Azəri
Tuesday 25th of June 2019
  616
  0
  0

ALMAÇILARA İKİNCİ CAVAB

Bismillahir
Rəhmanir Rəhim

Son vaxtlar İslam düşmənləri aldıqları məvaciblər müqabilində həddən artıq
yollarını azmaqlarından əlavə, özlərindən təzə kəşflər də etməyə başlayıblar.
Maraqlısı budur ki, 14 əsrdən çox bir müddətdə bütün İslam düşmənlərinin və
dünya alimlərinin tapmadıqları və cürət edib dillərinə gətirə bilmədikləri bir
mövzunu "ALMAÇILAR" dillərinə gətirmiş və özlərini gülünc vəziyyətə
qoyaraq, həm dünyada və həm də axirət aləmində özlərinə zülm etmişlər.

 

Nə isə, onlar belə bir iddia ediblər ki, guya "Quranda uyğunsuzluq
var!" Yaxşı olardı ki, onlar əvvəlcə bu fikri öz sponsorlarına verib azca
fikirləşəydilər, bəlkə də ağılları başına gəlib belə bir iddia etmək fikrinə
düşməzdilər. Çünki, belə planlar çoxdan təcrübədən çıxıb və nəticə verməyib.
Amma axurlarının dolu olmasına görə, belə bir yalan və iftiraya əl atmışlar.

 

İslam düşmənləri ilk gündən Quranın müqabilində vəhşətə düşmüş və Quranın
ecazkarlığını etiraf edə bilməsələr də, onu inkar da edə bilməyiblər. Sonda vəhşətlərini
gizlədə bilməyərək, Quranı sehr, İslam Peyğəmbərini (s) isə sehrbaz
adlandırıblar. Bu da onların acizliklərini nişan verir, Quranda bu haqda oxuyruq:
"O (Quran barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində)
ölçüb-biçdi. 19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz
dedi). 20. Yenə də ölüm olsun ona! Necə
ölçdü-biçdi?! 21. Sonra (qövmünün üzünə) baxdı. 22. Sonra üz-gözünü turşutdu,
qaşqabağını tökdü. 23. Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa)
təkəbbür göstərdi. 24. Və dedi: "Bu (sehrbazlardan) öyrənilən sehrdən
başqa bir şey deyildir!" ("Müddəssir" surəsi 18-24)

 

Quran haqqında aylarla fikirləşib tədqiqat apardıqdan sonra heç bir bəhanə
tapa bilməyən Vəlid ibn Müğeyrə, o zaman ərəb dil ədəbiyyatını ən yüksək səviyyədə
bilən və zəmanəsinin dil alimlərindən biri, özü də ərəb idi. Amma bu gün millət
və xalqının etiqadına zərrə qədər də ehtiram qoymayan və Qurana irad tutanlar, ərəb
dilinin zənginliyndən xəbərləri olmadıqları halda, Qurana irad tuturlar. Onsuz
da 1400 ildən çoxdur ki, İslam düşmənləri çalışırlar ki, bu işi görsünlər amma,
bacarmırlar və bacara da bilməyəcəklər.

 

Quranda bu haqda beş yerdə xüsusi aylər vardır: "1. "Əgər bəndəmizə
(Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə)
ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü)
doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi,
şair və alimlərinizi bu işdə köməyə) çağırın!" (Bəqərə surəsi 23) 2." (Ya Peyğəmbərim!) De: "Əgər
insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün
bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər". (İsra
surəsi 88) 3. "Yoxsa: "(Peyğəmbər)
onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona
(Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu
da (köməyə) çağırın!" (Yunis surəsi 37) 4."Yoxsa (müşriklər):
"Onu (Quranı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər
doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə)
Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın." 5. "Əgər doğru deyirlərsə, qoy onlar
bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!" ("Tur" surəsi 34)

 

Bütün bu ayələr nişan verir ki, Qiyamətə qədər heç kim Qurana bənzər bir mənalı
kitab və hətta ona bənzər bir kəlam da gətirə bilməzlər. 

