Azəri
Thursday 21st of March 2019
  706
  0
  0

Ərəb Birliyi sionistlərin Qüdsdə qəsəbələrin tikilişini davam etdirməsi pisləyib

Beynəlxalq şöbə: Ərəb Birliyinin baş katibi Əmr Musa bəyanat yayaraq Qüdsdə sionistlərin şəhərciklər tikməsi layihəsini pisləyib.

İQNA Quran agentliyi Küveytin KUNA agentliyinə istinadən məlumat verir ki, Əmr Musa Fələstində Yəhudilər oturan qəsəbələrin tikintisini davam etdirilməsini təhrik edici adlandırıb.

“Sionist rejiminin bu hərəkətləri göstərir ki, Fələstinlilərlə bir-başa müzakirələrin başlanması bu rejimin siyasətlərini ört-basdır etmək üçündür ”, - deyə Əmr Musa deyib.

Əmr Musa BMT Təhlükəsizlik Şurasından istəyib ki, regionda sülh və sabitliyin bərqərar olmasına mane olan sionist rejiminin siyasətlərinə qarşı çıxsın.

Qeyd edək ki, İslam Konfrans Təşkilatının baş katibi İkmaləddin İhsanoğlu da bəyanat yayaraq sionist rejiminin işğal olmuş ərazilərdə şəhərciklər tikmək üçün qərarını pisləyib.

Sionist rejimi beynəlxalq ictimaiyyətin Fələstin torpaqlarında şəhərciklər tikintisini dayandırması haqda istəyinə baxmayaraq qərar verib ki, Qüdsdə 238 ədəd yeni mənzillər tiksin.


source : www.iqna.ir
  706
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment