Azəri
Sunday 21st of April 2019
  601
  0
  0

İmam əleyhis-salam sonra belə buyurdu:

İmam əleyhis-salam sonra belə buyurdu:

 

Allah haqqı görüb ona kömək edəni (ona qarşı bir söz danışmayıb bir addım atmayanı) ya gördüyü zülmün qarşısını alıb zalıma qarşı məzluma yardımçı olanı bağışlasın!

 


197- ci xütbə

 

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.

Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm.[1] (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız vəziyyətlərini (zülm sitəmlərini, şəhvət nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı (etiraz edərək «onlarla üçün müharibə edir, vuruşursunuzdeyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin azğınlıq düşmənçilik hərisi vurğunu olan kəs ondan əl çəksin.

198- ci xütbə

 

İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərinin birində oğlu Həsən əleyhis-salamın döyüş meydanına tələsdiyini görərkən buyurduğu kəlamlarındandır.

Mənim yerimə bu gəncə sahib durub onu saxlayın (onun döyüşməsinin qarşısını alın). Məbadə məni kədərləndirsin. Çünki mən bu iki gəncin yəni, Həsənlə Hüseyn əleyhimas-salamın ölümünə xəsislik edirəm (razı deyiləm) ki, onların ölümü ilə Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) nəsli kəsilməsin. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

O Həzrət əleyhis-salamın «إمْلِكُوا عَنِّى هذَ الْغُلامَ» «mənim yerimə bu gəncə sahib durun» kəlamı ən gözəl fəsih kəlamlardandır.

 

199- cu xütbə

 

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsində), səhabələri onunla «həkəmiyyət» (döyüşən tərəflər arasında hakim təyin etmək) məsələsi barəsində müxalifət edərkən buyurduğu kəlamlarındandır.[2]

Camaat! Mənim əmr fərmanım həmişə - indi müharibə sizi zəif aciz salana kimi - özüm istəyən şəkildə olub. Allaha and olsun ki, siz müharibəyə könüllü gəlmisiniz, (onu) tərk edən sizsiniz, halbuki o, düşmənlərinizi daha zəif aciz salıb. (Buna görə əgər müxalifət etməsəydiniz Müaviyəyə Şam qoşununa qalib gələrdiniz zəfər sizinlə olardı. Amma edim?!) Dünən əmr verən idim, bu gün isə əmr edilən; dünən çəkindirən qadağan edən idim, bu gun isə çəkindirilərək saxlanılan. Siz sağ qalmağı sevdiniz. Mən sizi xoşlamadığınız bir şeyə məcbur etmək istəmirəm. (Sizi müharibə aparmağa məcbur etməyə gücüm çatmır ya məcbur etməyim məsləhət deyil.)

 

200- xütbə

 

İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır.

Dünyada bu evin genişliyi ilə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqə digər vacibi müstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini qazanmı(ş olar)san.

Sonra Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: üçün? Dedi: O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrət ona belə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar xəbis (şeytan) səni avara edib ( səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib). (Təklik dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır?[3] Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin onların canişinlərinin məqamıdır.)

 Asim dedi: Ey Əmirəl-möminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk dadsızdır! Həzrət buyurdu:

Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-təala haqq rəhbər imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsul kasıbın qəm-qüssəsi onu sıxıb narahat etməsin.

 

 

 

 



[1] Bu cümlə onları söyməyin haram olmasına dəlalət etmir. Çünki mömindən başqasını, yəni, kafir fasiqləri, Məhəmməd Əhli-Beytinin (əleyhimus-salam) düşmənlərini söyməyin mümkün icazəli olmasında heç bir şəkk-şübhə yoxdur onlardan uzaq olaraq onlara nifrət bildirmək vacibdir. O Həzrətin bu müharibə vuruşmadan məqsədi hakimiyyət səltənəti ələ almaq deyil, insanların hidayəti, onları düz yola istiqamətləndirmək İslam kəlməsini ucaltmaq olduğu üçün İmam əleyhis-salam həmin kəlamı ilə söyüşün düşmənçilik kin-küdurətin artmasına səbəb olmasını nəzərdə tutur. Çünki belə olan halda, onlar da nadanlıq üzündən o Həzrəti onun qoşununu söyərlər. Allahın dostunu söymək Peyğəmbəri söymək deməkdir. Peyğəmbəri söymək isə Allahı söyməkdir oda girməyə səbəb olur. Xülasə, Allahın, Peyğəmbərin o Həzrətin haqq canişinlərinin düşmənlərinə tənə vurmaq onları söymək şəriət baxımından icazə verilmiş müstəhəbbi bir işdir onlardan uzaq olaraq onlara nifrət bəsləmək vacibdir, necə ki, on doqquzuncu kəlamda İmam əleyhis-salam öz qoşunu arasındakı münafiqlərdən olmuş Əşəs ibn Qeysi nətləyib. Amma can mala zərər dəyməsi qorxusu olanda özünü müdafiə etməyə qadir olmayanda onlardan çəkinərək uzaq olmaq da vacibdir. Buna görə Qurani-Kərimin Ənam surəsinin 108-ci ayəsində buyurur: «وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ» «Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər

[2] Şam qoşunu İraq qoşunu ilə döyüşməkdə aciz qalaraq məğlub olan zaman Əmr ibn Asın hiyləgərliyi ilə Quranları nizələrin başına keçirib onları Quranın hökmünə dəvət etdi sülh barışıq edilməsini istədi. Buna görə İraq qoşununun bəziləri Şam qoşununun düz deməsinə inandığı üçün, bəziləri müharibədən yorulduğuna görə, bəziləri isə özünü zahirdə itaətkar göstərməsinə baxmayaraq, batində İmam əleyhis-salamla düşmənçiliyinin olması səbəbindən onların Qurana dəvətlərini bəhanə edərək birlikdə o Həzrətin yanına gəlib dedilər: Gərək müharibədən əl çəkərək Malik Əştər digər döyüşçüləri vuruşmadan geri qaytarasan. Belə olmasa, səni Osman kimi öldürəcəyik. İmam əleyhis-salam Malik digərlərinin döyüş meydanlarından qayıtmaları göstərişini verdi onlar da qayıtdılar. Ondan sonra bunları buyurmuşdur.

[3] Halbuki Qurani-Kərimin Əraf surəsinin 32-ci ayəsində buyurur: «قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِيَ أَخْرَجَ لِعِبَادِهِ وَالْطَّيِّبَاتِ مِنَ الرِّزْقِ» «De ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti təmiz ruziləri kim haram buyurmuşdur

  601
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!
      تسلط بر مطالب علمی
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      جايگاه باب و بهاء در ميان پيروانشان
      ادله ردّ بهاییت
      آیا بهائیان حرمتی برای ایّام محرم قائل هستند؟
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...

بیشترین بازدید این مجموعه

      بهائیت، گذشته و اعتقادات کنونی و نقد جدی آن(2)
      حکم ازدواج با محارم در بهائیت
      نام چهار زن بهاء الله در تضاد با منع تعدد زوجات در ...
      ادله ردّ بهاییت
      جايگاه باب و بهاء در ميان پيروانشان
      اقتدا به خشونت‌طلبی یا تعصب در تکریم علی‌محمد باب!
      جایگاه زن در بهائیت
      تعدیل معیشت در نگاه علی‌محمد باب!
      تسلط بر مطالب علمی
      از نظر بهائیان چه کسانی عالم و عاقل هستند؟!

 
user comment