Azəri
Tuesday 26th of March 2019
  1046
  0
  0

Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub

Əhl Beyt - ABNA – xəbər agentliyi xəbər verir : Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 4-də Bakının Xətai
rayonunda yəhudi uşaqlar üçün 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzinin
açılış mərasimdə iştirak edib.


Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə
tanış olub.


Prezidentə məlumat verilib ki, mərkəzin tikintisi üçün 1,5 hektar torpaq
sahəsi ayrılıb. Mərkəzin 30 siniflik tədris korpusu var. Mərkəzdə yeməkxana,
idman salonu, meydança, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla
tam təchiz edilib. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil
edilib, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi
üçün hər cür şərait yaradılıb.


MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun
prezidenti Lev Levayev Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan
danışıb, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayıb.


Mərasimdə Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevaya Azərbaycanda tolerantlığın və konfessiyalararası
dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim olunub.


source : www.abna.ir
  1046
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment