Azəri
Sunday 26th of May 2019
  1077
  0
  0

Bakıda İmam Rza (ə) mədəniyyət və incəsənət festivalı təşkil olunub

İmam Rzanın (ə) mövludu münasibətilə Bakıda mədəniyyət və incəsənət festivalı keçirilib. Festival 18- 19 oktyabr tarixində təşkil olunub. Bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri deyib.

İQNA Quran Agentliyinin məlumatına əsasən, Bu festivalda kitab təqdimatı, şer gecəsi, İmam Rzaya (ə) aid ilahi mahnılar müsabiqəsi və başqa mədəni proqramlar icra olunub.

Nurinin sözlərinə görə, İmam Rzaya (ə) aid ilahi mahnılar müsabiqəsi Azərbaycan Respublikasından olan 7 ilahi mahnılar qrupunun iştirakı ilə 18 oktyabr tarixində Şəhriyar Mədəniyyət Evində keçirilib.

Oktyabrın 19-da isə şer gecəsi proqramı Azərbaycan Respublikasının şairləri və universitet müəllimlərinin iştirakı ilə keçiriləcək. Bu tədbirdə İmam Rza (ə) haqqında oxunan şerlər gələcəkdə kitab şəklində çap olunacaq. Bu tədbirdə həmçinin keçən il çap olunan Tohid və imamət carçısı İmam Rza (ə) kitabının təkrar çapının da təqdimat mərasimi keçiriləcəkdir. Bu kitaba yeni bölmə də əlavə edilib. İmam Rzanın (ə) həyatı haqqında buklet, İmam Rza (ə) serialının diskləri və poster də çap edilmişdir.

O, sonda Azərbaycan Respublikasının müsəlman əhalisinin, əlaqəsi olan insanların və burada yaşayan iranlıların bu festivalda iştirak edəcəyinə ümid etdiyini bildirdi.


source : www.iqna.ir
  1077
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment