Azəri
Tuesday 26th of March 2019
  853
  0
  0

AZƏRBAYCANDA REPRESİYA BAŞLADI

FAKTXEBER-in vrdiyi xəbərə əsasən : Ötən həftə ölkənin müxtəlif bölgələrindən Bakıya gələrək, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlanıldığı müvəqqəti saxlama təcridxanasının qarşısında onu gözləyən ictimaiyyət nümayəndələrinin polis tərəfindən həbs olunması barədə sizlərə məlumat vermişdik. Hadisə zamanı polis tərəfindən həbs olunanlardan 5 nəfəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətində azadlıqdan məhrum edilmişdi.

 

İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsilə 10 gün müddətində azadlıqdan məhrum edilən 4 nəfər şəxs dünən Binəqdi rayonu müvəqqəti saxlama məntəqəsindən azadlığa buraxılıb.

 

Qeyd edək ki, 10 gün müddətində həbsdə olan Cəbiyev Azər Arif oğlunun azadlığa buraxılması lazım olduğu təqdirdə, onu Binəqədi rayon Məhkəməsindən birbaşa Gəncə şəhər polis idarəsinə aparıblar.

 

Azər Cəbiyev heç bir qanuni əsas olmadan Gəncə şəhər Polis İdarəsinin Nizami rayon şöbəsində 5-6 saat müddətində saxlanılıb. O, Polis İdarəsində saxlanılan zaman, Gəncə şəhəri Nizami rayon polis şöbəsinin rəisi Ağahüseyn Məmmədovun təhqir və təzyiqləri ilə üzləşib. Daha sonra Azər Cəbiyevi Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Rasim Musabəyovun yanına aparıblar. Şəhərin Baş Polis idarəsinin rəisi ilə görüşdən sonra Cəbiyev Azər Arif oğluna Gəncə şəhərini tərk etmək üçün 3 saat vaxt verilib. Gəncə şəhərini tərk etməyəcəyi təqdirdə onu həbs etməklə təhdid edən şəhər polis rəisi, bu yolla Azərbaycanda yenidən 1937-ci ilin represiya dalğasını əsdirməyə başlayıb.


source : www.abna.ir
  853
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)
      5 günahın dünyadakı aqibəti
      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu

 
user comment