 

İradın özü: 1. Fussulət surəsi, 9-cu ayə: Söylə onlara məgər sizin yer
üzünü 2 gün ərzində yaradan Allaha şübhəniz varmı? 2) Fussulət surəsi, 10-cu ayə: O, məsrəf edənlərin
ehtiyacı qədər yer üzündə dağlar, yeməklər və nemətlər yaratdı. Bu yaradılış 4
gün vaxt apardı. 3) Fussulət surəsi, 11 və 12-ci ayələr: Sonra göyləri
yaratmağa başladı... Onları yeddi göy olaraq 2 gündə yaratdı...

 

Hesabat: 2 gün yerin yaranması + 4 gün dağlarla nemətlərin yaranması + 2
gün göylərin yaranması = 8 gün!

 

Əvvəla onu da qeyd edək ki, Quran ayələrinin mənasını hər insan başa düşə
bilməz. Bundan ötrü xüsusi iman və elm lazımdır. Amma yerin və göylərin
yaranması haqqında ayələrdə təkid olunmuş altı gün (yaxud, altı zaman çərçivəsi)
tamamilə doğru və bu ayələrdə heç bir uyğunsuzluq yoxdur. Məqalə sahibinin
anlaya bilmədiyi məsələ, "Fussilət" surəsinin 10-cu ayəsinin mənasını
özü başa düşməməsi olub elə sanıb ki
"nə isə təzə bir şey kəşf edib". Allah-taala cahillərin iradından pak
və münəzzəhdir.

 

İzah: Bu ayənin mənasını iki yolla izah etmək olar və hər iki yolla
verilmiş izahla anlaşılmazlıq tamamilə aradan qalxır:

 

1) Ayədə, Allah-taala ümumiyyətlə yer və göylərin yaranışına dəxli olmayan
tamamilə ayrı bir yaranışa işarə edir və buyrur: O, məsrəf edənlərin ehtiyacı qədər
yer üzündə dağlar, yeməklər və nemətlər yaratdı. Bu yaradılış 4 gün vaxt
apardı." "Dörd gündə" məqsəd isə ilin dörd fəsli nəzərdə
tutulur. Yəni, Allah-taala yer və göyləri və onların arasındakıları altı gündə
yaratdıqdan sonra varlıq aləmində olan yaranmışların ruzilərini və ehtiyacı
olanları (dağlar, yeməklər və nemətlər isə ayrıca olaraq) dörd gündə (yəni,
dörd fəsildə) yaratdı. Bəs belə bir yaradılışın ümumiyyətlə yer, göylər və
onların arasındakıların yaranması gününün sayının heç bir dəxli yoxdur və
ayrıca bir yaradılışdır.

 

2) "Fussilət" surəsinin 10-cu ayəsindəki "Bu yaradılış 4 gün
vaxt apardı" ifadəsi əslində 9-cu
ayədə gələn "yer üzünü 2 gün ərzində yaradan..." cümləsinə bağlıdır.
Yəni, əslində ayələr ardıcıl batini mənada belə oxunur ("Fussilət"
surəsi 9) "Söylə onlara məgər sizin yer üzünü 2 gün ərzində yaradan Allaha
şübhəniz varmı? ("Fussilət" suərsi 10-cu ayə) O, məsrəf edənlərin
ehtiyacı qədər yer üzündə dağlar, yeməklər və nemətlər yaratdı. Bu
yaradılış (yəni, yerin özünün yaradılışı
və məsrəf edənlərin ehtiyacı qədər yer üzündə dağlar, yeməklər və nemətlərin
yaradılışı cəmisi birlikdə) 4 gün vaxt
apardı.

 

Bununla da, Qurana irad edənlərin ağızlarına möhür vurulmuş olur və heç bir
Quran ayəsinə, heç bir irad qarşıya çıxmır.

 

Faiq Vəlioğlu


source : www.abna.ir
  616
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment