Azəri
Tuesday 19th of March 2019
  574
  0
  0

DOQQUZUNCU HEKAYƏT

DOQQUZUNCU HEKAYƏT

 

ƏşƏs İMAMIn nƏzƏrindƏ

Kendə qəbiləsindən olan Əşəs ibni Qeys İmam Əli (əleyhissalam)-ın xilafəti zamanında münafiq başçılarından hesab olunurdu. Bundan əlavə Peyğəmbər əshabından sayılan Abdullah ibni Übəyy ibni Sülum da Həzrətin zamanında münafiq dəstəsi başçılarından sayılırdı. Belə ki, bu barədə ibni Əbil Hədid belə yazır:

Əli (əleyhissalam)-ın xilafəti zamanı qarşıya çıxan uğursuzluqlar baş verən bütün pozğunluqların əsas banisi Əşəs idi.”

Əşəs Əbu Bəkrin xilafəti vaxtı kafir Bəni Vəliə qrupuna qoşularaq dindən çıxıb mürtədd olmuşdu.

Bir müddət sonra Əşəs atasının intiqamını almaq üçün mübarizəyə qalxdığı vaxt müsəlmanlara əsir düşdü.

Bir gün Həzrət Əli (əleyhissalam) Kufə məscidində minbər başında xütbə söylədiyi vaxt birdən moizənin ortasında Əşəs ibni Qeys İmama qarşı etiraz etdi. Bu da o zaman idi ki, Həzrət (Həkəmeyn)-dən (“Nəhcül-bəlağə 16 da gəlmiş 121-ci xütbəni) danışırdı. Bu xütbəyə əsasən hətta, Əli (əleyhissalam)öz ordusundan o qədər narazı idi ki, onlara xitab olaraq belə buyurmuşdu:

Sizin köməkliyinizlə xəstəliklərin dərmanına başlamaq istəyirəm ki, özünüz hazırda mənim dərd xəstəliyimsiniz.”

Hal-hazırda mən tikanı tikan ilə təmizləyənə bənzəyirəm.

isə qayıdaq, etirazın mövzusu məsələsinə. Həzrət Əli (əleyhissalam) Kufədə minbər başında Həkəmiyyətdən söhbət etdiyi vaxt bir kişi yerindən qalxıb Həzrətin sözlərinə etiraz edərək dedi: Əvvəlcə sən bizə həkəmiyyəti qəbul etməyimizi tapşırdın ki, sonra onu qəbul etməməyimizə əmr etdin. İndi bilmirik bu əmr nəhyin hansı biri daha məqsədə uyğun idi. Bu zaman Əli (əleyhissalam) əlinin birini o birisinə vurub buyurdu:

Bu rəhbərinin fərmanını rədd edənin cəzasıdır, beyət pozub müxaliflərə qoşuldu. Bundan əlavə öz rəhbərinin müxaliflərin ardınca düşməsini istəyib onu bu işə məcbur etdi.”

Həmin məclisdə iştirak edən Əşəs İmamın bu sözdən məqsədini aşağıdakı tərzdə yozmuşdu: Yəni bu mənim cəzamdır ki, ehtiyatı əldən verib həkəmiyyənin hökmünü qəbul etdim.

Buna görə o İmamın sözünə etiraz edib dedi: “Bu söz sənin öz ziyanınadır, nəinki xeyrinə.”

Halbuki, bu söhbətdə Əli (əleyhissalam)-ın məqsədi öz əshabı idi. Əşəsin etirazı inad üzündən olduğunu üçün Həzrət Əli (əleyhissalam) ona tutarlı bir cavab verib buyurdu:

Sən bilirsən hansı işim xeyrim ya hansı ziyanımadır? Allahın nəti nifrin edənlərin nifrini, sənə olsun, ey Əbləh oğlu əbləh! Ey münafiq oğlu münafiq, sən kafir olduğun zaman ikinci dəfəMüsəlman halında əsir düşmüsən, hətta qəbilən mal dövlətin belə səni bu iki əsarətdən azad edə bilmədi. Əli (əleyhissalam)-ın söylədiyi cavabdan məqsəd camaatı Əşəsin pis sabiqəsi (keçmişi) napak həyatı ilə agah etmək idi. Qoy camaat bilsin ki, Əşəsin etirazı xeyirxahlıq üzündən deyil, əksinə rəyasət tələblik özünü göstərməklikdən ötrü idi.

Atalar demişkən Kuzədən süzülər ki, onda o şey olmuş olsun.

 

 ONUNCU HEKAYƏT

 

Cihada qarşI olan süstlüyün tƏnqidi

Möminlər ağası Həzrət Əli (əleyhissalam) xilafətə keçdikdən sonra bütün müsəlmanlar onun ardınca getməkdənsə rəyasəttələblik nəfsani istəklər müəyyən qurupların o Həzrətlə müxalifətə qalxmalarına səbəb oldu. İlk növbədə Əli (əleyhissalam)-a qarşı barışmaz müxalifətin binasını qoyan ilk şəxs Müaviyət ibni Əbu Süfyan idi. Müaviyə Osman tərəfindən Şam şəhərinin valisi təyin olunmuşdu. Müaviyə Osmanın ölümündən sonra Şam şəhərini öz hökumətinin mərkəzi kimi adlandırmışdı. Bu zaman o məlun ətraf kənd şəhərlərə İslam şəhərlərini Əli (əleyhissalam)-ın hakimiyyəti altından çıxararaq öz bayrağı altında birləşdirməkdən ötrü qoşun çəkdi. Müaviyənin daş ürəkli qan içən nümayəndələrindən biri olan Bosr ibni Ərtat adlı şəxs o məlunun əmri ilə qoşun komandiri kimi vilayət şəhərlərə gedir, müxtəlif cinayətlər törədib qan tökməklə şəhərləri zor gücünə zalım Müaviyənin hökuməti cərgəsinə dartırdı. Bu vaxt o Yəmənə gələrək Əli (əleyhissalam)-ın iki qoşun başçısını Übeydullah ibni Abbas Səid ibni Nəmra məğlub edib Yəməni onların komandanlığı altından çıxartdı. Bosr ibni Ərtatın rəhimsizliyi o qədər idi ki, qələbəsindən sonra Übeydullah ibni Abbasın evinə təcavüz edərək onun iki uşağının başını kəsmişdi.

Uşaqların anasının ürək yandırıcı şerləri tarixdə əks olunubdur.

Müaviyənin müxtəlif İslam şəhər kəndlərində törətdiyi zülmlərin xəbəri İmam Əli (əleyhissalam)-a çatdırılırdı. Bu zaman Übeydullah ibni Abbas Səid ibni Nəmran Əli (əleyhissalam)-ın hüzuruna gələrək Müaviyənin muzdur qoşunlarının törətdiyi kütləvi qırğın cərəyanlarını o Həzrət üçün şərh verib öz məğlubiyyətlərini ona bildirdilər.

Həzrət Əli (əleyhissalam) cihad qoşunlarının cihadda göstərdiyi süstlükdən çox narahat olmuşdu. Məhz elə buna görə o, camaatın hüzurunda minbərə çıxıb aşağıdakı sözləri bəyan etdi:

Ey camaat! Kufədən başqa ayrı bir yer mənim hökumətimdə deyil!! ey Kufə, əgər səndən düşmən həmlələri qarşısında qala çıxmayacaqsa olmamağını arzulayıram əgər belədirsə üzün qaralsın ey Kufə!”

Sonra camaatı Yəmənin Müaviyə cəlladları tərəfindən işğal olunması xəbərindən hali edib rəhmsiz qaniçən cani Bosr ibni Ərtatın cinayətlərini bir-bir onlar üçün sadaladı buyurdu:

Düşmənlər öz əyri planlarında bir-birləri ilə möhkəm ittihadda sizlər isə haqq yolunda bir-birinizdən pərakəndə ayrısınız.”

Bu vəziyətlə düşmənin sizə qalib gələcəyinə əmin olun. Əli (əleyhissalam) bu qəm müsibətdən qəzəbli idi. Həzrətin qəlbi qan ağlayırdı, çox kədərli olduğundan odur ki, dedi:

İlahi bu süst yaramaz ünsürlərin yerinə mənə gözəl insanlar inayət elə. Mənim öz yerimə nalayiq zülmkar bir şəxsi onlara müsəllət elə.”

Bu zaman dərdli ürək dağlı qəlb ilə buyurdu: “And olsun Allaha, sizin yerinizə bəni Fars ibni Qənəm qəbiləsindən min atlının (şücaətli dilavər) olmasını istərdim ki, dağınıq bulud təki sürətlə səbirsizliklə düşmənə sarı hücum edəydilər.”

Beləliklə, o Həzrət öz nifrətini laqeyd süst insanlara nişan verərək müsəlmanları əshabını qiyamət gününə kimi Allah ədalət yolunda düşmənlər ilə amansız mübarizə müharibəyə dəvət etdi.

Mədaini yazır:

Həzrət Əli (əleyhissalam) Bosr ibni Ərtata qarşı çox qəzəbli olduğundan onu belə qarğışladı. “İlahi Bosr dinini dünyaya sataraq din əhkamının hörmətini aradan aparıb. O, fasiq mücrim Müaviyəyə itaət etməyi sənə itaət etməkdən daha üstün sanıb. İlahi! Onun ağlını əlindən almamış öldürmə! Heç vaxt öz rəhmətini onun halına şamil etmə, İlahi Bosra Müaviyəyə s... nət edərək qəzəb qəhrini onlara göstər.”

Bu qarğışdan sonra çox da ömr sürməyən Bosr həyatının sonuna yaxın dəli olmuşdu. Belə ki, həmişə həzyan söyləyib çığırardı ki, qılınc verin öldürüm. Ətrafında olanlar ona əl ağacından düzəldilmiş bir şəmşir verərək içi hava ilə doldurulmuş bir tuluğu da ixtiyarında qoyurdular. Bosr da o qılıncla tuluğa huşsuz olana kimi döyərdi bu vəziyyət o məlunun ölümünə kimi beləcə davam etmişdi.

Oxuduğunuz hekayə bizlərə örnək ola biləcək digər bir dərs idi.

 

 

 ON BİRİNCİ HEKAYƏT

 

Dinini dünyaya satan

Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdu.

O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu dəvətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; “Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.”

Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:

Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.

Əmr As: O kimdir?

Müaviyə: Əli!

Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə verərsən?

Müaviyə: Hər istəsən verərəm.

Əmr As: Mən Misrin hökumətini istəyirəm.

Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.

Əmr As- “Bu sözləri kənara qoydedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu:

Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədəsatıcınınəli heç udmadı alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”

 ON İKİNCİ HEKAYƏT

Cihad müraCiƏti

Müaviyə öz çirkin hiylə, fırıldaq aldatmaları sayəsində Siffeyn müharibəsinin çətinliklərini yox etdi. Siffeyn müharibəsindən sonra öz işğalçılıq, eləcə hakimiyyətdə qalmaq arzusunu davam etdirdi. Ənbar Kufə ilə Şam arasında yerləşən bir şəhər idi ki, Həzrət Əli (əleyhissalam) ən yaxın köməkçilərindən biri olan Həssan ibni Həssan Bəkrini Həmin şəhərin başçısı təyin etmişdi. O yerlər Əli (əleyhissalam)-ın hökuməti altında idi.

Müaviyə qoşun başçılarından biri olan Süfyan ibni Ovfe Camedini çağırıb dedi: “Səni böyük, kifayət qədər təchizatla təmin olunmuş bir qoşunla Fərata tərəf göndərirəm.

Heyət vilayətinə yetişdiyin vaxt orada başqa bir qoşunla üzləşəcəksən, ona həmlə et. Əgər qoşun görməsən Ənbar şəhərinə sarı olan hərəkətini davam etdir. Şəhərə yetdikdə ora hücum et, əgər Ənbar şəhərində qoşun görməsən Mədainə sarı həmlə et.

Oranı qarət etdikən sonra Şama, qayıt Kufəyə hucumdan çəkin bil ki, əgər Mədain Ənbara həmlə etmiş olsan, elə yəqin et guya Kufənin özünə hücum etmisən. Eləcə unutma ki, bu hücum Kufə camaatının qəlbinə qorxu həyəcan salıb bizim dost havadarlarımızı xoşhal edəcəkdir. Bu səfərdə hökumətimizi qəbul etməyən hər kimsə ilə rastlaşdın onu, yol üstündəki kəndlərin hamısını viran qoy, əhalinin mallarını qarət et ki, camaatın malını qarət etmək özlərini öldrümək kimidir.”

Süfyan deyir:

Müaviyə öz ordusuna mənə itaət etməyi tapşırdı. Mən 6 min nəfərdən ibarət qoşunla Fərat çayına sarı hərəkət edərək oradan Hiytə yollandım Hiytə ətraf məntəqələrin camaatı biz ora çatmamışdan əvvəl qaçmışdı.

Biz Ənbar şəhərini tutmaq üçün ona sarı irəliləyərək şəhərə hücum etdik.

 Bir neçə cavanı əsir tutub onlardan Ənbar şəhərinin cəmiyyətinin sayını soruşduq. Onlar da şşəhər əhlindən yüz nəfər silahlı Kufəyə tərəf yollanıb 200 nəfər isə şəhərdə qalıblar.”-dedilər. Mən öz qoşunumu bir neçə hissəyə ayıraraq Ənbar şəhərinə yola saldım.

Yerdə qalan qoşun hissəsi isə Əli (əleyhissalam)-ın ordusu ilə küçə meydanlarda vuruşaraq döyüşü davam etdirirdilər.

Şəhər başçısını təqribən otuz nəfərə yaxın silahlının müqavimət göstərdikləri bir halda qətlə yetirdilər. Qalanı isə dağılıb pərakəndə düşdülər. Beləliklə şəhəri əlimizə keçirtdik.

Həsan ibni Həsan Bəkri Əli (əleyhissalam)-ın Ənbar şəhərindəki fərmandarı otuz nəfər silahlı dəstə ilə düşmənə qarşı müqavimət göstərərək şəhadət şərbətini içdilər.

Həbib ibni Əfif yazır: Başçımız (Həsan) atdan yıxıldığı vaxt bu ayəni oxuyurdu:

Möminlər arasında Allahla bağladıqları əhdin üstündə sədaqətlə duran kişilər vardır ki, onlar əhdlərini sona kimi çatdırdılar ( Allah yolunda şəhadətə yetişdilər) bəzisi isə gözləyərək heç vaxt öz əhd peymanlarında dəyişiklik dönüklük göstərməmişlər!.”

Daha sonra davam edib dedi: Haqq yolda ölməyə hazır olmayanlar müharibədə iştirak etməsinlər. Allah camalını arzu edənlər isə qalıb bizimlə çiyin-çiyinə döyüşə bilərlər.

Beləliklə, otuz nəfər şəhadət- tələb qalıb döyüşü davam etdirərək şəhid oldu.

Bu acınacaqlı xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda Kufə məscidində minbərə çıxıb Həssan İbni Həssan yoldaşlarının şəhadət xəbərini elan edərək belə buyurdu: “Qardaşınız Həssan Bəkri Allah vüsalını seçdi. Dünyanın mal-dövləti onu aldatmadı. Elə bu dəqiqəcə düşmənə qarşı qalxıb onların hücumunun qabağını alın.” Mərhum Şeyx Səduqun s...-nin yazdığına əsasən Həssan onun yoldaşlarının şəhadəti, eləcə Ənbar şəhərinin Müaviyə qoşunları tərəfindən işğal olunması xəbəri Həzrətə yetişdikdə bərk qəzəbləndi. Onun qəzəbi o qədər çox idi ki, yeridikdə əbası yerlə sürünürdü. Bu zaman Həzrət Əli (əleyhissalam) Kufədən Nuxəyləyə sarı yola (İslam döyüşçülərinin mərkəzi bazası) düşdü. Həzrət bura çatdıqda orada olan hündür bir yerə qalxaraq özünün cihada təşviq səhlənkarları damğalayan alovlu nitqinə başladı: Həzrət bu xütbəsində (“Nəhcül-bəlağənin 27-ci xütbəsi) əvvəlcə cihadın fəziləti əhəmiyyəti, eləcə üstünlüklərindən söhbət açdıqdan sonra cəbhəyə getməyə süstlük göstərənlərə qarşı öz töhmət yağışını başlayıb buyurdu:

Ey kişiyə bənzəyib kişi olmayanlar! Ey sarayda yaşayan nazlı gəlinlərə bənzəyənlər ki, ancaq öz eyş nuşunuzun fikirindəsiniz heç vaxt sizi görmək istəməzdim...”

Allah sizi öldüsün ki, ürəyimi qanla doldurub sinəmi qəzəblə alovlandırdınız!” Həzrət bu müqəddəs müraciəti ilə bütün insanları zalımlara qarşı mübarizə döyüşə dəvət edərək süstlük səhlənkarlıqdan çəkindirdi.

 

  574
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment