xais edirem menim bu sualimi cavablandirasiniz.evvelceden tesekkur edirem.Allah razi olsun.
پاسخ
11     3
2012-06-11 04:54:19