Azəri
Sunday 21st of April 2019
  724
  0
  0

İmam Əli əleyhis-salamın xilafətində bey’ət edildikdən sonra buyurduğu kəlamlarındandır.

167-ci xütbə

 

İmam Əli əleyhis-salamın xilafətində beyət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr beyətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın ( beyətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:

Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış ( bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır biz onlara deyil, onlar bizə ağalıq edirlər?![1] Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər ( heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu nadanlığa əsaslanan bir işdir onların (çoxlu) kömək yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) bunu, onu görür (bu işdə susub dayanıb heç bir nəzəri yoxdur). Buna görə (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit rahat olun (tələsməyin bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc qüvvəni məhv edərək aradan aparan süstlük xarlıqla nəticələnən bir görməyin. Tezliklə, qədər ki,  yumşaqlıqla mümkündür bu işi yumşaqlıq mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».[2]

 


168-ci xütbə

 

İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.

Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir şər yolu açıqlayan) Kitab (Qurani-Kərim) bərqərar (qiyamətə kimi qalacaq əyriliyin yol tapa bilmədiyi) (din qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum qaranlıq bidətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din dünya) işlərinizin qorunmasıdır. Buna görə məzəmmət məcbur edilmiş olmadan ona tabe olun.[3] And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.

Həqiqətən onlar (Təlhə, Zübeyr onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular hələ bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri həsəd apardıqları üçün bu dünyanı (xilafət əmirliyi) istəyirlər. Buna görə hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına Onun Peyğəmbərinin (səlləllahu əleyhi alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).

 

169-cu xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) beləliklə, əhalinin şəkk-şübhə tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını ( Cəməl əhlinin batil nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Beyət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm onların yanına qayıdana ( məsləhətləşənə) kimi özbaşına bir görmərəm. İmam əleyhis-salam buyurdu:

Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr sən onların yanına qayıdıb ot su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə beyət etmək üçün) əlini uzat.[4] Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün beyətdən üz döndərə bilmədim beləliklə, İmam əleyhis-salamla beyət etdim. (Bəli, öyüd-nəsihət haqq söz hidayət nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.

 

170-ci xütbə

 

İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.

(Bəndə hər halda-aşkar gizlin, pis yaxşı, çətin rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)

Allahım! Ey uca göyün həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə fırlanan ulduzların gəl-get yeri etdiyin sakinlərini Sənə ibadət bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı həşərat, dördayaqlılar, göz ilə görünənlər (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət tərpənməkdən qorunması üçün onun) mismarları (mənbə, bitki digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et bizi haqq düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)

Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!

 

 



[1] Çünki həmin işdə Mədinə əhalisinin çoxu, eləcə Misir, Kufə digər şəhərlərin sakinlərinin əksəriyyəti çöldə yaşayan tayfalar iştirak etmişdilər. Deyirlər ki, İmam əleyhis-salam bir gün camaatı bir yerə topladı onlara xütbə oxuyaraq dedi: Osmanı öldürənlər ayağa qalxsınlar. Çox az hissədən başqa hamı ayağa qalxdı. O Həzrət bu işi öyüd verənlərin cavabını əməli şəkildə vermək üçün etmişdi.

[2] Beyəti pozanlarla vuruşacağam. «اخِرُ الدَّواءِ الْكَىُّ» «Son dərman dağlamaqdır» cümləsi məşhur bir məsəldir onu son tədbirə əl atılan yerdə işlədirlər.

[3] Daxili istək olmadan deyil, niyyət qəlb saflığı səmimiyyətlə onun göstərişlərinə əməl edin. Çünki belə olmayan şəxsi münafiq riyakar sayır məzəmmət edirlər.

[4] Çünki əgər səninlə insanın cisim bədəninin həyatı ona bağlı olan ot su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən?

  724
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!
      تسلط بر مطالب علمی
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      جايگاه باب و بهاء در ميان پيروانشان
      ادله ردّ بهاییت
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...

بیشترین بازدید این مجموعه

      بهائیت، گذشته و اعتقادات کنونی و نقد جدی آن(2)
      حکم ازدواج با محارم در بهائیت
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...
      ادله ردّ بهاییت
      جايگاه باب و بهاء در ميان پيروانشان
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      تسلط بر مطالب علمی
      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!

 
user comment