Azəri
Monday 25th of March 2019
  1106
  0
  0

Masonların Türkiyə tarixindən

Sultan I Mahmud 1748-ci ildə və sultan II Mahmud 1826-cı ildə verdikləri fərmanlarla masonların Osmanlı dövləti ərazisində fəaliyyətini qadağan etmişdilər. Sultan Əbdüləziz (1861-1876) də masonların fəaliyyətlərinə qarşı ciddi tədbirlər görmüşdü. Masonların fəaliyyətinə mane olan bu Osmanlı imperatorlarından I Mahmud və Əbdüləziz suiqəsd nəticəsində ölmüşdülər. I Mahmud zəhərlənmiş, Əbdüləzizi isə mason nazir Midhət paşa öldürtmüşdü. Üstəlik bu sui-qəsd intihar kimi göstərilməyə çalışılmışdı. Lakin istintaq həqiqəti üzə çıxarmışdı. Masonların fəaliyyətini qadağan edən sultan II Mahmuda qarşı isə mason və ingilislərin sadiq nökəri olan Misir canişini Mehmet Əli paşa Kavalalı, oğlu İbrahim paşa ilə birgə üsyan etmişdi. Osmanlı dövlətində ilk mason lojası 1857-ci ildə açılmışdı. Öz mason baş naziri Mustafa Rəşid paşanın təsirində qalan sultan Əbdülməcidin (1839-1861) hakimiyyəti dövründə baş nazirin təşəbbüsü ilə məşhur Tinzimat (Gülxanə xətti-humayunu) fərmanı elan edilmişdi. Bu fərman Osmanlı dövlətinin siyasi, iqtisadi və ictimai həyatına ağır zərbə vurmuşdu. 1870-ci ildə Osmanlı dövləti ərazisində artıq 49 mason locası fəaliyyət göstərirdi. Sultan II Əbdülhəmid (1876-1908) Osmanlı masonlarının can düşməni idi. Onun hakimiyyəti dövründə dölət aparatı əhəmiyyətli dərəcədə masonlardan təmizlənmişdi. Lakin II Əbdülhəmid də qərb dövlətlərinin və “İttihad və Tərəqqi Cəmiyyəti”-ndəki masonların təşviqi ilə başlamış qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdı.


source : www.abna.ir
  1106
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment