Azəri
Tuesday 20th of August 2019
  643
  0
  0

İnsanı kamilliyə aparan yol

 

BİSMİLLƏHİR RƏHMƏNİR RƏHİM

 

İnsanın ən yüksək kamala yetişməsi yalnız Allahın təlim və tərbiyəsi sayəsində mümkündür. Odur ki, bu yolda ən böyük vasitə Qurani Kə

rimdir.

 

 

Qurani Kərim Tanrının ən böyük neməti, ləfz, ibarət, fəsahət və bəlağət nəzərindən ən gözəl kəlam, insan tərbiyə etmə baxışındansa ən dərin mənalı olan bir kitabdır. Onsuz heç bir kəsin böyük insaniyyət məqamına yetişmə

si mümkün deyildir.

 

 

Allah taala Quranın əzəmətini belə

xatırlayaraq buyurur:

 

 

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعاً مُّتَصَدِّعاً مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ 

 

“(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələ

r.”

 

 

“Həşr”, surəsi, ayə

21.

 

 

Bununla belə tamamilə insan fitrətinə uyğun anlaması və kamala yetişməsinə də münasibdir. Allah subhan “Rum” surəsinin 30-cu ayəsində

buyurur:

 

 

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفاً فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ

 

“(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmə

k olmaz.”

 

 

Dinin əsasına özündə yer vermiş Qurani Kərim bütün insanların hər bir zamanda fitrətiylə uyğundur. Hər zamanda milliyyət və coğrafi mövqeyindən asılı olmayaraq bütün insanlar Quranı dərk etmək fitrəti əsasında doğulur və bu heç zaman dəyişmədən qiyamətə qədə

r qalacaq bir qanundur.

 

 

Quranın insanların kamala yetişməsinə münasib olması haqqında “Qəmər” surəsinin 17-ci ayəsində

buyurur:

 

 

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ 

 

“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edə

n) varmı?!”

 

 

İnsanın fitrəti ilahi bir varlıq olduğuna görə əgər özünə qayıdıb və özünü dərk edərsə, bu zaman Quran onun üçün həm əqli dərk baxımından asan olacaq, həm də əməli baxımdan heç bir çətinliyi olmadan həqiqə

t tapacaqdır.

 

 

Digər bir tərəfdən Qurani Kərim Allah taalanın ən böyük təcəllasıdır. Odur ki, Allah taala tamam camal və kamal sifətləriylə onda təcəlli etmişdir. Bu baxımdan Quranla ünsiyyət tapıb ondan elmi və əxlaqı faydalanma insana Tanrının gözəl sifətləriylə sifətlənmək imkanı yaradır. Bəzi surələrdə Allah taala Quranı Onun müəyyən sifətlərinin təcəllası kimi göstərmişdir. “Ali-İmran” surəsinin 2 və 3-cü ayələrində Quranın “Əzəli” vəƏbədi” olan Allahdan nazil olmasını qeyd edərə

k buyurur:

 

 

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ. نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ

  

 

 

“Allahdan başqa heç bir məbud yoxdur. Əzəli, əbədi varlıq Odur. Sənə

Kitabı (Quranı) haqq olaraq O nazil etdi.”

 

 

Əgər nəzərə alsaq ki, Allahın mübarək adlarının surələrdə mövzusuna aid zikr olmuşdur, bu surənin mövzusu insana dirilik və əbədilik əta edən bir surə

kimi tanınacaqdır.

 

 

Əlbəttə, bu təkcə İmran surəsinə aid deyildir. Əgər Quran əhli Quranın bir başqa surələrinə xüsusi ilədə “Ha-mim”-lə başlayan yeddi surəyə diqqət etsələr Allah taalanın kamalı adlarla həmin surələrdə təcəlla etməsinə nəzər edə biləcəklə

r.

 

 

Bütün deyilənləri nəzərə alsaq Quranın nə qədər insan həyatında təsir qoymasını görə bilərik. Odur ki, möminlər təkcə Quran oxumaqla kifayətlənməməli bəlkə vücudlarını Quranın təcəlli tapdığı yerdə qərar verməlidirlər. Bununla da Quranın təkvini və zatı təcəlliyatından istifadə etməlidirlə

r.

 

 

Lakin bunu da qeyd etmək lazımdır ki, insan həmişə Quranın məhzərinə bir şakir kimi getməli özünü bütün cəhətlərdən pak etməlidir. Hər növ əqli, fikri, qəlbi, və zahiri çirkinlik Qurandan faydalanmanın manesi sayılmışdır. Allah taala “Vaqiə” surəsində

buyurur:

 

 

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ. فِي كِتَابٍ مَّكْنُونٍ. لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ 

 

“(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır. Ona yalnız pak olanlar toxuna bilə

r!”

 

 

“Vaqiə” surəsi, 77-78-79-cu ayələ

r.

 

 

Bu paklıq təkcə kitabı məknuna deyil, Quranın bütün mərhələlərinə aiddir. “Toxuna” kəlməsindən məqsəd hər növ yaxınlaşma istər zahiri və istərsədə mənə

vi yaxınlaşmaya aiddir.

 

 

əllif: Hacı Eldar Əsə

dov

 

 

İlahiyyatçı


source : www.abna.ir
  643
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment