Azəri
Thursday 18th of July 2019
  1290
  0
  0

NAXÇIVANDA DAHA BİR ÖZBAŞINALIQ

FAKTXEBER-in vrdiyi xəbərə əsasən : Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində dini təhsil almış, axund İmanaov Kamil Teymur oğlunun hüquq mühafizə orqanları tərəfindən sərbəst hərəkət etməsinə qoyulan məhdudiyyət hələdə davam edir

 

RATİ-nin Naxçıvandakı müxbirlərinə Kamil İmanov bu barədə belə deyib.

 

 “Bir neçə ildir ki, İranda və Türkiyədə yaşayan qohumlarımın yanına, habelə ziyarətgahlara gedə bilmirəm. Dövlət sərhəd xidmətinin əməkdaşları məni saxlayaraq geri qaytarır. Mənim xarici ölkələrə getməyimə qadağa qoyulduğu bildirilirlər. Pasportumu kompyuterdə yoxlayarkən qırmızı hərflərlə “stop” işarəsi düşür. Qadağanın isə hansı səbəbdən və hansı dövlət qurumu tərəfindən qoyulduğu açıqlanmır ”.

 

Onun sözlərinə görə, problemlə bağlı dəfələrlə  Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikasının Ali Məclisinə, Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova müraciət etsə də heç bir nəticəsi olmayıb.

 

Axund əlavə olaraq qeyd edib ki, bu ilin əvvəlində müstəqil jurnalist və hüquq müdafiəçiləri ona qarşı olan təzyiqləri ictimailəşdirdikdən sonra, Muxtar Respublikada hüquq mühafizə orqanlarının təzyiqləri dayandırılsa da, xaricə çıxışına məhdudiyyət qoyulması davam edir. Sentyabrın 20-də o yenidən Muxtar Respublika Ali Məclisdə olub və onu hüquqşünas qəbul edərək  məhkəməyə müraciət etməsini məsləhət görüb.

 

 Muxtar Respublika Dövlət Sərhəd Xidmətindən Kamil İmanovun xarici ölkələrə çıxışına qadağa qoyulması təsdiqlənsə də, müxbirlərimizə bunun hansı səbəbdən və hansı dövlət qurumu tərəfindən edildiyini açıqlanmayıb .

 

Xatırladaq ki, Kamil İmanov İranın Qum şəhərində təhsil alıb qayıtdıqdan sonra hüquq mühafizə orqanları tərəfindən incidilir. Onun dini etiqad göstərməsinin qarşısı alınıb, ətrafında olan dindarlara təzyiq edilib. Ondan dini geyim geyməmək tələb olunub. Vaxtaşırı müxtəlif bəhanələrlə MTN-nin Şərur rayon şöbəsinə çağırılaraq izahatı alınıb, kimlərə işləməsi və nə məqsədlə Qum şəhərində oxuması haqda sorğu-sual edilib. Bir neçə dəfə qıssa müddətə həbs olunaraq müvəqqəti saxlama təcridxanasında saxlanılıb. Yaşadığı kənddə baş verən hər bir hadisəyə görə onu günahkar hesab ediblər. Hətta mal-qara, toyuq –cücə oğurluğu olanda belə bu hadisəni onunla bağlamağa çalışırlar. Bunların hamısına səbəb onun Qum şəhərində təhsil alması olub. O  mərhum prezident Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə ilk dəfə Naxçıvandan  İran İslam Respublikasının Qum şəhərində təhsil almaq üçün göndərdiyi 55 nəfərdən biridir.


source : www.abna.ir
  1290
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment