Azəri
Sunday 16th of June 2019
  856
  0
  0

Yəhudilər İsrailə qarşı…

Əhl Beyt - ABNA – xəbər
agentliyinin verdiyi xəbərə əsasən : 10 metr uzunluğunda «İrene» adlı
katamaranın Qəzza sahili yaxınlığında İsrailə məxsus gəmilər tərəfindən əngənləndiyinə
dair xəbərlər daxil olub. «İrene» hərəkatının təşkilatçıları «Twitter» vasitəsilə
yaydıqları məlumatda İsrail donanmasının müdaxiləsinə qarşı hər hansı müqavimət
göstərməyəcəklərini bəyan ediblər.


İsrail Qəzza zolağında Həmas təşkilatına
silah təchizatını əngəlləmək iddiası ilə bölgəni dənizdən mühasirə şəraitində
saxlayır. «İrene» hərəkatının internet saytında «Freqat yolumuzu bağlayır, daha
kiçik ölçülü gəmilər də arxamızca üzür. Daha kiçik olan gəmilərdən birinin
önündə və arxasında pulemyotlar var» deyə xəbər verilib.


İsrail, Avropa və ABŞ-dan 10 yəhudi
sülh fəalını mühasirə altında saxlanan Qəzzaya daşıyan «İrene» gəmisi bazar
günü Şimali Kiprdən Aralıq dənizinə çıxmışdı. Mərkəzi İngiltərədə yerləşən «Fələstinlilər
üçün ədalət istəyən yəhudilər» adlı qrupdan Riçard Kuper heç də bütün yəhudilərin
İsrailin fələstinlilərə qarşı siyasətini dəstəkləmədiyini göstərmək istədiklərini
açıqlamışdı: «Hədəfimiz Qəzzaya yetişməkdir. Amma fəallarımız hər hansı bir
fiziki mübarizəyə girişməyəcək. İsraillilərə fiziki güc istifadə etməsi və ya
hücum təşkil etməsi üçün hər hansı bir bəhanə verilməyəcək».


Fəallar arasında yəhudi
soyqırımından xilas olan 82 yaşlı Ruven Moskovits də var. O, «Yəhudi
soyqırımından xilas olan bir adam olaraq təzyiqlərə, işgəncələrə və Qəzzada
aralarında 800 min uşağın da olduğu çoxlu sayda insanın həbs şəraitində
saxlanmasına etiraz etmək mənim üçün müqəddəs bir vəzifədir» deyə bildirib.


Sərnişinlər arasında Qüdsdə
bir ticarət mərkəzində 1997-ci ildə təşkil edilən bir intiharçı hücumunda qızı
Smadarı itirən 60 yaşlı Rami Elnahan da yer alıb. Elhanan fələstinlilərlə
razılaşmanın sülh üçün ən etibarlı yol olduğunu ifadə edərək «Qəzzadakı 1,5
milyon adam da eynilə mənim kimi zərərçəkmişlərdi» deyə açıqlayıb.


Amma İsrailin Xarici İşlər
Nazirliyinin sözçüsü Endi Devid hərəkatın «komik olmayan təhrikçi bir zarafat»
olduğunu söyləmişdi. İsrail «İrene» hərəkatçılaını məxsus gəminin Qəzza sahilinin
20 təxminən 30 kilometrliyinə çatdığı zaman donanmanın müdaxilə edəcəyini və
katamaranın yaxınlıqdakı Aşdod limanına yönəldiləcəyini bildirmişdi. Burada gəmidəki
humanitar yardım vəsaitləri yoxlanaraq quru yolu ilə Qəzzaya göndəriləcək.
Katamaranda tibbi və məktəb vəsaitləri, balıq torları və uşaqlar üçün
oyuncaqlar var.


Xatırladaq ki, mayın 31-də Qəzzaya
humanitar yardım aparan «Mavi Mərmərə» gəmisinə İsrail tərəfindən təşkil
edilmiş basqın zamanı 9 turk qətlə yetirilmişdi. Bu hadisə beynəlxalq ictimaiyyətin
sərt etirazlarına səbəb oldu və nəticədə İsail Qəzzanin mühasirəsini
yumşaltmalı oldu.


DİQQƏT : Xəbərdən
istifadə etdikdə mənbəyə istinad lazımdır


source : www.abna.ir
  856
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment