Azəri
Saturday 23rd of March 2019
  977
  0
  0

İmam Əli əleyhis-salamın (xilafətinin əvvəlində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın sifətləri, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) mədhi barəsindəki və eşidənlərə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

177- ci xütbə

 

İmam Əli əleyhis-salamın (xilafətinin əvvəlində eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın sifətləri, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) mədhi barəsindəki eşidənlərə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Allah-təalanı bir digər bir işdən saxlamır.[1] Zaman onu dəyişdirmir. (Çünki O, zamanın yaradanıdır, zamanı əhatə edib vacibəl-vücud varlıqdır. Dəyişmək isə vücudu mümkün olan varlığın xüsusiyyətlərindəndir.) Heç bir yer məkan Onu əhatə etməz. (Çünki haradasa yerləşmək qərar tutmaq cisim maddi varlıq olmağı tələb edir. O isə cisim deyil.) Heç bir dil Onu (Onun zatının mahiyyət həqiqətini) vəsf edə bilməz. Su damcılarının sayı, göyün ulduzları, küləyin havaya səpələdiyi şey, qarışqanın sərt daşlar üzərində hərəkəti zülmət qaranlıq gecədə kiçik qarışqaların yataqları Ona gizli deyil. Yarpaqların düşdükləri yeri gözaltı baxışları bilir. Bənzəri olmamış, varlığında şəkk-şübhə olmayan din yaratması inkaredilməz olan Allahdan başqa bir budun (ibadət olunanın) olmamasına şəhadət verirəm, niyyəti düz (səmimi qəlbdən), batini (riyakarlıq özünü göstərməkdən) saf, yəqin inamı (şəkk tərəddüddən) pak tərəziləri ağır (gözəl əməlləri çox) olan şəxsin şəhadəti kimi! Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi elçisidir ki, Onun yaratdıqları arasından seçilib, hökmlərinin bəyan edilməsi üçün bəyənilib, qiymətli lütflərinə məxsus edilib gözəl xəbər tapşırıqlarının çatdırılması üçün seçilib. Onun vasitəsi ilə hidayət nicat nişanələri aşkar olub korluq azğınlıq zülmətləri işıqlanıb.

Camaat! Dünya onu istəyəni ona arxalananı aldadır, onun vurğunu olan ( onu özü üçün istəyən) kimsəyə simiclik etmir (çirkinliklərə düçar edir) ona qalib gələnə (malını əldə edənə) qələbə çalacaqdır (məhv edəcəkdir). And olsun Allaha ki, heç vaxt nemət bolluğu həyatın şadlığında olan heç bir tayfanın firavanlıq şadlığı etdikləri günahlardan başqa bir şey səbəbindən zavala uğramayıb.[2] Çünki (əgər onlar nemət nankorluğu günah etməklə yenə nemətə layiq olsaydılar, nemətin onlardan əsirgənməsi birindən layiq olduğu şeyi əsirgəmək olardı ki, bu da zülmdür. Allahın zülm etməsi isə qeyri-mümkündür, necə ki, Ənfal surəsinin 51-ci ayəsində buyurulur:) «أَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ» «Allah bəndələrə əsla zülm edən deyildir».[3] Əgər insanlar çətinliklər onlara üz tutanda nemətlər onlardan alınanda düzgün niyyət vurğun qəlblərlə Rəbblərinə pənah aparsalar, O, əldən çıxanı onlara qaytarar hər bir fəsadı onlar üçün islah edər, düzəldər. Mən sizin (xilafəti qəsb edərək Həzrət Peyğəmbərin vəsiyyətinə uyğun davranmayan kəslərə tabe olmaq kimi nalayiq əməlləriniz nəticəsində cahiliyyət dövrünün insanları kimi) durğunluq boşluğa düçar olmağınızdan (Peyğəmbərin dinindən uzaqlaşaraq zaman keçdikcə dindən əl götürüb nadanlıq azğınlıq nəticəsində puç yanlış düşüncələrə tabe olmağınızdan) qorxuram. Bir sıra işlər olub keçdi (xəlifələr haqları olmadan üstünə gəldilər) ki, siz onlara meyl göstərərək haqdan əl götürdünüz mənim yanımda bəyənilməyən xoşagəlməz insanlar idiniz. Əgər (Allahın Peyğəmbərinin - səlləllahu əleyhi alih - zamanında) malik olduğunuz üsul qayda (çirkinliklərdən sonra) sizə qayıtsa, xoşbəxtlərdən olacaqsınız. Mənim vəzifəm ancaq (işlərin düzəlməsi öyüd-nəsihət vermək istiqamətində) səy təlaş göstərməkdir. Əgər (sizin üç xəlifənin zamanındakı çirkin söz əməllərinizi) demək istəsəydim, deyərdim. (Lakin onları əfv etmək onlara göz yummaq məsləhətdir.) Allah olub keçənləri əfv etsin, bağışlasın.

 

178- ci xütbə

 

İmam Əli əleyhis-salamın Ziləb Yəməni ondan «ey Əmirəl-möminin, Rəbbini görmüsənsoruşan zaman buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam buyurdu: Məgər görmədiyim şeyə ibadət edərəm?! (Halbuki ibadət məbudla danışmağı, eləcə rəhmət, bağışlanma təvazökarlıq istənilməsini tələb edir. bu cür işlər ibadət olunanın hüzurunda olmağı onu görməyi tələb edir.) Buna görə (sual verən şəxs elə zənn etdi ki, Rəbbi görməkdən məqsəd Onu göz ilə görməkdir. Odur ki) dedi: Onu necə görürsən? (Halbuki Onu görmək qeyri-mümkündür.) İmam əleyhis-salam buyurdu:

Gözlər Onu aşkar dərk etməzlər, lakin qəlblər imanın həqiqətləri vasitəsi ilə (Onun vücudunu, təkliyini, hər şeyin sahib idarə edəni olmasını digər sifətlərini təsdiqləməklə) Onu dərk edərlər. Hər şeyə yaxındır (əhatə edib), amma yapışmayıb. Hər şeydən uzaqdır, amma ayrı deyil. (Çünki yapışmaqla olan yaxınlıq ayrılıqla olan uzaqlıq cismin xüsusiyyətlərindəndir.) Danışır (söz yaradır, amma) təfəkkür düşüncəsiz. (Çünki düşünmək nadanlığın, naçarlığın nəticələrindəndir Allah ondan pak uzaqdır.) İstəyəndir (yaradandır, amma) qərara gəlmədən hazırlaşmadan.[4] Yaradandır (amma əl, ayaq bu kimi), hər hansı bir üzvün rolu (köməyi) olmadan. (Çünki köməyə, möhtac varlığın ehtiyacı olur. O isə zatı zəngin mütləq ehtiyacsızdır. Zahir aşkar olmasının çoxluğu səbəbindən) gizliliklə vəsf edilməyən lətifdir. (Çünki bir şey Onu əhatə etməyib. Öz əli altında olanlara zülm edən zalımlar kimi) zülmkarlıqla vəsf edilməyən böyükdür. (Çünki mütləq ədalətlidir.) Elə bir görəndir ki, (hiss orqanlarından) heç bir hissə malik olmaqla vəsf edilməz. (Çünki hisslər mümkün varlığın sifətlərindəndir.) Mehribandır, (amma) ürəyiyananlıq acıma ilə yox (fəzl lütfü ilə)! Yaranmışlar Onun əzəmət böyüklüyü qarşısında xar təvazökardırlar (çünki onların hamısı Onun istək iradəsi müqabilində ramdırlar) qəlblər (Onun izzət əzəməti qarşısında) Onun (əzabının) qorxusundan iztirablı nigarandırlar.

 

179- cu xütbə

 

İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.

Vacib etdiyi işə, təqdir etdiyi əmələ məni sizinlə (sizin nifaq ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, vaxt əmr etdimsə tabe olmadınız çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa,  əlbəttə, çatacaq da  mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm tək qalmışam (sizin münafiqlik, ikiüzlülük çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan pul vermədən) alçaq nanəcib zalımları çağırır onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?![5] Mənim əmr fərmanımdan razı deyilsiniz ondan şad olmursunuz qəzəb inciklik ətrafında toplaşırsınız.[6] Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Quranı (onun maarif həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi ya yatan oyanaydı![7] Başçıları Müaviyə müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa qədər çox yaxındır![8]

 

180- ci xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu:

Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi bununla da Allahın rəhmətindən) uzaq düşdü ( məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq ( öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə onlara (onların əzaba layiq olmaları üçün) hidayət nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq korluğa (azğınlıq korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri azğınlıqda (azğınlıq yolunda) tüğyan itaətsizlik etmələri kifayətdir.[9]

 

 



[1] Çünki hər hansı bir o şəxsi digər işdən saxlayır ki, onun elm biliyində naqislik ya güc qüdrətində məhdudluq olsun.

[2] Necə ki, d surəsinin 11-ci ayəsində buyurur: « إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ» «Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmirHəmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: «وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ» «Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm arxayın idi hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq qorxu libası geydirərək onlara çətinlik bəlanın dadını daddırdı etdiklərinə görə onları hər cür çətinlik aclığa düçar etdi».

[3] İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə mütləq şəkildə belə deyil. Çünki Allah bəzən bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam dərəcələrini yüksəltmək üçün neməti onlardan alır rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: «وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ» «Biz sizi qorxu, aclıq, mal, can məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır».

[4] Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil.

[5] Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ənənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə başçılar o Həzrətdən elə razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər.

[6] Mənim işlərimdə həmişə riyakarlıq ikiüzlülük edirsiniz. itaət edərək tabe olmaqda qədəminiz sabitdir, müxalifət etməkdə birüzlü yekdil! Kaş ki, bir yol ilə gedəydiniz məni bu dərd kədərin çəkişməsindən xilas edəydiniz.

[7] Mən doğru yol göstərmək ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə yatan oyanmasa, mənim günahım deyil.

[8] Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.

 

[9] Xirrit ibn Raşidin onun tərəfdarlarının qəl ibn Qeysin əli ilə öldürülməsi əhvalatı qırx dördüncü kəlamın şərhində deyildi.

  977
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment