Azəri
Monday 25th of March 2019
  603
  0
  0

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi və çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.

151-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbəri vəsf, ərəblərə nəsihət etdiyi çətin hadisələrdən xəbər verdiyi) xütbələrindəndir.

Allahdan şeytanı uzaqlaşdırdığı saxladığı yerlərdə, (ibadət, bəndəlik vaxtı şeytana tabeçiliyə mane olan layiqli işlərdə Allahdan uğur diləyirəm) onun yalanlarına tələlərinə (nəfsi istəklərə dünyanın xoş görüşünə) düşməməkdə kömək diləyirəm. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi, seçilmişi bəyəndiyidir. Fəzlinin böyüklüyünün tayı-bərabəri yoxdur, yoxluğunu heç əvəz etməz. Şəhərlər (sakinləri) zülmət azğınlığından (bütpərəstlikdən), böyük nadanlıqdan, ünsiyyətdə kobudluq pis əxlaqdan (daş qəlblilik qan tökmədən) sonra Onunla (doğru yolun nuru ilə) işıqlandılar. İnsanlar (o Həzrətin peyğəmbərliyindən əvvəl) haramı nalayiq olanı halal bilər, alimi biliklini xar sayardılar. (Onları doğru yola yönəldəcək) peyğəmbərin olmadığı bir dövrdə yaşayıb, zülmətdə (küfr azğınlıqda) ölürdülər. Siz, ey ərəb camaatı! (Görünməsi) yaxında olan bəlaların (fəsad pozğunluqların) nişanələrisiniz (oxlarısınız). Qəflətdən (insanın məhvinə, tükənməsinə səbəb olan) nemətin məstliyindən uzaq durun (çarəsiz qalmamaq üçün öz dininizə əhəmiyyət verin) (dinə etinasızlığa görə) cəzanızın ağırlığından çəkinin. Şübhənin tozunda qaranlığında (batilin haqla səhv salınmasında), fitnənin (yolunun) əyriliyində kələ-kötürlüyündə, gizlinin aşkar olub üzə çıxmasında, qütbün asılmasında onun oxunun fırlanmasında ləngiyin (düşünüb-daşınmadan dolaşıq fitnə-fəsadın başlanğıcı olan işlərə girişməyin). (Çünki) fitnə pozğunluq gizli yollarda üzə çıxar rüsvayçılıq, çirkinlik yaradar. (Fitnə törədən səhv işlər əvvəldə az olar yavaş-yavaş artar.) Onun böyüyüb artması (tədricən güclənən) gəncin böyüməsinə, nişanələri isə (çırpıldığı hər şeyi dağıdıb sındıran) daşın nişanələrinə bənzər. Zülmkarların hər biri başqası üçün bağladığı əhd-peymanla həmin fitnəni miras götürür. Onların ( azğınlığa aparan) ilki sonuncularının rəhbəri, sonuncuları isə (yaxşılara zülm etməkdə) ilklərinin ardınca gedəndir. Alçaq dünyaya (sahib olmağa) meylli, rəğbətlidirlər (bu işdə) bir-birini ötüb keçirlər. İylənmiş, pis qoxulu murdar ətə çox tamah salaraq, onun üstündə bir-birilə düşmənçilik edirlər. Az zamandan sonra davamçı öz rəhbərindən, rəhbər isə ardıcılından bezər, sonra düşmənçiliklə bir-birindən pərən düşərlər. Görüşəndə biri digərini lənətləyib söyər.[1] Müqəddimə olan bu fitnədən sonra daha bir məhvedici, qırıcı fitnə gələr. (Bu fitnə insanları çox pərişan puç edər.) Ürəklər gücləndikdən sonra tutulmağa daralmağa meyl edər, kişilər sağaldıqdan sonra azğınlaşarlar. O fitnənin üz tutduğu vaxt istəklər korlanar. Onun yarandığı vaxt düşüncələr (doğrusu nadürüstü ilə) səhv salınar. (Nadan başını itirər) onu dəf etmək niyyətində olan hər kimsəni fitnə sındıraraq puç edər, onunla əlləşib (unutmağa) çalışanı əzib məhv edər. Həmin fitnədə insanlar vəhşi uzunqulaq kimi bir-birinin boğazını gəmirib əziyyət verəcəklər. Birləşdirən iplər (dinin qaydaları şəriət hökmləri) qırılıb qopacaq, işlərin üstü örtüləcək. (Qurtuluş yolu görünməz olacaq.) Bu fitnədə (alimlərin söz deməyə qüdrətləri olmadığına görə) elm, bilik azalacaq, zalımlar dil açacaqlar. O fitnə çöllərdə yaşayanları öz cilovunun dəmiri ilə döyəcək, sinəsi ilə onları əzəcək. (Pozğunluq dikbaş atın insanı ayaqları altına salıb öldürmək üçün onun üstünə çıxması kimi hər yanı bürüyəcək.) O fitnənin toz-torpağında (nişanə əlamətlərində) tək yol gedənlər (alimlər fazillər) puç olacaq (aradan gedəcək) atlılar (igidlər güclülər) onun (qarşısının alınması) yolunda həlak olacaqlar (öldürüləcəklər. Qısası, bu fitnədən az adam sağ çıxacaq). O fitnə acı tale (ən ağır ilahi hökmlə) ilə gələcək, yeni pak qanları sağacaq (çox qan töküləcək), dinin nişanələrinə (şəriət hökmlərinə) nüfuz edəcək (belə ki, şəriət qanunlarına uyğun rəftar olunmayacaq). Yəqinlik əhd-peymanlarını (haqq inam əqidələri) bir-birinə vuracaq (onları dəyişəcək). Ağıllılar uzaqgörənlər ondan qaçacaq, natəmizlər bədxahlar ağıl, düşüncə işlədərək həmin yola qədəm qoyacaqlar. Şimşək kimi çaxacaq (qovğalı hay-küylü olacaq yaxud qılıncların səsi qınlarından çıxarılarkən qan axıdılarkən hər yerdə eşidiləcək) çox ağır, tələsik olacaq (əlini belinə qoyub işində tələsən insan kimi). Onda qohumlar yaxınlar bir-birindən ayrılacaq. İslam dini ondan uzaqlaşıb ayrı duracaq. (Çünki dinin qaydalarına ziddir.) Ona nifrət edən (günahdan qarışıqlıqdan uzaq olan) xəstədir (müxtəlif çətinliklərə düşmüşdür), köçən (ondan qaçmaq istəyən) isə qalandır (nicatı xilası yoxdur).

 

Bu xütbənin (möminlərin yaxşı insanların axirəz-zamanda vəziyyəti barədə olan) bir parçasıdır

 

(Möminlərdən) bəziləri öldürüləcək qanları hədər gedəcək, bəziləri isə (zülmkarlardan) qorxaraq aman istəyəcəklər. Verilən andlara (münafiq ikiüzlü insanların zahirən göstərdikləri) yalan imana aldanacaqlar (hiyləgərlər yalan andlarla özlərini imanlı göstərməklə onları arxayın salar, son nəticədə həlak edərlər). (Həmin zamanlarda ilahi əzabdan xilas olmaq istəyirsinizsə) fitnə bidətlərə bayraq, nişanə olmayın (pozğunluğa səbəb olmayın dində hökm yaratmayın). Vəhdət ipinin bağlandığı ibadətin, itaətin sütunlarının üzərində qurulmuş şeydən (müqəddəs İslam dinindən) əl çəkməyin. Allahın hüzuruna zülmkar deyil, məzlum kimi gəlin.[2] Şeytanın yollarından (tələ yalanlarından) zülm, sitəm məkanlarından uzaq durun. Qarınlarınıza (az da olsa) haram loxma daxil etməyin. Çünki günahı sizə haram etmiş, (ən xırda işlərinizi bilən əməllərinizə şahid olan), sizlərə itaət ibadət yolunu asanlaşdırmış (hökmlərin heç birini sərtləşdirməyən) Allahın nəzərindəsiniz.

 

152-ci xütbə

 

İmam Əli əleyhis-salamın (tovhid Allahın sifətləri haqqında) xütbələrindəndir.

Həmd o Allaha məxsusdur ki, yaratdıqlarının vasitəsilə Öz vücuduna varlığına yolgöstərəndir.[3] Yaratdıqlarının sonradan əmələ gəlmiş yeni yaranmış olması Onun əzəliliyinə başlanğıcının olmamasına dəlalət edir.[4] Yaranmışların bir-birinə bənzəməsi Onun misli olmadığını göstərir.[5] Hisslər Onun əslinə vara bilməz.[6] Örtüklər Onu örtməz.[7] Çünki Xaliqlə məxluq, Hədd-hüdud təyin edənlə təyin olunmuş məhdud, Yaradanla yaradılmış arasında fərq var.[8] (O Allaha şükrlər olsun ki,) Birdir, hesabla saya gələn deyil.[9] Yaradandır, hərəkətsiz əziyyətsiz (çünki hərəkət dəyişmə mümkünül-vücuda xasdır vacibül-vucudda qeyri-mümkündür). Eşidən görəndir, qulaq (eşitmə) aləti olmadan göz hədəqəsi çevrilmədən. (Çünki alət ehtiyac tələb edir.) Hüzuru var, görüşlə ( yerin yaxınlığı ilə) deyil ayrıdır, yolun uzaqlığı ilə deyil. (Öz zatında hər şeydən başqadır, çünki O kamalın fövqündədir Ondan qeyrisi son dərəcə nöqsanlıdır.) (Qüdrətin nişanəsi ilə) görünəndir, görməklə deyil. (Zatının əsli) gizlindir, lətafətinə (həcminin kiçikliyinə dərisinin şəffaflığına) görə deyil. Əşyadan ayrıdır, (yaratmaq yox etməkdə) onlara qalib, üstün, qüdrətli olmaqla (necə ki, «vacib»in şəninə layiqdir). Əşya Ondan ayrıdır, təvazökarlıq Ona doğru qayıtmaqla. Onu (zatından törəmə sifətlərlə) vəsf edən Onu məhdud sanmışdır (Onun üçün məkan təyin etmişdir). Onu məhdud sanan isə Onu sayar (ədədlərə çoxluqlara salar). Onu sayan (çoxluğun başlanğıcı hissəsi hesab edən) Onun əzəli olmasını (inamını) pozmuşdur. «Necədirdeyən Onu (zatından törənən sifətlərlə) vəsf etmək istəmişdir. «Haradadırdeyən Onun üçün məkan ayırmışdır. Məlum, yaradılmış qüdrət verilmişlər olmadığı vaxt bilən, yaradan qüdrətli olmuşdur. (Çünki Onun zatı kamalı ilə eynidir. Deməli, O, əzəli əbədi bilən, yaradan qüdrətlidir.)

 

Bu xütbənin (xəlifəliyin o Həzrətə keçməsi, yol göstərən İmamların mədhi camaata nəsihət barəsində olan) bir hissəsidir

 

(Agah olun) günəş (İmam əleyhis-salamın xilafəti zahirən) şəfəq saçaraq aşkarlandı parıldayan (haqq ədalət) parladı, üzə çıxan (Həzrətin dövründə baş verən fitnə döyüşlərin nişanələri) aşkar oldu, əyri-üyrülük (nadanlıq azğınlıq) düzəldi (aradan getdi). Allah-təala bir dəstəni (xəlifə yoldaşlarını) başqa bir dəstəyə (İmam əleyhis-salam ardıcıllarına), bir günü isə başqa bir günə döndərdi. Biz qəhətlik çəkənlər quraqlıq görənlər yağışı gözlədiyi kimi, (İslam dininin yayılması üçün) vəziyyətin ruzigarın dəyişməsini gözləyirdik.[10] (Haqq İmam ümmətin işləri üçün qiyam etməlidir ümmətə onu sevib tabe olmaq vacibdir. Çünki) rəhbərlər (on iki İmam əleyhimus-salam) yaradılmışlara (yol göstərmək) üçün Allaha (əmr qadağalarına) tabe olub Onu bəndələrinə tanıtdırırlar. (Onların vasitəsi ilə Allah-təala tanınır Ona sitayiş olunur. Buna görə ) onları tanıyandan başqa kimsə cənnətə daxil olmaz.[11] Onlar da onu (onlara müti tabe olmasını) tanısınlar.[12] Onları inkar edən Onların da (ədavət düşmənçiliyinə görə) özlərindən saymadığı kimsədən başqa heç kəs atəşin içinə girməz.[13]

Allah-təala sizləri İslam üçün ayırıb, sizin onun üçün (çirkinlik, küfr şirkdən) pak layiq olmanızı istəyib. Bu, İslamın adının (dünyanın fitnə-fəsad çətinliklərindən, axirətin əzabından) salamatlıq olduğuna böyüklüyü, başucalığı ehtiva etdiyinə görədir. Böyük Allah onun yolunu (Məhəmmədin şəriətini digər yollardan peyğəmbərlərin şəriətlərindən) üstün (onunla digər dinləri qüvvədən salaraq, İslamı dünyanın sonuna qədər saxladı) zahiri elmdən (Quran sünnədən) batini hikmətdən (əqldən) ibarət olan dəlillərini (həqiqətlərini) aşkar etdi. Onun əsrarəngizliyi (alimləri bilik sahiblərini heyrətə salan əlamət nişanələri) məhv olub aradan getməz. Onda (ölmüş qəlblərə təravət gətirən, bunun nəticəsində müsəlmanların böyüklüyə xoşbəxtliyə çatdığı) nemətlərin bahar yağışı mövcuddur, zülmətlərin çıraqları (yol göstərən İmamlar əleyhimus-salam) ondadır. Yaxşılıqların qapısı onun açarlarından (hökmlərinə tabe olmaqdan) qeyri bir açarla açılmaz (dünyadakı rahatlıq, böyüklük əbədi cənnət qazanılmaz), qaranlıqlar (azğınlıq) onun çıraqlarından (əsl din rəhbərlərinin buyurduqlarına əməl etməkdən) başqa bir şeylə yox olmaz. Allah onun haramlarını qadağan etdi, örüşlərini bitirdi. (Onun mubahatını, yəni, onun halal olanlarını qadağan etmədi.) Ondadır şəfa axtaranların şəfası (nadanlıq azğınlıq xəstəliklərinin əlacı) (dünya axirətdə) ehtiyacsız olmaq istəyənin ehtiyacsızlığı. (Müqəddəs İslam dininin ardınca gedən azğınlıq xəstəliyindən şəfa tapar, dünya axirət səadətindən məhrum qalmaz.)

 

Bu xütbənin (azğınlıq yolunda sərgərdan
qalan insanın təsvir edildiyi) bir parçasıdır

 

Allah-təalanın möhlət verərək əcəlini uzatdığı azğın kimsə (ilahi əzabı nəzərə almayan) qafillərin yoluna qədəm qoyur. Məqsədə yetirən yol olmadan, (yolda hərəkət etmədən) onu səadətə doğru çəkən rəhbər olmadan (rəhbərə itaət etmədən) gecəni günahkarlarla səhər edir.

 

Bu xütbənin (günahkarlar barədə söylənilən eşidənlərə öyüd olan) bir hissəsidir

 

(Azğınlıq yoluna qədəm qoyan günahkarlar) Allah azğınlıqlarının cəzasını onlara göstərərək onları qəflət itaətsizlik pərdələrinin arxasından çıxarmaq istəyənə qədər (heç bir itaətsizlikdən çəkinməzlər. Ölüm onları haqlayar). (Bu zaman) onlara arxa çevirən (əzab bədbəxtliyi onların nəsibi etdiyi) axirətə üz tutar, onlara üz tutan (onlara zahiri şadlıq sevinc verən) dünyaya arxa çevirərlər. Deməli, istədikləri əldə etdikləri şeydən (dünyanın ləzzəti xoşluğundan) xeyir götürə bilmədilər, (çünki özləri ilə gətirməmişdilər), çatdıqları arzularından (nəfsi-əmmarənin istəklərindən) bəhrələnmədilər. (Çünki onların getməsi ilə bütün arzular bada gedər.) Mən özümü sizi bu hadisədən (səfillik, əzab çarəsizlikdən) çəkindirirəm (ki, qəflət yuxusundan oyanın, dünyanın keçici ləzzət şadlığına bel bağlamayın).[14] İnsan özündən xeyir götürməlidir (bədbəxtlikdə ziyanda qalmasın). Çünki (həqiqi) görən o kəsdir ki, (Allah, Peyğəmbər pak İmamların öyüdlərini) eşidib (onlar barədə) düşünsün, (dünyaya) nəzər salaraq (onun vəfasızlığı ilə) tanış olsun (keçmişlərdəki) ibrətlərdən faydalansın. Onda aydın, doğru (Allaha peyğəmbərə itaət) yolda hərəkət edər. Bir şərtlə ki, bu yolda çuxur dərələrə (nəfsi istəklərə) düşməkdən (şeytani) səhv işlərin içində azmaqdan uzaq dursun. Öz ziyanına görüb azğınlara kömək etməsin. Haqqdan yolsuzluğa getməklə (onları pisliklərdən çəkindirməməklə), ya sözünü dəyişmək (Allahın razılığına zidd olsa belə, onların ürəyi istədiyi sözləri danışmaqla) ya (əslində qorxmasa da) doğru sözü deməyə qorxmaqla. Belə isə, ey eşidən, huşsuzluqdan (azğınlıqdan) özünə gəl, öz qəflət (yuxundan) xəbərsizliyindən (çirkin əməl sözlərinin cəzasından) oyan, (qalımlığı varlığı az, məhvi yoxluğu yaxın olan dünya işlərində) tələskənlikdən rahatlıq tap. (Heç kəsdən heç nəyi o cümlədən yazmağı öyrənməyən) Ümmi peyğəmbərin - ona əhli-beytinə Allahın salamı olsun - dili ilə sənə çatdırılan, qaçılmaz olan haqda diqqətlə düşün. Peyğəmbərin buyurduqlarını düşünməkdən üz döndərən diqqətini ondan qeyrisinə (şeytana nəfsi-əmmarəyə itaətə) yönəldənə müxalif ol, ondan uzaq dur. Onu şad olduğu şeylərlə (azğınlıq bədbəxtliklə) baş-başa burax. (Çünki belə bir şəxslə ünsiyyət dünya axirətdə bədbəxtliyə səbəb olar.) Fəxr, qürur, təkəbbür xudpəsəndliyi özündən uzaqlaşdır. Öz qəbrini yada sal ki, yolun oradan keçəcək. Necə əməl etsən, elə əvəzini alacaqsan, əkdiyini biçəcəksən. Bu gün (dünyada) qabaqcadan göndərdiyini sabah (qiyamətdə) əldə edəcəksən. Belə isə, özün üçün (məhşərdə) yer hazırla (indi fürsətin varkən) öz (dönüş) gününə azuqə göndər. Deməli, ey dinləyən, (Allaha peyğəmbərə itaətsizlikdən) çəkin. Ey bixəbər, (itaət ibadətə) çalış heç kəs səni (qiyamət günündən) agah insanlar (Peyğəmbər sum İmamlar) kimi xəbərdar etməz. (Belə isə, indi səni çəkinməli olduğun bəzi şeylərdən xəbərdar edirəm.)

Allah-təalanın Quranda (ona əməl edənlərə) mükafat verdiyi, razı qaldığı (Öz rəhmətini şamil etdiyi) onlar (əleyhinə çıxanlar) üçün cəza təyin etdiyi qəzəbinə gələn möhkəm, qəti (aşılması mümkün olmayan) hökmlərindən biri budur ki, dünyadan köçən bəndə (ibadət bəndəliklə) özünə əziyyət verib əməlini (zahirən) saflaşdırsa belə tövbə edib qayıtmadığı (aşağıda göstərilən beş) xislətdən biri ilə Allahının görüşünə getdiyində fayda görməyəcək. (Birincisi) Özünə ibadət sitayişdə vacib etdiyi şeylərdə Allaha şərik qoşmaq.[15] (İkincisi) öz qəzəbini başqasını öldürməklə (aradan götürməklə) soyutmaq.[16] (Üçüncüsü) başqasının etdiyi çirkin bir işi demək.[17] (Dördüncüsü) öz dinində bidət yaratmaq yolu ilə öz ehtiyacını istəmək üçün camaata üz tutmaq.[18] (Beşincisi) camaatla nifaq ikiüzlülüklə görüşmək ya onların arasında iki dildə danışmaq.[19] Bu (xatırlanan) məsəlin əzəmət böyüklüyünü başa düş onu düşün.[20] Çünki məsəl özünə bənzəyənin, oxşarının göstəricisidir.[21] (İmam əleyhis-salamın buyurduğu məsəl isə budur:)

Heyvanların məqsədləri (şəhvət qüvvəsinin çoxluğuna görə) qarınlarıdır. (Həmişə suyun ot-ələfin əsiridirlər.) Yırtıcıların məqsədi (qəzəb hissinin güclü olduğuna görə) düşmənçilik başqalarına əziyyət verməkdir. (Qarınlarını doydurmaqla kifayətlənmir, qələbə istila istəyirlər.) Qadınların məqsədi (şəhvət qüvvəsinin çoxluğundan qəzəb hissinin şiddətindən) dünyadakı güzəranlarını bəzəyib orada fəsad pozğunluq etməkdir.[22] (Ancaq itaət edilməli olan sifətlər) möminlərin sifətləridir ki, (Allah-təalanın müqabilində) təvazökar (boyun qaçırmayan), (camaata) nəsihət verən, mehriban (Allahın qəzəbindən) qorxandır.

 

153- xütbə

 

İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.

Ağıllı insanın işinin sonunu (ölümü qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri şəri, səadət bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər) (o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)

İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş[23] sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bidətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir (biz elmə, maarifə açılan) qapılarıq.[24] Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.[25]

 

Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir

 

Quranın elm doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur Onlar bağışlayan Allahın xəzinələridir.[26] (Buna görə ) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz.[27] Hər qövmün öndə gedənləri rəhbərləri öz ardıcıllarına doğru deməlidir.[28] Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) axirət övladlarından olmalıdır. Çünki oradan gəlib ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)

Bil ki, hər zahir aşkarın müqabilində batin gizlin var. Zahiri yaxşı olanın batini yaxşıdır. Zahiri çirkin pis olanın batini çirkin, natəmiz olar. (Bəzən zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram günahından) acığı gələr (bəzən ) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var hər bitkinin suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz pis su içənin ağacı pis, meyvəsi acıdır.[29]

 

154- xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri ) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.

Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit aşkar olan Allah, haqq doğru olan padşah.[30] Ağıllar hədd hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən bir yardımçıdan kömək istəmədən yaratdı.[31] (İlahi) əmr iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər tabe olaraq boyun qaçırmadılar.[32] Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə kor qaranlıqdır? Necə Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı işıqları kərtənkələlərin yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə məsləhətinə uyğun yaratmışdır.)



[1] Hacı Şeyx Abdullah Maməqani rəhmətullah «تَنْقِيحُ الْمَقالِ ِفى أَحْوالِ الرِّجالِ» kitabında qeyd edir ki, Müaviyə ibn Yəzid ibn Müaviyə atasından sonra xəlifə olduqda minbərə çıxaraq atasını, babasını nətləyib söymüş, onlara nifrətini bildirmişdir. Bu vaxt anası demişdir: «Ey oğul, kaş ki, sən elə qan şəklində köhnə qalaydınO dedi: «Ey ana, mən elə onu istərdim

[2] Sorğu-sual üçün dirildiləcəyiniz qiyamət günündə zülmkar deyil, zülm edilən olun. Belə ki, dünyada heç kimə zülm, sitəm etməyin. Çünki zülm əqli şəri cəhətdən çirkin işdir, sitəm törədən isə məlun əbədi əzaba məhkumdur.

[3] Çünki hər bir məxluq «mümkünul-vücuddur». Mümkünül-vücud özü-özlüyündə var ola bilməz. Aydındır ki, onun bir yaradanı vardır.

[4] Çünki yaradan əzəli olmayıb, sonradan yaranmış olsa, o özü başqa bir yaradıcıya möhtac olmuş olar, yaranışın mənşəyi ola bilməz.

[5] Çünki bütün cisimlər cismiyyətdə bir-birilə şərikdirlər. Belə ki, əgər onlardan Ona bənzəyəni olarsa, O da cisim olmuş olar. Cismiyyət mümkünül-vücuda xasdır. Mümkünlük isə vacibil-vücuda rəva deyil.

[6] Çünki idrak qüvvəsi istər hissləri duyğuları dərk edən maddi, istərsə düşüncə fikirləri qavrayan əqli idrak-yalnız cisimləri anlayır. Allah isə cisim deyil ki, hisslərlə qavranılsın.

[7] Çünki örtülmək cismiyyətə aiddir. Bəzi hədislərdə Allah-təalanın gözlərdən gizli olduğu tək ağıllardan da örtülü olması, insanların Onu istədiyi kimi dərgahına yaxın olan mələklərin Onu istədiyi göstərilir. Bu, İmam əleyhis-salamın buyurduqları ilə təzadda deyil. Çünki Allah-təalanın ağıllara gözlərə örtülü olması dedikdə Ona çatmağa, Onu dərk etməyə mane olan maddi hicab, örtük nəzərdə tutulmur. Burada məqsəd insanların qüsurunu, ağıl güclərinin məhdudluğunu, Allahın zatının kamilliyini, nurunun zahir olmasının çoxluğunu göstərməkdir. Deməli, zahir olmasının çoxluğu Onun pərdəli gizli qalmasına səbəb olmuşdur.

[8] Deməli, yaradılmaq, puç olmaq, bir-birinə oxşayıb bərabər olmaq, hisslərlə qavranılmaq məxluqun xüsusiyyətlərindəndir. Yaratmaq, əbədilik, misilsizlik, hisslərlə başa düşülməmək örtülməmək Xaliqin sifətlərindəndir. Məxluqun sifəti Xaliqdə, Xaliqin sifəti isə məxluqda olarsa, «sonradan yaradılmış olma» məsələsində bir-birilə eyniləşər onların arasında fərq olmaz. Sonradan yaranmış olmaq «mümkün»ə, o isə başqa birinə ehtiyaca gətirib çıxarır. Bu isə batil səhvdir.

[9] Sayılmaz. Yəni, həqiqi birdir, vahiddir Onun üçün ikinci təsəvvür olunmaz. Ədəd göstəricisi çoxluğun başlanğıcı, bir hissəsi olan vahid deyil. Altmış dördüncü xütbənin şərhində buna toxunulmuşdur.

[10] Gözümüz yolda idi ki, nadanlıq, azğınlıq əyyamı keçsin hidayət, qurtuluş ruzigarı gəlsin.

[11] Əmirəl-möminin Onun on bir övladının Həzrət Peyğəmbərin canişini haqq xəlifələrin olmasına inamı, əqidəsi olsun onları sevsin.

[12] Deməli, kimsə onları sevib haqq xəlifə olmalarına inansa, ancaq onlara itaət etməsə, onları tanımamışdır. Bu sərsəri dostluq etiqaddan isə heç bir fayda əldə etməyəcək. Dünyadan köçməmiş tövbə etməsə, yəni, onları tam tanımasa, cənnətə daxil olmayacaq, tövbə edərsə, onlar da qiyamətdə Allah-təalanın izni fərmanı ilə ona yoldaş olub şəfaət edəcəklər. Allahın peyğəmbərinin - səlləllahu əleyhi alih - «حُبُّ عَلِىِّ ابْنِ أَبِيطالِبٍ يَأْ كُلُ السَّيِّئاتِ كَما تَأْكُلُ النّارُ الْحَطَبَ» -yəni, Əli ibn Əbu Talibi sevmək alov odunu yandıran kimi pislikləri yox edər» sözü bunu təsdiqləyir.

[13] Çünki vilayətə etiqad, yəni, yol göstərən İmamları tanımaq, İmamlıqlarını, on ikisinin (əleyhimus-salam) hər birinin itaətinin vacibliyini qəbul etmək imanın ən böyük sütunu dayağı, əməllərin qəbul şərtidir onsuz ibadətlərin heç birinin xeyri yoxdur. Çünki şəriətə tabe olandan qeyrisinin cənnətə getməsi mümkün deyil. Şəriətlə tanış olub ona uyğun əməl etməyin yolunu biləndən qeyrisinin şəriətə tabe olması mümkün deyil. Bu da şəriət sahibinin sözündən əxz etməkdən savayı qeyri-mümkündür. Bu isə insanın şəriət sahibinin sözünü ondan öyrənmək üçün İmamını rəhbərini tanımaqdan başqa yolla mümkün deyil. Lakin onları tanımayan, ancaq fitrətinin paklığına ya rəftarı onların məramına uyğun olduğuna görə onlar tərəfindən inkar edilməyən kəs oda düşməyəcək. Çünki belə insan son nəticədə tövbəyə nail olub bir vasitə ilə onları tanıyacaq. Bundan sonra İmam əleyhis-salam İslam dininin Allahın ən böyük neməti olması haqda buyurmuşdur.

[14] İmam əleyhis-salamın özünü bu cərgəyə qoşması mövzuya əhəmiyyət verməsinə görədir ki, camaat hər xətadan pak olan belə böyük insanın da dünyaya ürək bağlanılmasından keçirdiyi narahatlığı duysun. Deməli, dünyanın onları aldadacağından ehtiyatlanmağa başqaları daha layiqdir.

[15] İstər aşkarda, istərsə gizlində başqasını Ona şərik qoşmaq. Bu da riyakarlıq özünü göstərmək deməkdir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur: فَمَن كَانَ يَرْجُو لِقَآءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًاKim Rəbbinin rəhmətinin halına şamil olacağına ümid bəsləyirsə, yaxşı görsün Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın

[16] Nisa surəsinin 93- ayəsində buyurulur: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb edib rəhmətindən uzaq saxlayar (axirətdə) onun üçün böyük əzab hazırlayar

[17] Nur surəsinin 19-cu ayəsində buyurulur: إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ İman gətirənlər haqda çirkin, nalayiq işləri faş etmək istəyənləri dünya axirətdə şiddətli bir əzab gözləyir».

[18] Qəsəs surəsinin 50-ci ayəsində buyurulur: وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِّنَ اللَّهِ «Allah tərəfindən bir yol göstərən olmadan öz arzusuna uyandan haqq yolunu daha çox azmış kim ola bilər?!»

[19] Üzdə özünü onlara dost minnətdar göstərmək, arxalarınca isə nalayiq sözlər danışmaq. Nisa surəsinin 145-ci ayəsi: إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا yəni: ikiüzlü adamların yeri Cəhənnəm atəşinin ən aşağı təbəqəsindədir. Heç vaxt oradan çıxmaları üçün onlara yardım edəni tapmazlar

[20] İnsanların idrakının məhdudluğu ucbatından həqiqətlər heç kəsə gizli qalmasın deyə Allah-təala, peyğəmbərlər onların vəsilərinin həqiqətlərini dərk etmək üçün onları məsəllərlə bəyan edərdilər.

[21] Deyildiyi kimi, mənəvi qida olan elm ana südü kimidir. Uşaq anasının südü ilə gücləndiyi kimi insanın ruhu da elmlə kamilləşir.

[22] İmam əleyhis-salam bu məsəllə buyurmaq istəyir ki, insan özünü hisslər dünyasından uca tutmalı, düşüncə qüvvəsini işlədərək rəzil sifətlərdən uzaqlaşmalıdır. Əgər şəhvət qəzəb hisslərinə tabe olarsa, heyvanlar yırtıcılarla heç bir fərqi olmaz. Dünyada bəzək-düzəyi amalına çevirib pozğunluq fəsada çalışanlar qadınların zümrəsindəndir.

[23] Azğınlıq yolunu tutaraq başqalarını da azdırmış nahaq qanların axıdılmasına zəmin yaratmışlar.

[24] Bununla belə bizdən əllərini üzmüşlər. Biz Qurani-Kərimin vil təfsiri ilə tanışıq ilahi hökmləri bilməklə camaata doğru yolu göstəririk. Buna görə Həzrət Peyğəmbər, bütün müsəlmanların da öz hədis rəvayətlərində göstərdiyi kimi, buyurmuşdur. أَنا مَدِيَنةُ الْعِلْمِ وَ عَلِىٌ بابُها فَمَنْ أَرَادَ الْمَدِينَةَ فَلْيَاتِ الْبابَ Mən elm, bilik şəhəri, Əli isə onun qapısıdır. Kim bu şəhərə daxil olmaq istəyirsə, qapıdan içəri keçməlidir.

[25] Bizim yolumuzdan qeyri yolla Allah peyğəmbərlə tanış olmaq istəyən hər kəs dindən fayda götürməyərək axirətdə əzaba düçar olacaq.

[26] Allah-təala bütün bahalı gövhərləri - yəni, elm, helm, səxavət, şücaət, fəsahət, bəlağət, ismət, təmizlik bu kimi bütün bəyənilmiş sifətləri onlarda cəmləşdirib.

[27] Çünki sükutları hikmət məsləhətə görədir. Acizliyə gücsüzlüyə görə deyil ki, başqası onlardan qabağa keçib söz danışsın.

[28] Bu cümlənin şərhi 106- xütbədə verilmişdir. İmam əleyhis-salamın bu misalı çəkməkdə məqsədi budur ki, burada olanlar olmayanlara öyüd-nəsihət vermək yol göstərməklə doğrunu deməli, onları azğınlıq nadanlıqdan xilas etməlidir.

[29] İmam əleyhis-salamın bu cümlədə Peyğəmbər əleyhis-salamın buyuruğundan sonra əməli bitkiyə bənzətməkdə məqsədi budur ki, əməl ağacı onun sahibinin əqidə daxilindən su içir. Əqidə düz, batin yaxşı olsa, layiqli əməldən bəyənilmiş işdən fayda götürər. Əqidə səhv, daxil isə natəmiz olarsa, yaxşı Allah onu bəyənsə , işi görənə xeyir verməz. Yəni, onun nəticəsində əbədi səadətə nail olmaz.

[30] Onun varlığını bilmək əqli yolla mümkündür. Ağıl səhvin çox olduğu «zahiri görən» gözün əksinə, səhvin yanlışlığın yol tapa bilmədiyi «batini göz»dür. Necə ki, zahiri göz hər bir böyük şeyi uzaqdan kiçik görər, yağışın yağmağını düz xətt sanar.

[31] Çünki Allahdan əvvəl mövcudiyyət olmayıb. Təsvir etmək, məsləhətləşmək kömək istəmək vücudu mümkün olanlara xas xüsusiyyətdir.

[32] Xülasə, bütün məxluqlar Onun güc qüdrəti altına keçərək Ona təslim oldular.

 

  603
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment