Azəri
Tuesday 26th of March 2019
  499
  0
  0

İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.

191- ci xütbə

 

İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.

Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur.[1] Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr və hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.[2]

 

192- ci xütbə

 

İmam Əli əleyhis-salamın (nicat yoluna təşviq etdiyi, haqqa tabe olanların azlığından nigaran olmamaq barəsindəki və pis işlərdən çəkindirməyi tapşırdığı) kəlamlarındandır.

Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından (və müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar.[3] Ey insanlar! (Günah və itaətsizliyə) razı olmaq və (itaət və bəndəlikdən) qəzəbə gəlmək insanları bir yerə toplayır (əzaba hazırlayır, hətta həmin əməli yerinə yetirən bir nəfər olmuş olsa belə! Çünki o, razı olmaq və ya qəzəblənməklə həmin işi görmüş kəs kimidir.) Səmudun (bu qəbilənin peyğəmbəri olmuş Həzrət Salehin) dəvəsini bir nəfər kəsib öldürdü. Allah isə onların hamısını əzaba düçar etdi. Ona görə ki, onlar dəvəni öldürməyə razı olmuşdular. Bu səbəbdən eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Şüəra surəsinin 157-ci ayəsində) buyurur: «فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ» «Səmud tayfası dəvəni kəsib öldürdülər və sonrakı səhərdə (Həzrət Salehin onlara xəbər verdiyi əzabın nişanələrini müşahidə edən kimi) peşman oldularBeləliklə, (dəvənin öldürülməsini onların hamısına nisbət verib. Çünki imkanlarının olmasına baxmayaraq, dəvəni öldürənə mane olub qarşısını almadılar. Hətta onun əməlinə razı da oldular və) əzabları belə oldu ki, onların yerləri, (zəlzələ və imarətlərinin) batması nəticəsində qızmış kotan düz yerdə səs edən kimi səs etdi.

Ey insanlar! Kim düz yol ilə hərəkət etsə, abadlığa çatar (və susuzluqdan qurtular). Kim səhv və əyri yol ilə getsə (ayağını düz yoldan kənara qoysa), otsuz-susuz çöllüyə düşər (susuzluqdan ölər. Xülasə, kim Allah və Peğəmbərin göstərişlərinə uyğun davransa, xoşbəxt olar. Şeytana və pis işlərə əmr edən nəfsə tabe olan kəs isə əzaba düçar olacaq).

 

193- cü xütbə

 

İmam Əli əleyhis-salamın, xanımlar xanımı Fatimə əleyhas-salamı torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə, o Həzrətin məzarı müqabilində dayanıb sir danışırdı:

Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var.[4] Halbuki sənin başını qəbirinin ləhədinə (çuxuruna) mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət və bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr və dözümlülüyə yer var. Çünki) «Biz Allahınıq və Ona tərəf qayıdacağıq[5] Həqiqətən əmanət (Fatimə əleyhas-salam) geri qaytarıldı və girov təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacaq və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə birləşdirənə) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındırmalarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər də çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət və sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)

 

194- cü xütbə

 

İmam Əli əleyhis-salamın (dünyaya ürək bağlamamaq və itaət və bəndəliyə həvəsləndirmək barəsindəki) kəlamlarındandır.

Ey insanlar! Həqiqətən dünya keçid evi, axirət isə qalmaq yeridir. Buna görə də keçid yerindən qərar tutulacaq yeriniz üçün (azuqə) götürün. (Nə qədər ki, dünyadasınız, axirətdə xoşbəxt olmağınız üçün Allaha ibadət və xalqa xidmət edin.) Sizin sirlərinizi bilənin yanında pərdələrinizi tam götürməyin (Allaha itaətsizlik etməyin). Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxardın. (Ölümü asanlıqla qarşılamaq üçün dünyaya ürək bağlayaraq vurğun olmayın. Çünki) siz dünyada sınaq qarşısındasınız və ondan başqası (axirət) üçün yaradılmısınız. Biri ölən zaman (dünyapərəst) insanlar deyirlər: (Mal-dövlətdən) yerdə nə qoydu? Mələklər isə deyirlər ki: Qarşıya (ibadət və bəndəlikdən) nə göndərdi? Allah atalarınızı bağışlasın! Bir hissəni (mallarınızın bir hissəsini) qarşıya göndərin (Allahın göstərişi əsasında paylayın) ki, sizin xeyriniz ondadır. Hamısını yerdə qoymayın ki, sizin ziyanınızadır (bunun çoxlu çətinlikləri vardır).

 

195- ci xütbə

 

İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi:

Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb.[6] Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət və bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr və Bərzəx aləminin giriftarçılıqları və qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin.[7] (Seyyid Rəzi deyir:)

Bundan qabaq (84-cü xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.

 

196- cı xütbə

 

İmam Əli əleyhis-salamın Təlhə ilə Zübeyr onunla xilafətdə beyət edib onlarla məsləhətləşməyi tərk etməsi və işlərdə onlardan kömək istəməməsindən şikayətləndikdən sonra, onlara buyurduğu kəlamlarındandır.

Həqiqətən siz azdan (məsləhətləşməməkdən və sizə böyük görünən meyl və istəklərinizə uyğun davranmamaqdan) narazı idiniz və çoxu arxaya atdınız.[8] Mənə deyin görüm, sizin nədə haqqınız olub və mən onu sizdən əsirgəmişəm? Yaxud (müsəlmanların beytülmalından) hansı payı özüm götürüb sizə verməmişəm? Yaxud hansı haqq və ixtilaflı məsələ olub ki, müsəlmanlardan biri onu mənim yanıma gətirib və mən onda (onun hökmünü bəyan etməkdə) aciz qalmışam və ya onu bilməyib hökmündə səhv etmişəm? (O adam məsləhətləşər ki, işin yolunu bilmir; köməyi o adam istəyər ki, aciz qalır.)

Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma siz məni dəvət edərək ona məcbur etdiniz. Xilafət mənə çatandan sonra isə mən Allahın kitabına (Qurani-Kərimə) və bizim üçün (onda) müəyyənləşdirdiyi və onun əsasında hökm çıxarmağımızı əmr etdiyi göstərişlərə nəzər salaraq tabe oldum. Həmçinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) qoyduğu sünnəyə baxıb (onun) arxasınca getdim. Bu barədə sizin və sizdən başqasının nəzər və fikirlərinə möhtac deyildim və elə bir hökm qarşıya çıxmayıb ki, onu bilməyib sizinlə və digər müsəlman qardaşlarla məsləhətləşmə aparım. Əgər belə olsaydı (hökmlərdən hansısa birini bilməsəydim) sizdən və başqalarından üz çevirməzdim (məsləhətləşmə aparardım). Beytülmalın bölüşdürülməsində bərabər və yeksan davranmağımın (sizi digər müsəlmanlarla bərabər bilib heç kəsi digərindən üstün tutmamağımın) səbəbi barəsində dediklərinizə gəldikdə isə (bilin ki): Mən bu məsələdə də öz nəzərim və nəfsi istəklərlə hökm çıxarmamışam. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) gətirərək bərqərar etdiyi hökmlər həm mənim, həm də sizin əlinizdədir (onları dəyişdirmək, əvəz etmək olmaz). Allahın, bölüşdürülməsi və müəyyənləşdirilməsi barəsində göstəriş verdiyi və barəsində hökm imzaladığı şeydə də sizə ehtiyacım yox idi. Buna görə də Allaha and olsun ki, mənim yanımda sizin və sizdən qeyrisinin məndən şikayətlənərək məzəmmət etməyiniz üçün heç bir haqqınız yoxdur. Allah bizim və sizin qəlblərinizi haqqa yönəltsin (ki, söz və əməldə Onun razılığını əldə edək) və həm bizə, həm də sizə səbr əta etsin (ki, dünya və onun malına görə Onun göstərişlərinə zidd davranmayaq).



[1] Bütün işlərdə hiylə kələk işlədir əhd-peymanına vəfa etmir. Buna görə nadanlar elə bilirlər ki, bu, onun zirəklik alimliyindən irəli gəlir.

[2] Çünki hamıdan daha güclüyəm. Lakin Allah Peyğəmbərin göstərişlərinə tabe olmaq üçün Onların razılıqları olmayan şeydən üz döndərirəm. Bu, başqasının nəzər düşüncəsinin məndən üstün güclü olmasına dəlil deyil. Çünki o, şeytana nəfsi istəklərinə tabedir. Mən isə hər bir işdə Allahı nəzərdə tuturam.

[3] Dünyanın tezliklə fani olacaq zinət bəzəyinə ürək bağlayıblar bu bağlılığa haqqa tabe olmamağa görə qiyamətdə sonsuz əzab çətinliyə düçar olacaqlar.

[4] Fatimə əleyhas-salamdan ayrılmaq müsibətinin ağır böyük olmasına baxmayaraq, bu, səndən ayrılmaq müsibətindən çətin deyil. Həmin müsibətə səbr etdiyim üçün bu müsibətə səbr edəcəyəm.

[5] Bizim canlarımız Onun ixtiyarındadır bu dünya qalmaq yeri deyil. Buna görə hamımız sənin yanına gələcəyik əməl yükünü orada açacağıq.

[6] Allah Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurur: «أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq

[7] Var-dövlət, övlad dünya malının məhəbbətini qəlbinizdən qovub çıxarın, zahidlik pərhizkarlığı öz peşəniz edin.

[8] Allahın vacibi haqlara riayət etmək mənə tabe olmaqla əldə etməli olduğunuz razılıq şadlığına göz yumdunuz.

  499
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment