Azəri
Tuesday 19th of March 2019
  868
  0
  0

İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:

183- xütbə

 

İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən Xəvaricdən (onların şairlərindən) olan Bürc ibn Müshirə buyurduğu kəlamlarındandır. Bürc ibn Müshir «hökm ancaq Allaha məxsusdur» deyərkən o Həzrət onun sözlərini eşitdi. Sonra buyurdu:

Ey mırıx (batini çirkin olan ağılsız), sus! Allah çirkinləşdirsin səni! And olsun Allaha ki, haqq (İmam əleyhis-salam) zahir oldu sən onda (qoşunun içində) arıq aciz idin (heç kəs sənə etina etmirdi) səsin gizlin idi (sözünə qulaq asan yox idi). Elə ki batil nahaq fəryad qopartdı, (bu sözləri deməyə cürət tapdın ) keçinin buynuzunun aşkar olması kimi zahir oldun.[1]

 

Buradan başlayaraq xütbələr fəslinin sonuna kimi «Nəhcül-Bəlağə»nin əlyazma çap nüsxələrində xütbələrin sıraları bir-birindən fərqlidir. Bəzi nüsxələrdə yüz yetmiş səkkizinci kəlamdan sonra sıralar bir-birindən fərqlənir

 

184- xütbə

 

İmam Əli əleyhis-salamın xütbələrindəndir. Rəvayət edilib ki, Əmirəl-möminin əleyhis-salamın Həmmam deyilən abid səhabə ardıcıllarından biri o Həzrətə dedi: Ey Əmirəl-möminin, pərhizkarları (onların sifətlərini) mənə elə vəsf et ki, onları görmüş kimi olum. İmam əleyhis-salam onun cavabında duruxdu gec tərpəndi. (Çünki cavabı gecikdirməyi daha məsləhət bilirdi.) Sonra qısa şəkildə buyurdu: Ey Həmmam, sən özün Allahdan qorx yaxşı işlər gör ki (Qurani-Kərimin Nəhl surəsinin 128-ci ayəsində buyurulur): «إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ» «Allah pərhizkarlar yaxşı işlər görənlərlədir».[2] Həmmam bu cavaba qane olmadı (öz istəyində israr etdi) nəhayət, o Həzrəti and verdirdi. Buna görə o Həzrət Allaha həmd şükr edib Peyğəmbərə (səlləllahu əleyhi alih) salam göndərdikdən sonra buyurdu:

Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah məxluqatı yaradarkən onların itaət bəndəliyindən ehtiyacsız, günah itaətsizliklərindən qorxusuz amanda idi. Çünki günahkarların itaətsizliyinin Ona bir ziyanı yoxdur tabe olanların itaəti Ona bir xeyir gətirmir (bəlkə itaətə əmr etmək itaətsizlikdən çəkindirməkdən məqsəd bəndələrin özlərinin mənfəət əldə etmələridir). Buna görə ruzi asayiş vasitələrini onların arasında böldü dünyada hər bir kəsi (hikmət məsləhət əsasında yoxsulluq varlılıq, yaxşılıq pislik kimi layiq bildiyi) bir mərtəbədə yerləşdirdi. Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq ya həddən aşağı olmaq yoxdur) (xalq arasında) təvazökarlıqla davranarlar.[3] Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) onlara xeyir verən elmə qulaq verərlər.[4] Çətinlik zamanı başqalarının asayiş rahatlıqda olduqları kimidirlər (ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir. Qəlbləri qəmgin, zərər-ziyanları təhlükəsiz (hamı onların zərər-ziyanından xatircəm qorxusuzdur, çünki başqalarını incitmək hər bir günahın mənşəyi dünyanı sevməkdir ki, onların da ona meylləri yoxdur), bədənləri (oruc tutmaq, çoxlu ibadət bəndəlik etmək qənaət nəticəsində) arıq, (dünyadakı) istəkləri az (naçarlıqdan möhtac olduqlarından artıq bir şey istəmirlər) nəfsləri pak təmizdir (şəhvət arxasınca getmirlər). (Dünyada olan) bir neçə qısa günü səbrlə başa çatdırarlar onun arxasınca həmişəlik rahatlığı (sonsuz Cənnət nemətini) əldə edərlər. Bu Rəbblərinin onlar üçün hazırladığı çox qazanclı mənfəətli bir ticarətdir. (Onlar özlərini ibadət bəndəliyə hazırladıqları üçün Allah da səadətə qovuşmaq yolunu onlara göstərib.) Dünya onlara üz tutdu (öz mal bər-bəzəyini onlara göstərdi), onlar isə ondan üz döndərdilər (ona göz yumdular); onları çətinliklərə əsir etdi, onlar isə canlarını qurban verərək (onun çətinliklərinə dözdülər sonda) özlərini ondan qurtardılar. Gecə olanda (namaz üçün) ayaq üstə duraraq Quranın ayələrini diqqət düşüncə ilə oxuyarlar onu oxumaq barəsində düşünməklə özlərini qəmləndirərlər. Onun vasitəsi ilə öz dərdlərinə əlac etməyə çalışarlar (Quranı oxumaq ona əməl etməklə qiyamətin əzab çətinliklərindən nicat tapmaq istəyərlər). Beləliklə, şövqə gətirən ümidverici (yaxşı əməl sahiblərinin mükafatını bəyan edən) bir ayə ilə rastlaşanda ona tamah salarlar şövqlə ona baxarlar, sanki ayənin, barəsində xəbər verdiyi mükafat onların gözləri önündədir onu görürlər. Həmçinin qorxu vahimə olan (pis əməl sahiblərinin cəzasından danışan) bir ayə ilə rastlaşanda qəlblərinin qulaqlarını ona elə açarlar ki, sanki cəhənnəmin (onun əhlinin) nalə fəryadları qulaqlarının dibindədir. (Allah qarşısında rüku etmək üçün) qamətlərini əyər (səcdə etmək üçün) alın, əllərinin içi, diz barmaqlarının uclarını yerə qoyaraq Allah-təaladan özlərinin (qiyamət əzabından) azad olmalarını istəyərlər. Gündüz olanda isə səbrli, alim, yaxşı əməlli pərhizkardırlar. Qorxu (Allah qorxusu) bədənlərini, yonulmuş oxların nazikliyi kimi arıqladıb. Görən onların xəstə olduqlarını güman edər, halbuki heç bir xəstəlikləri yoxdur (bəlkə əzabın qorxusundan arıqlayıblar), (onlardan eşitdiyi sözləri başa düşmədiyi üçün) sərsəri dəli olduqlarını deyər, halbuki dəli deyildirlər, bəlkə böyük (qiyamətin fikri) fikirlərini qarışdırıb. Özlərinin az işlərindən razı olmurlar çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar deyər: Mən özümü başqalarından daha yaxşı tanıyıram Rəbbim məni mənim özümdən yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən üstün et onların bilmədikləri günahlarımı bağışla!

Pərhizkarların birinin nişanəsi budur ki, sən onu din işində güclü, yumşaqlıq gözəl xasiyyətlilikdə uzaqgörən, imanda yəqin sahibi, elmdə (elm axtarışında) həris, səbrlilikdə alim, zənginlikdə tədil (israf etməyib varını yersiz xərcləməyən), ibadət bəndəlikdə təvazökar görərsən o, yoxsulluq imkansızlığında bəzənmiş görünər (ki, heç kəs onun yoxsulluğundan xəbərdar olmasın).[5] Onlar çətinlikdə səbrli, halal axtaran, hidayət qurtuluşda şad, tamah hərislikdən uzaqdırlar. (Beləsi) yaxşı işlər görməsinə baxmayaraq, qorxu içindədir. Gecə, onun səy təlaşı (Allah-təalanın nemətlərinə görə) şükr etməyə sərf olunur. Gündüz, istəyi Allahı zikr etmək, yada salmaqdır. Gecəni öz qəflətindən qorxan halda (ki, məbada vəzifələrində səhlənkarlıq etmiş olar) başa vurar gündüz Allahın lütf mehribançılığından (onu müsəlman Məhəmmədə Məhəmməd əhli-beytinə tabe olanlardan etməsindən) şad sevincək olar. Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı əbədi olan şeydir çiyrindiyi, qalmayan şeydir (gözünü axirətə dikib dünyaya arxa çevirib). O, səbri elmlə sözü əməl ilə qarışdırır. (Çünki elm ağla əsaslanmayan səbr əməl ilə birgə olmayan söz xoşagəlməzdir.) Onu arzusu qısa (məhdud), səhv xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət istəyi yox qəzəbi yatırılmış görərsən. Xalq onun yaxşılığına göz dikib pisliyindən rahat xatircəmdir. Əgər (Allah Peyğəmbərdən) qafil xəbərsiz insanlar içərisində olsa, xəbərdarların zümrəsində sayılar. (Çünki onun qəlbi Allahı zikr etməklə məşğuldur.) Əgər xəbərdarların içərisində olsa, qafillərdən sayılmaz.[6] Ona zülm edəni bağışlayar, onu məhrum edənə yaxşılıq ehsan edər ondan ayrılana birləşər. Söyüş söyməkdən çirkin sözdən uzaqdır sözü mülayim olar. Ondan xoşagəlməz bir görünməyib bəyənilən işi aşkardır. Onun yaxşılığı üz tutub pisliyi arxa çevirib. Çətinliklərdə vüqarlı dözümlü, acı anlarda səbrli, dinclik rahatlıqda şükr edəndir. Nifrət etdiyi kimsəyə zülm etməz sevdiyi şəxsə görə günaha düşməz. (Öz nəfsi istəklərinə tabe olan zalım insanların əksinə olaraq sevmək ya nifrət bəsləmək onun öz şəri vəzifəsini yerinə yetirməsinə mane olmur.) Şahid gətirilməmişdən qabaq haqqı qəbul edər.[7] Ona tapşırılan şeyi zay etməz yadına salınan şeyi unutmaz. Heç kəsi xoşagəlməz ləqəblərlə (kafir, fasiq, münafiq çirkin kəlmələrlə) çağırmaz qonşuya ziyan vurmaz. İnsanların başına gələn acı hadisələrə sevinməz. Batil nahaq yola qədəm qoymaz haqq yoldan kənara çıxmaz. Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbr edər. Nəfsi onun əlindən əzab çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır.) Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür.) Axirət işində özünü əziyyətə salar xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq özünü böyük tutmaq deyil yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə kələk yolu ilə deyil.

Bu xütbəni nəql edən deyir: (Söz bu yerə çatanda) Həmmam özündən getdi elə həmin özündən getməklə dünyadan köçdü. Sonra Əmirəl-möminin əleyhis-salam buyurdu: Bilin! Vallah onun üçün bundan (belə bir hadisənin baş verməsindən) qorxurdum. Daha sonra buyurdu: Düzgün nəsihətlər əhlinə belə (təsir) edir. Orada olanlardan biri (Xəvaricdən olan Abdullah ibn Kəvva) dedi: Ey Əmirəl-möminin, sənin vəziyyətin necədir? ( üçün bu nəsihətlər sənə təsir etmir ya əgər belə olacağını bilirdinsə, üçün onun ölümünə səbəb oldun?) İmam əleyhis-salam buyurdu: Vay olsun sənə! Hər bir əcəlin öz vaxtı var ki, ondan keçmir (gec tez olmur) səbəbi var ki, onu aşmır. Odur ki, özünü şeytanın sənin dilinə üfürdüyü bu cür sözlərdən saxla (bir daha demə. Çünki İmama etiraz etmək şeytanın azdırmaları göstərişlərindəndir).

 



[1] İmam əleyhis-salam onu alçaqlıq nanəciblik baxımından keçinin buynuzuna oxşadıb. Bu, ərəblərdə bir adətdir. Onlar bir şeyi böyük hesab etmək istəyəndə isə onu gözəl hörmətli bir şeyə oxşadarlar. Məsələn, deyirlər ki: «نَجَمَ نُجُومَ الْكَوْكَبِ» yəni, «o, ulduz kimi zahir oldu».

[2] Sənə lazım olan şey təqva, Allahdan qorxmağı öz şüarın etmək yaxşı işlər görməkdir. Sənə bundan artıq bir şey lazım deyil.

[3] Çünki Allah Qurani-Kərimin İsra surəsinin 37-ci ayəsində buyurur: «وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً» «Yer üzündə təkəbbürlə yol getmə. Çünki sən heç vaxt (ayaqlarınla) yeri yara bilməz heç vaxt (boynunu qədər uzatsan da) boyca dağlara çata bilməzsən

[4] Allah Peyğəmbərin qəzəbinə səbəb olan boş sözlərdən uzaq olarlar. Necə ki, Qurani-Kərimin Furqan surəsinin 72-ci ayəsində buyurulur: «وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا» «Allahın bəyənilmiş bəndələri o kəslərdirlər ki, faydasız əyyaşlıq məclislərində, nahaq batil sözlər danışılan ya çirkin işlər görülən yerlərdə iştirak etməz, orada olmazlar boş xoşagəlməz bir şeylə qarşılaşdıqları zaman uzaqlaşaraq keçər, durmazlar».

[5] Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 273- ayəsində buyurulur: «لِلْفُقَرَاء الَّذِينَ أُحصِرُواْ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَطِيعُونَ ضَرْبًا فِي الأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاء مِنَ التَّعَفُّفِ تَعْرِفُهُم بِسِيمَاهُمْ لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ» «Allah yolunda ibadət bəndəliklə məşğul olan ticarət etmək üçün yer üzündə hərəkət edə bilməyən yoxsullar iffətli (nən) zəngindirlər. Belə ki, nadan onların varlı olmalarını zənn edər. Sən onları üzlərinin nişanələri ilə tanıyarsan ki, xalqdan israrla bir şey istəməzlər. Allah, sizin, mallarınızdan onlara verdiklərinizi bilir

[6] Çünki o, Allahı zikr etməkdə təkcə dil ilə kifayətlənmir, bəlkə onun qəlbi dili ilə birdir.

[7] Çünki şahid inkar edilərkən gətirilir, haqqı inkar etmək isə yalançılıqdır. Yalançılıq isə təqva pərhizkarlığa ziddir.

  868
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə fitnəsini ...
      İmam Hüseyn (ə) üçün sinə vurmağın bir əsası var?
      Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya ...
      Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bir qızı olması “Ey Peyğəmbər! ...
      Ali İmran surəsinin 54- cü ayəsinə əsasən əgər Həzrət İsadan (ə) qiyamətə kimi ...
      Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?
      Onunla görüşən zaman ona mənim salamımı çatdır"
      Quranda, yeddi səmadan məqsəd nədir?
      İmam Hüseynin (ə) surəsi hansıdır?
      Üzücü Fatimə qüssəsi

 
user comment