Azəri
Saturday 23rd of March 2019
  948
  0
  0

Azərbaycanın İranla viza rejimini ləğv etməməsinin səbəbi açıqlanıb.

Əhl Beyt - ABNA – xəbər
agentliyinin verdiyi xəbərə əsasən : İranın Şərqi Azərbaycan vilayətinin
başçısı Əhməd Əlirza Beygi Təbrizdə Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəz Qarayevlə görüşüb. Görüşdə ikitərəfli mədəni, elmi, turizm və digər sahələrdə
əməkdaşlıq barədə müxtəlif məsələlər müzakirə edilib.


Əhməd Əlirza Beygi bildirib
ki, Azərbaycanı dost və qardaş ölkə hesab edir: “Bizim xalqlarımızın xüsusiyyəti
və davranışları eynidir, demək olar ki fərqli xüsusiyyətlərə malik deyilik.
Bunun üçün də Azərbaycan ilə əməkdaşlıq bizim üçün zəruridir”.


O bildirib ki, Azərbaycan da
İran kimi viza rejimini aradan qaldırsa, yaxşı olar: “Bakı-Təbriz-Məşhəd təyyarə
reysinin açılması və bu barədə olan məsələlər bizim tərəfimizdən öz həllini
tapıb. Biz Azərbaycan tərəfinin addım atmasını gözləyirik”.


Mədəniyyət və turizm naziri
Əbülfəz Qarayev hər iki ölkənin xalqlarının mədəni və tarixi əlaqələrinin doğma
və dərin olduğunu bildirib: “Hər iki ölkənin şairləri həm Azərbaycan dilində, həm
də fars dilində şerlər yazıblar. Bunlardan Xaqani, Nizami və Şəhriyarı misal
göstərmək olar”.


Ötən il Azərbaycana 2 milyon
turistin gəldiyini deyən Əbülfəs Qarayev onların 350 min nəfərini İran vətəndaşları
təşkil etdiyini bildirib: “Bizim əlaqələrimiz yaxşıdır, amma bu əlaqələri yüksək
səviyyəyə çatdırmalıyıq. İran vətəndaşları üçün viza rejimini ləğv etməməyimizin
səbəbi ölkəmizin Ermənistanla müharibə şəraitində olmasıdır. Ümid edirəm ki,
Dağlıq Qarabağ münaqişəsi həllini tapdıqdan sonra ilk olaraq İran vətəndaşları
üçün viza rejimini ləğv edəcəyik”.


DİQQƏT : Xəbərdən
istifadə etdikdə mənbəyə istinad lazımdır.


source : www.abna.ir
  948
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment