Azəri
Monday 20th of May 2019
  1066
  0
  0

DİNDARLARIN APPELYASİYA MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK . Məhkəmə prosesi sentyabr ayının 30-da saat 12:00-da başlayacaq.

FaktXeber.com-un verdiyi məlumata görə, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindar - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun növbəti məhkəməsi keçiriləcək.

 

Sentyabr ayının 30-u Azərbaycan Respublikasının cinayət məcəlləsinin 315.2 və 221.3 maddələri ilə həbs cəzasına məhkum olunan Elmar Səmədov, Elçin Abbasov, Bilal Əhmədov, Seynur Hüseynov və Ağaəli Yəhyayevin iş üzrə Appelyasiya məhkəməsi öz işinə başlayacaq. Bakı şəhər Appelyasiya məhkəməsində proses, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, həbsdə olan Elmar Səmədov, Ağaəli Yəhyayev və Bilal Əhmədov müdafiəsi ilə vəkil Məzahir Şahmarov, Elçin  Abbasovun müdafiəsi ilə Fəxrəddin Mehdiyev, Seynur Hüseynovun müdafiəsiylə isə Ülvi İsmayılov məşğul olacaq.

 

Məlumat üçün bildirək ki, bu il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib.


source : www.abna.ir
  1066
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment