Azəri
Tuesday 23rd of April 2019
  1086
  0
  0

İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) xütbələrindəndir.

182- ci xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd şükrü barəsindəki) xütbələrindəndir.

Şükr o Allaha layiqdir ki, (göz ilə nişanə əlamətləri) görünmədən tanınıb əziyyət çəkmədən ( alət vasitələrsiz yaranmışların) yaradan(ı)dır. Varlıqları güc qüdrəti ilə yaradıb böyüklük üstünlüyü ilə itaətsizlik ağalıq edənlərdən itaət bəndəlik etmələrini tələb edib. (Çünki Onun qarşısında hər bir böyük kiçikdir. Buna görə təvazökarlıq itaətkarlığı əmr edib.) O, Öz bəxşişi ilə böyüklərin ağa böyüyüdür. Yaratdıqlarını dünyada yerləşdirən (hikmət mərhəmətinə əsasən) peyğəmbərlərini (hidayət etmək üçün bir-birinin ardınca) cin insanlara tərəf göndərən Allah Odur. (Peyğəmbərləri göndərdi) ki, onlar (insan cinlər) üçün dünyanın (nadanlıq azğınlıq) pərdəsini aradan qaldırsınlar, onları dünyanın pislik çətinliklərindən qorxutsunlar (xəbərdar etsinlər), onlar üçün onun (dünyanın vəfasızlığı) barəsində məsəllər çəksinlər (hekayətləri açıqlasınlar ki, onlar dünyaya aldanıb vurulmaqdan nicat tapsınlar), onları onun (dünyanın) eyb çatışmazlıqlarından xəbərdar etsinlər onlar (günah itaətsizliyin ziyanından) xəbərsiz qafil olan zaman onların vasitəsi ilə ibrət götürəcəkləri (ayılaraq özlərinə gələcəkləri) sözü - sağlamlıq, rahatlıq, xəstəlik çətinlik kimi halların dəyişəcəyini, onun halal haramını (bu yollarla qazanılması), itaətkarlar üçün Cənnət möhtərəmlik, günahkarlar üçün isə od xarlıq hazırlanmasını  xatırlatsınlar.

Allaha üz tutub bəndələrinə əmr etdiyi şəkildə şükr edirəm. Hər bir şey üçün miqdar ölçü, hər bir ölçü üçün müddət hər bir müddət üçün yazı müəyyənləşdirib (ki, onda dəyişiklik ola bilməz).

 

Bu da həmin xütbənin Quranın vəsfi ( xalqa öyüd-nəsihət) barəsindəki bir hissəsidir

 

Quran (yaxşılıqlara) əmr edən ( pisliklərdən) çəkindirəndir (Allah onda insanları yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirib). (Zahirdə) dinməz (əslində isə) natiqdir. (Çünki zahiri baxışda hərflərdən başqa bir şey deyil. Amma onda bütün ilahi əmr qadağalar mövcuddur o, onların hamısını bəyan edir.) Allahın bəndələrinə olan dəlil sübutudur ki, onlardan onun barəsində (ona əməl etmək barəsində) söz alıb onları onun girovunda qoyub. (Odur ki, ona tabe olmaqdan başqa bir yolla əzabdan nicat tapmaq mümkün deyil.) Onun nurunu kamilləşdirib (onda qiyamətə kimi olan səadət xoşbəxtlik, eləcə bədbəxtlik yolunu göstərib). Həmçinin Öz dinini (İslamı) onun vasitəsi ilə kamala çatdırıb. Öz Peyğəmbərinin (səlləllahu əleyhi alih) canını o vaxt aldı ki, o, Quranın hidayət qurtuluşa səbəb olan hökmlərinin xalqa təbliğ olunması çatdırılmasını bitirmişdi. Buna görə Allahın əzəmət böyüklüyünü (O, Özü) Öz böyüklüyünü (Qurani-Kərimdə) zikr etdiyi kimi yad edin. Çünki O, Öz dininin (hökmlərinin) bir hökmünü () sizdən gizli saxlamayıb bəyənilən bəyənilməyən heç bir şeyi onun üçün (kitab sünnədə) aşkar nişanə bəlli əlamət qoymadan tərk etməyib ki, ondan (bəyənilməyəndən) saxlasın digərinə (bəyənilənə) əmr etsin. Odur ki, Onun razılıq istəyi, eləcə qəzəb qadağası, gələcəkdə ( keçmişdəki ilə) birdir.[1] Bilin ki, Allah sizin üçün heç vaxt səbəbindən sizin keçmişlərinizə qəzəbləndiyi şeyə razılıq verməyəcəkdir. Həmçinin keçmişlərinizə razılıq verdiyi şeyə görə heç vaxt sizə qəzəblənməyəcəkdir.[2] (Odur ki, İmam əleyhis-salam buyurur:) Aşkar yolda hərəkət etməkdən özünüzdən qabaqkı kişilərin sözlərini təkrar etməklə danışmaqdan başqa bir çarəniz yoxdur.[3] Həqiqətən Allah sizin yaşayış ruzinizin əldə edilməsinə zəmanət verir.[4] Həmçinin sizi şükr həmd etməyə həvəsləndirib sizə, öz dillərinizlə Onu yada salmağı vacib edib.[5] Sizə təqvalı pərhizkar olmağı tapşırıb.[6] Onu Öz razılığının son dərəcəsi edib bəndələrindən istəyib (ki, günahlardan çəkinərək Ondan qorxsunlar, Ona itaət istiqamətində çalışsınlar). Buna görə nəzərləri altında olduğunuz alın tükləriniz, yatıb-durmaq oturub-qalxmağınız əlində olan (sizin barənizdə istədiyi şeyi dərhal gerçəkləşdirməyə qadir olan) Allahdan qorxun. Əgər (öz sirrinizi) gizlətsəniz heç kəsə deməsəniz, bilər ( yaxşıya savab, pisə cəza verər). Əgər (onu) aşkar etsəniz, yazar. (Yəni,) sizə möhtərəm gözətçilər (mələklər) təyin edib ki, (onlar sizin söz əməllərinizi yazırlar ) heç bir haqqı qələmdən salmaz nahaq edilməmişi yazmazlar. (Onlar elə diqqətlidirlər ki, yaxşı əməl hətta kiçik olsa belə, insan tərəfindən yerinə yetirilən kimi yazılar qələmlərindən düşməz.) Bilin ki, hər kim təqvalı olaraq Allahdan qorxsa, Allah-təala fitnə-fəsadlardan çıxmaq yolunu zülmətlərdən (nadanlıq azğınlıq zülmətlərindən) işıqlıq aydınlığı ona göstərər, onu arzuladığı yerdə (Cənnətdə) əbədi olaraq saxlayar. Onu Öz yanındakı əziz mənzildə - Özü (Öz dostları) üçün seçdiyi evə daxil edər. Həmin evin kölgəsi Allahın ərşi, işığı isə Onun razılığıdır. Oranın zəvvarları mələklər, dostları isə Onun peyğəmbərləridir. Buna görə (Allaha ibadət xalqa xidmətlə) axirətə tərəf tələsin ölümləri (ölümə səbəb olan xəstəlikləri) qabaqlayın (ölümdən qabaq azuqə götürərək elə görün ki, Allah Peyğəmbər razı olsunlar). Çünki insanların arzularının qırılması, ölümün onları haqlaması, tövbə qayıdış qapısının onların üzünə bağlanması ( onların qəm-qüssədə qalmaları) yaxındır. Odur ki, siz (qəflətən, dünyaya) qayıtmağı istəyən keçmişləriniz kimi olacaqsınız.[7] Siz qalmaq yeriniz olmayan dünyada yol keçən müsafirsiniz. Sizin ondan köçməyiniz elan azuqə götürməyiniz əmr olunub. (Odur ki, tələsin, yol üçün azuqə götürün Allaha Peyğəmbərə tabe olun ki, avara-sərgərdan qalmayasınız.) Bilin ki, bu nazik dərinin (bədəninizin dərisinin) oda dözümü yoxdur. Belə isə (ona düçar olmaqla) özünüzə rəhm edin ki, siz özünüzü dünyada müsibət çətinliklərlə sınamısınız (onun ən kiçik uğursuzluğuna dözə bilməmisiniz). Məgər hər hansı birinizin bədəninə batan tikandan, qana bulaşmasına səbəb olan sürüşməkdən onu yandıran isti qumdan (səhra qumunun onu yandırmasından) necə nalə edib inildəməsini görməmisiniz? Bəs onun halı odun iki təbəqəsi arasında-yandırıcı daşla yataq yoldaşı şeytanla yoldaş olanda necə olacaq?![8] Bilirsinizmi ki, cəhənnəm sahibi oda qəzəblənəndə, od onun qəzəbindən (coşub təlatümə gələrək) bir-birinə çırpılır (üst-üstə yığılır) onu incidəndə (onun üstünə qışqıranda) səbrliliyi əldən verərək onun verdiyi əziyyət nəticəsində cəhənnəmin qapıları arasında fəryad qopararaq sıçrayır?

Ey qocalığın zəifliyinə düçar olmuş pirani qoca! Od boyunbağılar boyunların sümüklərinə yapışanda qandal zəncirlər yapışaraq bazuların ətlərini yeyəndə necə olacaqsan? (Əgər günah itaətsizlik nəticəsində bu əzaba düçar olsan, edəcəksən?) Buna görə ey bəndələr dəstəsi, qədər ki, xəstəlikdən (ölümdən) qabaqkı sağlamlıq (qəbrdəki) sıxıntı çətinlikdən qabaqkı genişlik rahatlıqda dincsiniz (Allahın Peyğəmbərin razılığını əldə edərək ölümdən sonrakı çətinlikdən nicat tapmaq imkanınız var), Allahdan qorxun, Allahdan qorxun! Öz boyunlarınızı, onlar girov qoyulub getməmişdən (qurtulması qeyri-mümkün olandan) qabaq (cəhənnəm odundan) azad etməyə çalışın. Gözlərinizi oyaq saxlayın (gecə oyaq qalanlardan olun), qarınlarınızı arıqladın (oruc tutun), qədəmlərinizi işə salın (xeyir işdə addımlayın), mallarınızı (Allah yolunda) bağışlayın, cisminizi ruhunuza qurban verin bu işdə simiclik etməyin.[9] Çünki eyb nöqsan sifətlərdən pak uzaq olan Allah (Qurani-Kərimin Məhəmməd surəsinin 7-ci ayəsində) buyurur: «إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ» «Əgər Allaha yardım göstərsəniz (itaət bəndəlik etsəniz), O da sizə yardım göstərər sürüşkənliklərdə qədəmlərinizi möhkəmləndirər ( sizi çətinlik giriftarçılıqdan qurtarar)Həmçinin (Hədid surəsinin 11-ci ayəsində) buyurur: «مَن ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ وَلَهُ أَجْرٌ كَرِيمٌ» «Kimdir o kəs ki, (itaət bəndəlikdə) Allaha (riyakarlıq özünü göstərmək olmadan) gözəl borc versin, Allah da onun əvəzini qat-qat artırsın. Onu həm çox qiymətli bir mükafat gözləyirO, sizdən zillət xarlığa görə yardım, malın azlığı ehtiyac üzündən borc istəməyib. Göylərin yerin qoşunları Ona məxsus (hamıya) qalib alim ola-ola O, sizdən yardım istəyib. Sizdən borc istəyib, halbuki göyün yerin xəzinələri Onundur O, ehtiyacsız təriflənəndir. Onun yardım borc istəməsi ona görədir ki, O, sizin hansı birinizin daha çox yaxşı işlər görməyinizi sınamaq istəyib. Belə isə Allahın evində (Cənnətdə) Onun qonşuları (gözəl əməl sahibləri) ilə olmaq üçün yaxşı işlərə tələsin. Allah, peyğəmbərlərini onlarla tanış edib, mələklərinə onların görüşünə getməyi əmr edib onların qulaqlarını həmişə odun səsini eşitməkdən qoruyub (ki, məbada həmin səsi eşitməklə solğun olalar).[10] Həmçinin onların bədənlərini çətinlik əziyyət görməkdən qoruyub. (Qurani-Kərimin Hədid surəsinin 21-ci ayəsində buyurulur:) «ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ» «Bu, Allahın lütf bəxşişidir ki, onu istədiyi kimsəyə əta edir. Allah çox böyük mərhəmət, kərəm sahibidirEşitdiklərinizi deyirəm Allahdan həm özüm, həm sizin üçün (yaxşı işlər görməyə nail olmaq pis işlərə əmr edən nəfsə şeytana tabe olmamaq istiqamətində) yardım diləyirəm. O, (Ondan yardım istəmək) bizə kifayətdir O, (işləri həvalə etmək üçün) gözəl vəkildir.



[1] Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Quran sünnədə bəyan olunan kimidir. Bu cümlə «Müxəttəə»dən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hər bir məsələdə müəyyən bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. «Müsəvvəbə»dən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır.

[2] Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə gələcək nəsillərə haramdır eləcə vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi alih) şəriəti qiyamətə kimi davam edəcək onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab sünnədə bəyan edildiyi kimidir hökmlər heç bir kəs zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir görsə, dində bidət qoyub.

[3] Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz.

[4] Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23- ayələrində buyurulurوَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ» «Sizin ruziniz vəd olunduğunuz şey göydədir. Buna görə göyün yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz həqiqətdirYəni, sizin danışığınızda şəkk tərəddüd olmadığı kimi, deyilənlərin düz doğru olmasında heç bir şəkk-şübhə yoxdur.

[5] Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ» «Məni yada salın ki, Mən sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin

[6] Necə ki, Qurani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا» «Biz sizdən əvvəl Kitab verilənlərə (yəhudi, xristian bu kimilərə) sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə ) göylərdə yerdə varsa, hamısı Allahındır. Allah ehtiyacsızdır şükr olunmağa layiqdirDeməli, təqvaya əmr olunması sizin özünüzün nicat tapmağınız üçündür, yoxsa Allahın sizin ibadət pərhizkarlığınıza ehtiyacı yoxdur.

[7] qədər ki, dirisiniz, öz işinizə bir çarə qılaraq yol üçün azuqə götürün. Yoxsa keçmişlər kimi olmayın ki, onlar peşmançılıqlarının bir faydası olmayan istəkləri qəbul edilməyən bir zamanda öz günahlarından peşman olaraq dünyaya qayıtmaq istəyirlər. Necə ki, Qurani-Kərimin Ənam surəsinin 27-28-ci ayələrində buyurulur: «وَلَوْ تَرَىَ إِذْ وُقِفُواْ عَلَى النَّارِ فَقَالُواْ يَا لَيْتَنَا نُرَدُّ وَلاَ نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ بَلْ بَدَا لَهُم مَّا كَانُواْ يُخْفُونَ مِن قَبْلُ وَلَوْ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ» «Əgər oda (daxil olmağa) məcbur edilən günahkarları görsən, (eşidərsən ki, belə) deyirlər: Kaş ki, bizi dünyaya qaytaraydılar biz Rəbbimizin ayələrini yalan hesab etməyəydik möminlərdən olaydıq. Düz demirlər, bəlkə etiraf ona görədir ki, bundan qabaq onlara gizli olan şey aşkar olub. Əgər qayıtsalar, yenə onlara qadağan olunmuş şeyləri yerinə yetirərlər onlar yalan deyirlərHəmçinin Muminun surəsinin 99-100- ayələrində buyurulur: «حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ» «Onlar ölüm onlardan birini haqlayana kimi çirkin işlər görərlər. Sonra o, peşmançılıq üzündən deyər: Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə əldən çıxardığımın müqabilində yaxşı bir görüm. Xeyr, onu qaytarmazlar. Çünki qayıtmaq istəyi onların çətinliyə düçar olduğu üçün dediyi bir sözdür. Onların arxasında qəbr hesabı üçün qaldırılacaqları günə kimi maneə olacaqdır

[8] Necə ki, Qurani-Kərimdə Təhrim surəsinin 6- ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ» «Ey iman gətirənlər! Günahları tərk etməklə özünüzü öyüd-nəsihətlə övladlarınızı elə bir oddan qoruyun ki, onun odun yanacağı insanlar yonulub büt edilərək ibadət olunan daşlardır. Həmin odun üstündə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən qaba sözlü sərt mələklər vardırHəmçinin Zuxruf surəsinin 36- ayəsində buyurulur: «وَمَن يَعْشُ عَن ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ» «Hər kəs mehriban Allahın zikrindən boyun qaçırsa, Biz şeytanı onun yoldaşı edərik

[9] Tezliklə yox olaraq torpaq altında çürüyəcək bədənlərinizi ibadət, bəndəlik din düşmənləri ilə cihad yolunda sərf edin ki, əbədi əzabdan qurtularaq əbədi Cənnətdə olasınız.

[10] Necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 101-102-ci ayələrində buyurulur: «إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُم مِّنَّا الْحُسْنَى أُوْلَئِكَ عَنْهَا مُبْعَدُونَ لَا يَسْمَعُونَ حَسِيسَهَا وَهُمْ فِي مَا اشْتَهَتْ أَنفُسُهُمْ خَالِدُون» «Öndə olanlara Bizim tərəfimizdən gözəl mükafat vardır. Onları cəhənnəm odundan uzaqlaşdırarlar ki, onun səsini eşitməsinlər. Onlar arzuladıqları şeydə əbədi qalarlar».

  1086
  0
  0
امتیاز شما به این مطلب ؟

آخر المقالات

      إنجازات متقدمة في نفق يمر بالقرب من مرقد الامام الحسين ...
      قائد الثورة الاسلامية: الحظر لن يؤثر كثيرا لو كان اداء ...
      استشهاد وإصابة 13 مواطناً بينهم أطفال بغارات للعدوان ...
      زعيم تنظيم "داعش" ابو بكر البغدادي ميت سريريا
      "كتائب القسام" توجه رسالة لكيان الاحتلال ...
      جماهير غفيرة تشارك في تشييع شهداء الجريمة الكبرى بحق ...
      رحيل مؤسس مراكز اسلامية شيعية في أوروبا وعضو الجمعية ...
      المغرب يصف موقف السعودية في انتخابات مستضيف كأس ...
      12 فريق يستقرون لاستهلال شهر شوال في مرتفعات جنوب ايران
      تقرير مصور/ إقامة صلاة عيد الفطر المبارك بإمامة قائد ...

 
user comment