Azəri
Sunday 24th of March 2019
  1119
  0
  0

37 – ci illərin REPRESİYA tufanı.DİNDARLARIN APELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLDİ

Fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib 

 

FaktXeber.com-un verdiyi məlumata görə, dünən saat 12:00-da Azərbaycan Respublikasının cinayət məcəlləsinin 315.2 və 221.3 maddələri ilə həbs cəzasına məhkum olunan Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin iş üzrə Appelyasiya məhkəməsi öz işinə başlayıb. Bakı şəhər Appelyasiya məhkəməsində proses, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib.  Qeyd edək ki, təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası onların vəkillərinin və yaxınlarının iştirakı ilə keçirilib.

 

Məlumat üçün bildirək ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirli bilinənlər- Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin apelyasiya şikayəti üzrə məhkəmə baxışı oktyabrın 14-ü saat 11:20-ə təyin edilib.

 

Nəzərinizə çatdıraq ki, bugünki məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri işin düzgün aparılmaması barədə vəsatət qaldırsalar da, hakim Sahibxan Mirzəyev tərəfindən vəsatət rədd edilib


source : www.abna.ir
  1119
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment