Azəri
Monday 25th of March 2019
  947
  0
  0

Vatikan ilə dini dialoqun yeddinci dövr iclası təşkil olunacaq

Elm və təfəkkür şöbəsi: Vatikanın Katolik kilsəsi ilə dini danışıqların yeddinci dövr iclası noyabrın 8-10-da təşkil olunacaq. Bu dövrdəki danışıqlar “Müasir cəmiyyətdə dinin rolu” mövzusu ilə təşkil olunur. Danışıqlara İran İslami əlaqələr və mədəniyyət təşkilatının sədri Məhəmməd Baqir Xörrəmşad rəhbərlik edəcək.

İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, iclas İranın İslami əlaqələr və mədəniyyət təşkilatının dinlərarası dialoq mərkəzinin ev sahibliyi ilə təşkil olunur. İclasda iştirak etmək üçün Vatikandan cardinal Jan Luyi Turan iştirak edəcək.

İclasda müsəlman və məsihi ziyalıların “din və cəmiyyət, fəlsəfi baxışdan”, “din və cəmiyyət, tarixi və hüquqi baxışdan” və “din və cəmiyyət , fürsətlər və müasir problemlər” mövzusunda məqalələri təqdim olunub.

İran tərəfindən elmi heyətdə Seyid Mehdi Xamuşu, Məhəmməd Hüseyn Müzəffəri, Məhəmməd Cəfər Elmi, Humayun Himməti , Rəsul Rəsulipur və Yunis Nurbəxş yer alıb. Vatikan tərəfindən isə kardinal dinlərarsı dialoq papalar şurasının sədri Jan Luyu Turan, şuranın katibi Piyero Luyici Çalta, Vatikanın qeyd olunun şurasının İslam şünaslıq şöbəsinin rəhbəri Monsinyur Xalid Əkkaşe və digərləri iştirak edirlər.

İclasın rəsmi açılış mərasimi noyabrın 8-da baş tutacaq.


source : www.iqna.ir
  947
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment