Azəri
Sunday 21st of April 2019
  949
  0
  0

İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir.

164- xütbə

 

İmam Əli əleyhis-salamın tovuz quşunun yaradılışının heyranediciliyini xatırlatdığı xütbələrindəndir.

Allah təəccüblü qəribə varlıqlar yaradıb: bəziləri (insan heyvanlar kimi) canlı, bəziləri (cansız təbiət kimi) cansız, bəziləri (dağlar kimi) hərəkətsiz bəziləri (ulduzlar kimi) hərəkət edəndir. Onun yaradılışının gözəlliyi qüdrətinin böyüklüyünə şəhadət verən aşkar dəlillərdən ağılların, qarşısında tabe olaraq inandıqları şeyi bərqərar etdi. Belə ki, (ağıllar) Onun varlığını iqrar edərək əmrinə tabedirlər ağılların inandıqları şeyin Onun birliyinə olan dəlilləri, bizim qulaqlarımızda fəryad qoparırlar. Həmçinin quşların yerin dəliklərində, (iki dağın arasında yerləşən) geniş dərələrdə dağların başında yerləşdirdiyi müxtəlif şəkillilərini yaratdı. Onların cürbəcür qanadları müxtəlif görkəmliləri vardır. Onların boyunlarına itaətkarlıq tabeçilik cilovu salınıb açıq hava geniş fəzanın boşluqlarında qanad çalırlar.[1] Onları bu aşkar heyranedici surətlərdə yaratdı, halbuki bundan öncə yox idilər. (Onları yoxdan yaratdı.) Onları (ət dərilərində) gizlənmiş oynaqların möhkəm sümükləri ilə bir-birinə birləşdirdi. Onların bəzisini (dəvəquşu hacıleylək kimisini) iti yerimək asan uçmaq üçün yüksəklikdə uçmaqdan saxladı onu elə yaratdı ki, yerə yaxın uçur. Növbənöv quşları hikmət məsləhətə əsaslanan qüdrət yaradılışı ilə müxtəlif rənglərdə sıraladı. (Hər birini məxsus bir rəngdə yaratdı.) Beləliklə, onların bəzisi elə bir rəngin qəlibinə salınıb ki, ona başqa bir rəng qarışmır,[2] bəzisi isə bir rəngə salınıb boynunda elə bir boyunbağı cizgilənib ki, onun rəngi bədəninin digər yerlərinin rənginin əksinədir.[3]

