Azəri
Wednesday 27th of March 2019
  952
  0
  0

İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir.

181- ci xütbə

 

İmam Əli əleyhis-salamın Nauf (ibn Fuzalə) Bikalidən nəql edilmiş xütbələrindəndir.[1] (Nauf) deyir:

Əmirəl-möminin əleyhis-salam bu xütbəni bizə Kufədə (o Həzrətin bacısı Umm Haninin oğlu) ibn Hübəyrə Məxzuminin dikəltdiyi daşın üzərində dayanaraq oxuyub. O Həzrətin əynində uzun yun paltar var idi. Qılıncının qayışı ayaqqabısı xurma ağacının yarpaqlarından idi (toxunmuşdu). Onun alnı (səcdənin çoxluğundan) dəvənin dizlərinin qabarı kimi idi. Beləliklə, (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın mədh tərifi qüdrət gücü, təqva pərhizkarlığa həvəsləndirmək dünyaya ürək bağlamamaq barəsində) buyurdu:

Şükr o Allaha layiqdir ki, bütün yaradılmışların işlərinin sonunun (yaradılmışların işlərinin sonunun) qayıdışı Ona tərəfdir. Lütfünün böyüklüyü, (təkliyinə olan) dəlilinin aşkarlığı, bəxşişinin çoxluğu (İslam dini ilə boyunlara qoyduğu) haqqa görə Ona şükr edirik. Elə bir şükr ki, Onun haqqını əda edərək şükrünü yerinə yetirsin[2] Onun mükafatına yaxınlaşdıraraq bəxşişinin artmasına səbəb olsun. Onun fəzl bəxşişinə ümidvar olan, xeyir verməsini arzulayan, (çətinlikləri) dəf etməsinə arxalanan, lütf kərəmini etiraf edən söz əməli ilə Ona tabe olan şəxsin istəməsi kimi Ondan kömək diləyirəm. Yəqin inamla Ona (Onun fəzl kərəminə) ümidvar olan, kamil imanla Ona (Onun Allahlığına) üz tutan, itaətkarlıqla Ona qarşı təvazökar olan, təkliyinə etiqad bəsləməklə Ona qarşı tam sədaqətli səmimi olan, şükr etməklə Onu böyük bilən (Ondan başqa bir sığınacaq pənah yeri tanımadığı üçün çətinliklərdə) rəğbət səylə Ona pənah aparan şəxsin iman gətirməsi kimi Ona iman gətiririk. Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah doğulmayıb (atadan yaranmayıb) ki, Onunla izzət əzəmətində şərik olsun. (Çünki ata övladın cinsindəndir izzət böyüklükləri bir-birinə şamil olur.) Doğmayıb (dünyaya uşaq gətirməyib) ki, aradan gedərək Özündən sonra miras qoysun.[3] Vaxt zaman Onu ötməyib. (Çünki O, vaxt zamanın yaradanıdır.) Artmaq azalmaq bir-birinin ardınca Onu əhatə etməyib.[4] Bəlkə (göyün, yerin digər varlıqların yaradılışında) bizə göstərdiyi gözəl nizam möhkəm qanunlarla (vücudunun varlığı) ağıllara aşkar olub. Odur ki, Onun yaratmasının dəlil şahidlərindən biri sütunsuz sabit bərqərar qalmış dirəksiz dikəldilmiş göylərin yaradılışıdır. Allah onları çağırdı (yaratmaq istədi). Onlar da itaət tabeçiliklə dayanıb durmadan duruxmadan (Onun çağırışını) qəbul etdilər (var oldular). Əgər onlar (vəziyyətləri ilə) rübubiyyəti təsdiq qəbul, itaət bəndəliyi iqrar etməsəydilər, onları Öz ərşinin yeri, (yaxın) mələklərin məkanı bəndələrinin gözəl söz əməllərinin qaldırıldığı yer etməzdi. Onların ulduzlarını nişanələr edib ki, çaş-baş qalmış şəxs yer üzünün geniş yolları ilə get-gəl edəndə onlarla yol axtarsın. Gecənin pərdəsinin çox qaranlığı onların nurunun işığını örtməyib qaranlıq gecələrin zülmət pərdələri, göydə görünən ayın nurunun işıltısını aradan qaldırmağa qadir deyil. Buna görə pak qüsursuzdur o Allah ki, zülmət gecənin qaranlığı, gecənin, dərin yerlərin künclərində bir-birinə yaxın tutqun rəngli dağların qüllələrində rahatlıq tapanları Ona gizli deyil. Üfüqdə göyün bir tərəfində göy gurultusundan gələn səs, buludun səpələnərək yox olan (gözlərə görünməyən) ildırımları, qopması ulduzların düşməsinə nisbət verilən küləklərin yağışın yağmasının öz yerindən uzaqlaşdırdığı (yerə) tökülən yarpaqlar Ona gizli deyil.[5] Yağışın hər bir damcısının hara düşüb harada qərar tutacağını, kiçik qarışqanın (öz yükünü) haradan çəkib hara apardığını, ağcaqanadın ruzisi üçün nəyin kifayət etməsini dişinin (döllü olarkən) qarnındakının (erkək, yoxsa dişi) olmasını bilir.

Şükr o Allaha layiqdir ki, kürsü, ərş, göy, yer, cin insan mövcud olmamışdan olub. (Çünki yaradanın yaradılmışdan qabaq mövcud olmasının zəruriliyi tam aydın məsələlərdəndir.) Düşüncə ilə dərk edilmir zəka ilə müəyyənləşmir. Heç bir istəyən Onu yayındırmır. (Çünki Onun zatı elminin özüdür Onun elminə qəflət yol tapa bilməz.) Əta bəxşiş etmək Onu (Onun nemət xəzinəsini) azaltmır. (Çünki istəyən an istədiyini yaradır.) Göz ilə görünmür. Haradasa olmasını demək olmaz. Bənzəri olmaqla vəsf edilməz. (Əl ayaq kimi) bir üzvün köməyi ilə yaratmır. Hisslərlə dərk edilmir. (Cisim olmadığı üçün cismin xüsusiyyətlərindən olan bu sifətlərlə vəsf edilmir.) İnsanlarla müqayisə edilməz (onlara oxşadılmaz. Çünki Onun oxşarı yoxdur). O Allah ki, Musa ilə (yaratdığı) bir sözlə danışdı ona üzv alətlərsiz, danışıqsız (boğazda yerləşən vasitəsi ilə səs çıxan) dilçəklərsiz Öz nişanələrindən böyük bir şey göstərdi (ki, o söz idi). Ey Rəbbini vəsf etmək üçün özünü zəhmətə salan kəs! Əgər düz deyirsənsə, pak hücrələrdə məskunlaşmış ( Allahın əzəmət böyüklüyündən) başlarını aşağı salan ağılları yaradanların ən yaxşısını vəsf etməkdə çaş-baş aciz qalan Cəbraili, Mikaili Allahın dərgahına yaxın olan mələklər qoşununu vəsf et. (Əgər onlar Onun zatının həqiqətini dərk edə bilmirlərsə, sən zəif bəndə onlardan qabaq Onun həqiqətini dərk etməkdə aciz zəifsən.) Sifətlərlə o kəslər dərk edilirlər ki, şəkil alətləri var o kəs ki, ömrü sonu yoxluğa doğru çəkiləndə başa çatır. Buna görə Ondan başqa bir tanrı yoxdur. (Çünki əgər olsaydı, əlbəttə ki, dərk edilərdi.) O, hər bir qaranlığı Öz nuru ilə işıqlandırıb hər bir nuru Öz qaranlıqlaşdırması ilə zülmətə bürüyüb (hidayətin işıqlılığı Onun lütfünün, azğınlığın qaranlığı isə Onun qəzəbinin nəticəsidir).

Ey Allahın bəndələri! Sizə pərhizkar olmağı (isti soyuqdan qorunmağınız üçün) sizə gözəl paltarlar geyindirmiş sizin üçün yaşayış vasitələrini hazırlamış Allahdan qorxmağı tövsiyə edirəm. (Sizin üçün belə bir şərait yaratdığı halda üçün günah itaətsizliklə Onun nemət bəxşişlərinə nankorluq edirsiniz? üçün Ondan uzaqlaşaraq dünyaya ürək bağlamısınız, halbuki) əgər kimsə dünyada qalmaq üçün bir vasitə əldə edə bilsəydi ya ölümü dəf etməyə bir yol tapsaydı, o, Davud əleyhis-salamın oğlu Süleyman olardı ki, peyğəmbərlik vəzifəsindən böyük məqam dərəcəyə malik olmaqdan əlavə cin insanlara hakim padşah idi. (O, dünya axirətə aid bütün vasitələrə malik olmaqla dünyada qalmağa hamıdan çox layiq idi. Amma) elə ki özünün təqdir edilmiş rüzisini istifadə etdi həyat müddətini sona çatdırdı, yoxluq yayları ölüm oxları ilə onu diz çökdürdü ( o, dünya ilə vidalaşdı). Şəhərlər onsuz evlər boş qaldı başqaları onları irs apardılar. Sizin üçün keçən dövrlərdə ibrət vardır (ki, keçmişlərin bu dünyadan necə üzülüşmələrinə nəzər salasınız). Haradadır Əmaliqə onların övladları?[6] Haradadır (Misir şahları olmuş) Fironlar (onların heç bir nişanələri qalmamış) övladları? Haradadır peyğəmbərləri öldürən, Allahın elçilərinin hökmlərini söndürən (məhv edən) zalımların ənənələrini dirildən (həmin əsasda davranan) Rəss şəhərlərinin əhalisi?[7] Haradadır o kəslər ki, qoşunlarla hər tərəfə gedərək minlərlə nəfəri məğlub edirdilər ordu toplayaraq şəhərlər tikirdilər?!

 

Bu da həmin xütbənin (zühuru gözlənilən İmam -əccələllahu təala fərəcəh - barəsindəki) bir hissəsidir

 

(İmami-Zaman əleyhis-salam) hikmət (şeylərın həqiqətləri barəsindəki elm, zahidlik ibadət) qalxanını geyinib onu ona üz tutmaq, tanımaq özünü (dünyaya bağlılıqdan) azad etmək kimi şərtləri ilə mənimsəyib. Hikmət o Həzrətin axtardığı itik istədiyi arzudur.[8] O Həzrət (fitnə-fəsad çoxalaraq) İslam qərib (zəif) düşəndə (dəvə əzab-əziyyət görən zaman etdiyi kimi) öz quyruğunu tərpədərək boğazının qabağını yerə qoyanda gözlərdən uzaqlaşaraq bir guşəyə çəkilər.[9] O Həzrət Allahın dəlilinin qalanlarının (hidayət nicat İmamları əleyhimus-salamın) yerdə qalanı peyğəmbərlərin canişinlərinin canişinidir. اللّهُمَّ أَظْهِرْ بِهِ الْعَدْلَ وَ أَيِّدْهُ بِالنَّصْرِ وَانْصُرْ ناصِرِيهِ وَ اخْذُلْ خاذِلِيهِ وَ اقْصِمْ قاصِمِيهِ وَ اقْصِمْ بِهِ جَبابِرَةَ الكُفْرِ وَ اقْتُلْ بِهِ الكُفّارَ وَالْمُنافِقِينَ وَ جَمِيعَ الْمُلْحِدِينَ امِينَ يا أَرْحَمَ الرّاحِمينَ  «Allahım! Onun vasitəsi ilə ədaləti bərqərar et. Onu Öz köməyinlə gücləndir. Ona kömək edənə kömək et onu köməksiz qoyanı köməksiz qoy. Onu sındıranları sındır. Onun vasitəsi ilə küfr zülmkarlarını məhv et. Onun əli ilə kafirləri, münafiqləri bütün dinsizləri öldür. Amin, ey rəhimlilərin ən rəhimlisi!»)

 


İmam əleyhis-salam sonra buyurdu:

Camaat! Mən sizə peyğəmbərlərin öz ümmətlərinə verdikləri öyüdləri verdim. Vəsi canişinlərin peyğəmbərlərdən sonrakılarla davranışda etdiklərini (mülayimlik mehribanlığı) sizinlə etdim. Sizi öz (öyüd-nəsihət) qamçımla ədəbləndirdim, düz yola gəlmədiniz. Sizi qorxutmaq vasitəsi ilə (haqq yola) sövq etdim, toplaşmadınız (mənə tabe olmadınız)!!

Əcriniz Allah yanında! Gözləyirsiniz ki, məndən başqa bir İmam gəlib sizi yola gətirərək doğru yol göstərsin?!

Bilin! Dünyanın üz tutanı arxa çevirdi arxa çevirəni üz tutdu. (Haqq İmama tabe olmamaq nəticəsində dünyanın yaxşılığı arxa çevirdi onun pisliyi, yəni, cahiliyyət dövrünün əməli meydana çıxdı.) Allahın yaxşı işlər görən bəndələri köç etmək (dünyadan getmək) qərarına gəldilər dünyanın davamlı olmayan azını axirətin fani olmayan çoxuna satdılar (dəyişdilər onun qəm-qüssəsindən nicat tapdılar. Deyəsən İmam əleyhis-salamın bu cümlədən məqsədi özünün şəhid edilməsindən xəbər verməkdir). Qanları Siffeyn müharibəsində tökülən qardaşlarımız (dindaşlarımız) bu gün diri olmayıb qəm-qüssə çəkib bulanıq su içməməklə (bu dövrün çətinliklərini görməməklə) ziyan ediblər?! (Xülasə, dünyadan köçüb belə bir günü görməyənlərin xoş halına!) Allaha and olsun ki, onlar Allahı (Onun rəhmini) əldə etdilər. Allah da onların əməllərinin mükafatını verdi (dünyada olan) qorxu vahimədən sonra onları qorxusuz rahat evdə yerləşdirdi. Haradadırlar mənim haqq yolu öz minikləri etmiş (ömürlərini) düzlük doğruluqla (sona çatdırıb) köçmüş qardaşlarım? Haradadır Əmmar (ibn Yasir)? (O, doxsandan yuxarı yaş ilə Siffeyn müharibəsində şəhid edilib.) Haradadır (Əbulhəysəm Malik) ibn Təyhan? Haradadır Zuşşəhadəteyn?[10] Haradadır onların qardaşlarının (dindaşlarının) onlar kimiləri (İbn Bədil, Haşim ibn Utbə digərləri) ki, (hamısı Siffeyn müharibəsində şəhid oldular ) bir-birləri ilə ölüm (haqq yolda şəhid olmaq) barəsində əhd bağladılar başları (öldürüldükdən sonra) günahkarlara (Müaviyə tərəfdarlarına) göndərildi?

Nauf deyir: İmam əleyhis-salam bu sözdən sonra əlini mübarək saqqalına vuraraq çox ağladı buyurdu:

Heyf əfsus, o qardaşlarım (dindaşlarım) üçün ki, Quranı oxuyaraq onu möhkəm bildilər (möhtərəm saydılar), vacib olan şeydə düşünərək onu bərqərar etdilər (onun əsasında davrandılar), sünnəni dirildərək bidəti məhv etdilər, cihada çağırılanda (onu) qəbul etdilər başçıya inanaraq ona tabe oldular. Sonra uca səslə (belə) fəryad qopardı:

Ey Allahın bəndələri, cihad, cihad! Bilin ki, mən elə bu gün qoşun hazırlayacağam. Kim Allaha tərəf getmək istəyirsə, gərək getsin.

Nauf deyir: Bundan sonra Hüseyn əleyhis-salamı on min nəfərlik qoşuna, Qeys ibn di on min nəfərə, Əbu Əyyub Ənsarini on min nəfərə onlardan başqalarını da başqa sayda qoşunlara əmir başçı təyin etdi. Həzrət (Şam əhli ilə vuruşmaq üçün) Siffeynə qayıtmaq istəyirdi. Beləliklə, hələ cümə günü gəlib çatmamışdı ki, İbn Mülcəm məlun (Allah ona nət etsin) o Həzrəti zərbətlədi. Buna görə qoşunlar geri qayıtdılar. Biz öz çobanını itirmiş hər bir tərəfdən canavarların oğurladıqları qoyunlar kimi idik.[11]



[1] Nauf İmam əleyhis-salamın xas ən yaxın səhabələrindən olub. Yəmənin Səna şəhərinin qərb tərəfində Himyər adlı bir yer var Bikal orada məskunlaşmış qəbilənin adıdır.

[2] Lütf kərəmi ilə bizim layiq olmayan şükrümüzü qəbul etsin. Onsuz da əslində bəndələrin Onun haqqını əda etmək şükrünü yerinə yetirmək gücləri yoxdur.

[3]Çünki doğmaq, məhv olmaq başqasını canişin etmək cismin xüsusiyyətlərindəndir. 

[4] Çünki artmaq azalmaq dəyişməyə səbəb olur dəyişmək hadis olmağı tələb edir. Hadis olmaq isə mümkün varlığın xüsusiyyətlərindəndir. Xülasə, Onu yaranmışlar kimi vəsf edə bilmərik, çünki Onda cismin sonradan əmələ gələn xassələrin heç birinin heç bir sifəti yoxdur.

[5] Cahiliyyət dövrünün bədəvi ərəbləri, səhv əqidələrinə əsaslanaraq külək, yağış, soyuq isti kimi səma hadisələrini ulduzların düşməsinə nisbət verirdilər onlarda ulduzları təsirli bilirdilər. Buna görə İmam əleyhis-salam burada onların əqidələrinə işarə edib.

[6] Əmaliqə İmliq ibn Lavəz ibn İrəm ibn Sam ibn Nuhun övladlarından ibarət bir dəstə olublar onlar çox böyük bir dövlətlə Yəmən Hicazda padşahlıq ediblər. Sonralar onların kökü kəsilib.

[7] Rəss böyük bir quyunun adı idi ki, insanlar onun ətrafına toplaşaraq «şah ağac» dedikləri Yafis ibn Nuhun əkdiyi küknar ağacına ibadət edirdilər. Allah onları məhv etdi.

[8] Onun fikri həmişə ona yönəlib ondan başqasına baxmır, necə ki, İmam əleyhis-salam bu kitabın sonunda buyurub: «الْحِكْمَةُ ضآلَّةُ المُؤمِنِ» «Hikmət möminin itiyidir ki, o, həmişə onu əldə etmək fikrindədir».

[9] Xülasə, İslamı elə bir zəiflik bürüyər ki, o əldən düşərək yerindən qalxa bilməz. Bu cümlə Həzrət Peyğəmbərin bu buyuruğuna işarədir ki: «بَدَءَ الْإِسْلامُ غَرِيباً و سَيَعُودُ غَرِيباً» «İslam qərib tək zühur etdi tezliklə yenə tək qalarYəni, onun həqiqi davamçısı olmaz.

[10] O, Əbu Umarə Xuzəymə ibn Sabit əl-Ənsaridir ki, Həzrət Peyğəmbər onun şahidliyini iki kişinin şahidliyinin yerinə qəbul edib. Həzrət Peyğəmbər bir ərəbdən at alıbmış ərəb bunu inkar edirmiş. Həzrət buyurub: Ey Xuzəymə, şahidlik edirsən? Deyir: Xeyr, ey Allahın Peyğəmbəri, amma atı almağını bilirəm. Necə ola bilər ki, səni Allah tərəfindən gətirdiyin şeydə təsdiqləyim, amma bir ərəblə etdiyin alverdə təsdiqləməyim? Sonra o Həzrət buyurdu: Sənin şahidliyin iki kişinin şahidliyi kimidir.

[11] Deyiblər ki: Bu xütbə Əmirəl-möminin əleyhis-salamın ayaq üstə buyurduğu son xütbədir.

 

  952
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əli ələyhis-salamın matəmində
      Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə fitnəsini ...
      İmam Hüseyn (ə) üçün sinə vurmağın bir əsası var?
      Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya ...
      Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bir qızı olması “Ey Peyğəmbər! ...
      Ali İmran surəsinin 54- cü ayəsinə əsasən əgər Həzrət İsadan (ə) qiyamətə kimi ...
      Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?
      Onunla görüşən zaman ona mənim salamımı çatdır"
      Quranda, yeddi səmadan məqsəd nədir?
      İmam Hüseynin (ə) surəsi hansıdır?

 
user comment