Quşların yaradılış baxımından ən heyrətləndiricisi tovuz quşudur ki, Allah onu ən möhkəm ölçüdə yaradıb rənglərini kökünü (piy, sümük damarla) bir-birinə birləşdirdiyi qanadla uzunluğunu çox etdiyi quyruqla ən gözəl qaydada nizama salıb. vaxt (cütləşmək istəsə ) dişi tovuzquşuna tərəf getsə, quyruğunun burulğanını açar onu qaldıraraq başına kölgə salar. Həmin quyruq (bir yerə yığılanda açılaraq yayılanda) sanki Darəyn (gəmisinin) yelkənidir ki, gəmiçi onu bir tərəfdən digər tərəfə çevirir.[4] O, rəngləri ilə lovğalanaraq özünü öyür. Quyruğunun hərəkəti ilə öyünür nazlanır. Xoruzlar kimi cütləşir bala verməsi üçün öz dişisi ilə çox şəhvətli erkəklər kimi yaxınlıq edir. (İmam əleyhis-salam burada tovuzquşunun cütləşməsinin belə olmamasını güman edən şəxsin sözünü puç etmək üçün buyurur:) Tovuzquşunun cütləşməsi barəsində dediklərimdə səni müşahidə etmək göz ilə görməyə göndərirəm (sözünü) etimad edilməyən zəif səhv dəlilə əsaslandıran kəs kimi deyiləm. (Çünki həmin şəxs deyir: Belə deyirlər. Mən isə deyirəm: Get gör!) Əgər onların zənn etdikləri kimi olsa - erkək tovuzquşunun öz dişisini mayalandırması, erkəyin gözündən axaraq göz qapaqlarının kənarlarında yığılan göz yaşı vasitəsi ilə olsa dişi tovuzquşu onu öz dimdiyi ilə götürüb daddıqdan sonra yumurta qoysa erkək tovuzquşunun cütləşməsi gözdən çıxan yaşdan başqa bir yol ilə olmasa, hər halda bu (yanlış) güman ala qarğanın cütləşmə üsulundan (onların dimdiklərini bir-birinin üstünə qoyaraq cütləşmələrindən) daha təəccüblü qəribə deyil.[5] (İmam əleyhis-salam sonra yenə tovuzquşunun vəsfinə davam edərək buyurur: Ağlıq şəffaflığının çoxluğundan) onun lələklərinin sümüklərini gümüş millər təsəvvür edər həmçinin həmin lələklərin üstündə bitənləri - heyrətamiz dairələr boyunbağıları (sarılıq parlaqlıqda) xalis qızıl (yaşıllıqda) zəbərcəd (qızıla çalar yaşımtıl rəngli qiymətli daş) parçaları sanarsan. Buna görə əgər onun qanadını yerin bitirdiyi gül çiçəklərə oxşatsan, deyəcəksən ki: O, hər baharın çiçəklərindən toplanmış bir dəstə güldür. Əgər onu geyimlərə oxşatsan, (deyəcəksən ki:) rəsm şəkil işlənmiş bəzəkli ya Yəməndə toxunmuş gözəl rəngli qəşəng paltar kimidir. Əgər zinət əşyalarına bənzətsən, (deyərsən ki:) cəvahirlə bəzədilmiş gümüş arasında yerləşdirilmiş rəngarəng üzük qaşları kimidir. Çox işvəli sevincək şəxsin nazlanması kimi yol gedir. Tam diqqət mülahizə ilə öz quyruq qanadına baxır. Köynəyinin paltarının (müxtəlif) rənglərinin gözəlliyindən qəhqəhə ilə gülür. Gözü ayaqlarına sataşanda isə haray qopararaq uca səslə ağlayır, sanki aşkarcasına, köməyə bir kimsə çağırır (bu əməli ilə) özünün (ayaqlarının çirkinliyindən olan) qəm-qüssənin həqiqiliyinə şəhadət verir. Çünki ayaqları ( , qara, bəlkə torpaq rəngində olan) xoruzun ayaqları kimi nazikdir ( çirkindir) onun baldırının sümüyü tərəfdən (xoruzun ayağında olan elə aşkar olmayan tikan kimi) gizli bir tikan qabarır. Boynunun arxasında yalının yerində nəqş edilmiş bir yaşıl kəkil var. Boynunun çıxacağı bardaq kimidir (nazik uzundur). Boynunun batacağı isə qarnının altına qədər (çox yaşıl olan rəng qoyulmasında istifadə edilən) Yəmən basması ya cilalı güzgüyə bükülmüş rəngli bəzəkli ipək kimidir. Tovuzquşu sanki özünü qara çadraya bürüyüb. Amma təravət parıltının çoxluğundan, ona çoxlu gözəl yaşıl rəngin qatışdırıldığı güman edilir. (Şəffaflıq aydınlığının çoxluğundan onun qaralığı yaşıla çalır baxanda hər an bir rəngdə görünür. Odur ki, buyurur:) Qulağının yarığında qələmin ucuna bənzər (nazik) bir xətt var o, rəng baxımından çox olan çobanyastığı gülüdür (onun kimidir). O, qara rəng içində parıldayan xətt kimidir. Tovuzquşunun bəhrələnmədiyi rəng çox azdır. O, çox cilalı, parlaq, işıqlı gözəl olduğu üçün həmin rəngi daha yaxşı göstərib. Beləliklə, o, (rənglərə boyanmasında) bahar yağışlarının çox isti günəşlərin yetişdirmədiyi (bəlkə eyb nöqsanlardan pak uzaq olan Allahın hikmət əsasında yaradılışın əvvəlindən başdan-ayağa müxtəlif heyranedici rənglərlə yaratdığı) dağınıq çiçəklər kimidir. O, bəzən öz tük lələklərindən xaric olaraq paltarını çıxarıb lütlənir. Beləliklə, tükləri bir-birinin ardınca tökülür yenə bir-birinin ardınca bitir. Tükləri yarpaqlar ağacdan tökülən kimi tökülür. Sonra bir-birinin ardınca tükləri tökülməmişdən qabaqkı şəklinə düşənə kimi bitir. (Belə ki,) onun heç bir rəngi əvvəlki rənglərin əksinə olmur heç bir rəng öz yerindən başqa yerdə durmur. (Düşən hər bir tük lələyin yerinə həmin şəkil rəngdə olan bir tük lələk çıxır.) Əgər onun lələklərinin tüklərindən birinə diqqətlə baxsan, (onların rəngə boyanmaları) sənə (bir dəfə) qızılgül qırmızısı, bir dəfə zəbərcəd yaşılı, bəzən isə qızıl sarısı rəngində görünər. Buna görə dərin dəqiq dərrakələr bu heyvanın yaradılışının necəliyini necə qavraya, əqli düşüncələr onu necə dərk edə ya vəsf edənlərin sözləri onun necəliyini necə nəzmə çəkə bilər?! Halbuki həmin heyvanın ən kiçik hissəsi (tükü) fikirləri onu dərk etməkdə dilləri öz vəsfində aciz qoyub. Buna görə eyb nöqsan sifətlərdən pak uzaqdır o Allah ki, ağılları gözlər önündə cilvələnən onların məhdud, yaranmış, mürəkkəb rənglənmiş şəkildə dərk etdikləri varlığın vəsfində məğlub edib, dilləri Onun həqiqətinin necəliyinin bəyanında bacarıqsız sifətlərinin şərhində aciz edib. Həmçinin eyb nöqsan sifətlərdən pak uzaqdır o Allah ki, kiçik qarışqa balaca ağcaqanadların ayaqlarını, eləcə onlardan böyüklərin - balıq fillərin yaradılışını möhkəm edib. Özünə vacib edib ki, ruh can verdiyi heç bir cüssə, onun üçün ölüm vədəsi yoxluq sonluğu müəyyənləşdirməyincəyə qədər hərəkət edib tərpənməsin.

 

Bu da həmin xütbənin Cənnətin necəliyi barəsindəki bir hissəsidir

 

Əgər qəlb gözü ilə sənin üçün Cənnətdən vəsf edilənlərə baxsan ( onlar barəsində fikrə dalaraq düşünsən), nəfsin mütləq bu dünyada olan onun, nəzərdə cilvələnən istək, ləzzət bər-bəzəklərindən uzaqlaşar. Fikir düşüncə ilə kökləri Cənnət arxlarının kənarında müşk dəfinələrində basdırılmış ağacların yarpaqlarının bir-birinə dəymələrinin səsindən, təzə təravətli mirvari salxımların nazik qalın budaqlardan asılmasından, heç bir çətinlik olmadan (ağacın başına çıxmadan ya daş çubuq vasitəsi ilə salınmadan) yığılan yığanın arzusuna uyğun olaraq onun ixtiyarında duran (onu zəhmətsiz yığması üçün arzulaması ilə yaxınlaşan) rəngarəng meyvələrin həmin ağacların güllərinin tumurcuqlarından zahir olmasından çaş-baş qalar. Cənnət əhli üçün onun saraylarının qarşısında pak təmiz ballar saflaşdırılmış şərbətlər dolandırılır (ki, istəyən götürüb içsin).[6] Cənnət əhli həmişəlik evə (əbədi Cənnətə) daxil olana yerdəyişmə səfərlərdən qurtarıb rahatlanan zamana kimi ilahi əta bəxşişlər daim hallarına şamil olan dəstədir ( onlar Allah Peyğəmbərə tabedirlər). (İnsan öləndən sonra qiyamət başlanana kimi səfər çətinliklərinə düçar olan şəxs kimidir ölüm, bərzəx aləmi qiyamətin çətinliklərindən nicat tapıb, yükünü Cənnətdə açandan sonra yolun əziyyətlərindən qurtulur, rahatlıq tapır.) Buna görə ey dinləyici, əgər qəlbini qəflətən sənə çatacaq şeyə - heyranedici mənzərələrə məşğul etsən (fikrə dalaraq onların barəsində düşünsən), canın onlara çatmağın şövqündən bədənindən çıxar həmin mənzərələrə çatmağa tələsdiyin üçün mənim bu məclisimdən qəbristanlıq əhlinin qonşuluğuna gedərsən (dünyaya onda olanlara göz yumaraq ölümü gözləyərsən). Allah fəzl mehribanlığı üzündən bizi sizi yaxşı əməl sahibilərinin mənzillərinə (əbədi Cənnətə) getmək üçün qəlbən səy göstərib çalışanların (Allah Peyğəmbərin razılığını əldə edənlərin) zümrəsində yerləşdirsin. (Seyyid Rəzi deyir:)

 

Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:

 

O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mərətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nutiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir onun mənası tikə parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir onun təki «عُسْلُوج» «usluc»dur.

 

165-ci xütbə

 

İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) din şəriətdə araşdırma aparır, Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan ( quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.[7]

 

Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi səhabələrini məzəmmət etdiyi) bir hissəsidir

 

(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq öz köklərindən (haqq İmam dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi ) heç bir təpəcik ondan salamat heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu dağın möhkəmliyi, yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı ( elə selin yatağı olan) dərələrin arasında səpələyər çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar onlara güc qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq hökmdarlıqdan (onların padşahlıq hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət bütün şeyləri aradan gedər).

Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) batil nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır.[8] Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik səadət) yoluna aparardı siz yoldan azmaq əziyyətindən qurtular çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).

 


166- xütbə

 

İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.

Allah-təala Kitabı (Qurani-Kərimi bəndələr üçün) bələdçi olaraq göndərdi onda yaxşı pisi (etiqad, söz əməlin hansının pis hansının yaxşı olmasını) bəyan etdi. Buna görə yaxşılıq yolunu tutun ki, (Allah Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin![9] Onları (riya özünü göstərmək üçün deyil) Allaha görə (Onun rəhmətinə yaxınlaşmaq üçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Quranda Həzrət Peyğəmbərin sünnəsində) məchul olmayan (bəlkə hamıya məlum olan) şeyi haram etdi (buna görə ondan xəbərsiz olan üzrlü sayılmır) heç bir eyb nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamın əzəmətinə görə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıq olmadan tam sədaqət saflıqla ibadət bəndəlik etmək) tovhid (Allah-təalanı tək bilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə (təkallahlı ixlası olan şəxsə müsəlmanların hüquqlarına riayət etmək vacibdir. Belə olmasa, bu onun ixlas tovhidi ilə ziddiyyət təşkil edər. Odur ki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (Allah Peyğəmbərin buyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən əlindən salamat rahat olsunlar (dili ilə yalan, qeybət böhtan danışmasın başqalarını incitməkdən zülm etməkdən əl saxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Amma əgər kimsə müsəlmanı nahaq yerə öldürsə, ondan qisas alınması öldürülmüş şəxs kimi onun da öldürülməsi vacibdir.) Hamı üçün ümumi olan sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölümə dünyadan köçməyə hazır olun). Çünki insanlar (onların bir dəstəsi) sizin qarşınızdadır (sizdən qabağa düşüblər) qiyamət sizi arxadan qovur. (Sanki bir karvan qabaqcadan gedib karvanın başçısı arxada qalanları qabaqda gedənlərə çatmaları üçün sürətlə aparır. Buna görə ) yüngülləşin ki, (özünüzü ağır yüklər altından nicat verib karvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamı toplaşsın birlikdə qiyamətə daxil olasınız). Çünki (qiyamətdə) sizdən (hər şeyi) soruşacaqlar, hətta yerlər dördayaqlılar barəsində.[10] Allaha itaət edin Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünya axirətinizə xeyri var) pislik görəndə ondan uzaq olun (ki, sizi əzaba düçar edər).



[1] Qurani-Kərimin Nəhl surəsinin 79-cu ayəsində buyurur: «أَلَمْ يَرَوْاْ إِلَى الطَّيْرِ مُسَخَّرَاتٍ فِي جَوِّ السَّمَاء مَا يُمْسِكُهُنَّ إِلاَّ اللّهُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ» «Məgər onlar yerlə-göy arasında ram olmuş quşları görmürlər? Onları havada yalnız Allah saxlayır. Həqiqətən onların bu uçuşlarında (Allah-təalanın güc qüdrətinin sübutu üçün Allah Peyğəmbərə) iman gətirənlərə nişanələr vardır».

[2] Bir rəngdədir: ya , ya qara, ya qırmızı, ya da başqa bir rəngdə. Sanki rəng qəlib kimi onu əhatə edib, bürüyüb.

[3] Onların bəziləri bülbül kimi iki ya çox rənglidirlər. Xülasə, Allah hikmət məsləhət əsasında onları müxtəlif şəkil rəngdə yaradıb ki, bunların hamısı Onun güc qüdrətinin böyüklüyünə dəlildir.

[4] Darəyn Bəhreynin şəhərlərindən olan Qətifin sahillərində ada olub keçmişdə ora gəmilərin limanı lövbər atdığı yer olub.

[5] Ala qarğanın cütləşməsi görünmədiyi üçün el arasında məsəl kimi «هذا أَخْفى مِنْ سِفادِ الْغُرابِ » «bu ala qarğanın cütləşməsindən gizlidir» deyilir belə zənn edirlər ki, onun cütləşməsi erkək qarğanın həzm orqanında olan su vasitəsi ilə olur. Belə ki, dişi qarğa dimdiyi ilə onu götürür onun vasitəsi ilə yumurta qoyub bala çıxarır. İmam əleyhis-salamın məqsədi budur ki, camaat ala qarğanın cütləşməsini görmədiyi üçün bu cür sözlər danışır. Əgər tovuzquşu barəsində onlardan belə şeylər nəql edilirsə, bu, təəccüb doğurmur. Çünki onlar nadanlıq üzündən dəlil-sübutsuz eşitdikləri şeyə inanaraq bu cür sözlər danışırlar.

[6] Necə ki, Qurani-Kərimin Saffat surəsinin 45-47-ci ayələrində buyurur: «يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِن مَّعِينٍ بَيْضَاء لَذَّةٍ لِّلشَّارِبِينَ لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ» «Onlar üçün görünən axar çaydan (doldurulmuş) şərbət dolu piyalələr dolandırılacaqdır: ağappaq, özü içənlərə ləzzət verən (bir şərbət). Onun içində zərər-ziyanlı, başağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst olmazlar».

[7] Çünki ola bilər ki, zəhərli ilan yumurtası olsun. Cahiliyyət zalımları dəvəquşunun yumurtladığı yerdə tapılan zəhərli ilan yumurtası kimidirlər. Ona görə ki, onlarla müxalifət etmək onları devirmək döyüş qan tökülməsi ilə nəticələnir, yumşaq davranmaq isə azğınlıq fitnə-fəsada səbəb olurdu.

 

[8] Çünki onların sərgərdanlıqları qırx il idi. Sizin övladlarınızın sərgərdanlığı isə zühuru gözlənilən on ikinci İmamın - Allah-təala onun zühurunu tezləşdirsin - zühur edəcəyi zamana kimi davam edəcəkdir.

[9] Namaz, oruc, xums, zəkat, həcc, əmr be ruf, nəhy əz münkər sairə ibadətlərə əməl edərək onları yerinə yetirin. Bu cümlənin təkrar edilməsi məsələyə təkid etmək onun əhəmiyyətini bildirmək üçündür.

[10] Soruşacaqlar ki: filan tarlanı üçün dağıtdın? üçün filan evi qəsb etdin? Yaxud üçün filan şəhərdən köçüb şirk küfr şəhərlərində məskunlaşdın? Hansı əsasla dili-ağzı bağlı heyvanı incitdin?

  949
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      روزگار امام دوازدهم
      امام زمان (عج) فريادرس انسان‏‌ها
      سیمای حضرت علی اکبر (ع)
      ياد پدر و مادر در نمازهاى يوميه‏
      تربيت در آخر الزمان
      حق خداوند متعال بر بنده
      آیه وفا
      توسّل اميرمؤمنان(ع) به سيّدالشهداء(ع)
      مقام شكر از منظر امام حسین(ع)
      مقام منیع سیّدالشهدا(ع)

بیشترین بازدید این مجموعه

      مبعث پیامبر اکرم (ص)
      ازدواج غير دائم‏
      میلاد امام حسین (علیه السلام)
      آیه وفا
      اسم اعظمی که خضر نبی به علی(ع) آموخت
      یک آیه و این همه معجزه !!
      شاه کلید آیت الله نخودکی برای یک جوان!
      حاجت خود را جز نزد سه نفر نگو!
      فضيلت ماه شعبان از نگاه استاد انصاريان
      افزایش رزق و روزی با نسخه‌ امام جواد (ع)

 
user comment