Azəri
Monday 24th of June 2019
  459
  0
  0

Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir).

21-ci məktub

 

Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötədil və təvazökar olmağı əmr edir).

(Malın sərf edilməsində) israf etmə, mötədil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla).

Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun![1]

 

22-ci məktub

 

İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərinsəlləllahu əleyhi və alihkəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir.[2] Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)

 

23-cü məktub

 

İmam Əli əleyhis-salamın, məlun İbn Mülcəm onun başına qılınc vurduqdan sonra (fani) həyatla vidalaşmasına yaxın, vəsiyyət və tapşırıq yönlü kəlamlarındandır. (İmam əleyhis-salam bu sözlərində övladlarını İbn Mülcəmi əfv etməyə həvəsləndirib.)

Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmmədin (səlləllahu əleyhi və alih) sünnəsini məhv edib aradan aparmamağınızdır. (O Həzrətin göstərişlərinə zidd davranmayın.) Bu iki sütunu (Allaha şərik qoşmamaq və Həzrət Peyğəmbərin sözlərinə uyğun davranmağı) dikəldin (ki, müqəddəs İslam dininin binasının möhkəmliyi bu iki sütun ilədir). Bu iki çırağı nurlandırın (ki, nadanlıq və azğınlıq qaranlıqlarında sərgərdan qalmayasınız). (Əgər belə etsəniz) siz məzəmmət edilib qınanmazsınız.

Mən dünən (sağlam bədən, qüdrət və şücaətlə) sizin dost və yoldaşınız idim. Bu gün isə sizin üçün ibrət və nəsihətəm. (Bütün cəngavərlik və böyüklüyümə baxmayaraq, əldən düşmüşəm.) Sabah sizdən ayrılacağam (öləcəyəm)! Əgər qalsam öz qanımın ixtiyar sahibiyəm (öz ixtiyarımla istəsəm İbn Mülcəmi cəzalandırar, istəsəm bağışlayaram). Əgər ölsəm, (onsuz da) ölüm mənim vədə yerimdir. (Ölsəm heç bir ixtiyara malik deyiləm və siz öz şəri vəzifənizə əməl edin.) Əgər (onu) bağışlasam (bağışlamaq istəsəm), bağışlamaq mənim üçün (Allahın rəhmətinə yaxınlıq amili olan) itaət və bəndəlikdir. (Siz onu bağışlamaq istəsəniz) bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə (siz onu) bağışlayın. (Çünki Allah-təala Qurani-Kərimin Nur surəsinin 22-ci ayəsində buyurur:) «أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ» «Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir[3]

Allaha and olsun ki, ölümlə mənim yanıma xoşlamadığım (bir şey) gəlməyəcək və (ondan sonra) istəmədiyim bir şey aşkar olmayacaq. (Ölümə hazıram. Çünki ölümün arxasında əbədi səadət var və mən bu dünyadakı həyata vurulmamışam.) Mən (ölümə münasibətdə) su axtararaq (onu) tapan və bir şeyin arzusunda olub (onu) əldə edən şəxs kimiyəm. (Çünki gözəllik və xoşbəxtlik ölümdən sonradır, necə ki, Qurani-Kərimin Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur:) «وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلاَبْرَارِ» «Allah yanında olan (əbədi) nemətlər yaxşı əməl sahibləri üçün (dünya mallarından) daha xeyirlidir». (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlamın bir hissəsi bundan əvvəl xütbələr fəslində (149-cu kəlamda) keçdi. Amma buradakı bu kəlamda (Bəzi) əlavə sözlər var idi ki, onun ikinci dəfə gətirilməsini zəruriləşdirdi.

 

24-cü məktub

 

İmam Əli əleyhis-salamın əmlak və malları ilə necə davranılması barəsindəki vəsiyyətlərindəndir. O Həzrət bu vəsiyyətnaməni Siffeyn (müharibəsin)dən  qayıtdıqdan sonra yazıb.

Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsindəki göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq (axirət rahatlığı) əta etsin.

 

Bu da həmin vəsiyyətin bir hissəsidir

 

(Məndən sonra) tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. (O mənim vəsi və canişinimdir.) O mənim mal və sərvətimdən layiqli şəkildə (şəriətin hökmlərinə uyğun olaraq öz ehtiyaclarının aradan qaldırılmasında) sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə (o, dünyadan köçsə) və Hüseyn sağ olsa, mənim Həsəndən sonrakı vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər.

Əlinin (əleyhis-salam) hədiyyəsindən Fatimənin iki oğluna (Həsən və Hüseyn əleyhiməs-salama) Əlinin digər oğlanlarına çatan qədər çatır. (Mənim malımdan digər qardaşlara verdikləri qədər götürsünlər.) Mən bu işin öhdəçiliyini Fatimənin iki oğluna Allahın razılığını əldə etmək, Həzrət Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və o Həzrətlə qohumluq şərəfinə görə verdim.

(İmam əleyhis-salam) malın öhdəçiliyini verdiyi şəxslə (Həsən əleyhis-salamla) şərt kəsir ki, bu malı olduğu kimi saxlasın (satmasın) və onun meyvəsini əmr edilən və yolu göstərilən yerlərdə sərf etsin. Həmçinin şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə həmin kəndlərin yeri, xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi satmasın. (Ağacların çoxluğu onları görəni belə gümana salana kimi ki, bu yer onun əvvəllər gördüyü yer deyil.)

Bir yastığa baş qoyduğum və uşağı olan və ya hamilə olan kənizlərimin hər biri, öz övladlarının ixtiyarında qoyulurlar və (o kəniz) onun payıdır.[4] Əgər həmin kənizin övladı ölmüş olsa və onun özü sağ olsa (yenə də) azaddır (və onu satmaq düz deyil. Çünki) kənizlik ondan götürülüb və (övlada verilmə yolu ilə olan) azadlıq, onu azad edib. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)

O Həzrət əleyhis-salamın bu vəsiyyətdəki «أَنْ لا يَبِيعَ مِن نَخْلِها وَدِيَّةً» «şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə satmasın» cümləsində işlətdiyi «وَدِيَّةً» «vədiyyə» kəlməsi «فَسِيلَة» «fəsilə» (xurma ağacının qələmi) mənasınadır. Onun cəm forması isə «وَدِيّ» «vədiyy»dir. O Həzrətin «حتّى تُشْكِلَ أرْضُها غِراساً» «həmin kəndlərin yeri xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi....» cümləsi ən fəsih kəlam və ən gözəl sözlərdəndir. Məqsəd budur ki, həmin kəndlərdə xurma ağaclarının bitməsi o qədər çoxalsın ki, onu görən onları (əvvəllər) gördüyü yerdən ayrı bir yer sansın və yer ona dəyişik təsir bağışlasın, (ağacların çoxluğundan) elə bilsin ki, həmin yer (əvvəllər gördüyü) o yerdən ayrı bir yerdir.

 

25-ci məktub

 

İmam Əli əleyhis-salamın zəkat yığmaq vəzifəsinə təyin etdiyi şəxsə yazdığı tövsiyələrindəndir (ki, onda zəkat almaq və yığmaq yollarını  göstərir, zəkat verənlərlə mehriban olmaqdan danışır və zəkat kimi alınan dəvələri incitməməyi əmr edir). Biz burada həmin tövsiyədən bəzi cümlələri xatırladırıq ki, onların vasitəsi ilə İmam əleyhis-salamın haqqın sütunlarını dikəltməsi və kiçik, böyük, gizlin və aşkar işlərdə ədalət (bərabərlik və düzlük) nümunələrini üzə çıxarması bilinsin.

Bir olan və şəriki olmayan Allahdan qorxub çəkinərək get. (Danışıq və davranışında Allahı nəzərində saxla.) (əmr və hökmü keçənlərdən olduğun üçün zalım hakimlər kimi) heç bir müsəlmanı qorxutma. Əgər onun ürəyindən olmasa, (torpaq və bağının) yanından keçmə. Ondan Allahın onun malında olan haqqından (onun verməsini əmr etdiyindən) artıq alma. Hər hansı bir qəbiləyə (məxsus yerə) çatanda, onların evlərinə daxil olma, sularının üstündə düş. Bundan sonra sakitcə, vüqarla onlara tərəf gedib aralarında dayan. Sonra onlara salam ver. Onlara salamı qısa etmə. (Onlara ehtiramsızlıq və hörmətsizlik göstərmə.) Sonra belə de: «Ey Allahın bəndələri! Allahın dostu və xəlifəsi, məni Allahın mallarınızda olan haqqını və payını (mallarınıza aid olan zəkatı) almaq üçün sizin yanınıza göndərib. Mallarınızda Allahın vəlisinə veriləcək Allah haqqı varmıƏgər biri «yox (mənim veriləcək zəkatım yoxdur)desə, ona müraciət etmə. (İkinci dəfə onun yanına getmə.) Əgər biri «var» desə, onu qorxutmadan, vahiməyə salmadan, sərtlik edərək çətinliyə düçar etmədən onunla birlikdə get. Sonra qızıl və gümüşdən sənə nə versə al. Əgər inək, qoyun və dəvəsi olmuş olsa, onun icazəsi olmadan onların yanına getmə. Çünki onların çoxu onundur. Dördayaqlıların yanına çatanda, onlara onların sahiblərinin ağası və ya ona qarşı sərt olan kəs kimi baxma. Heyvanı hürküdərək qorxutma və onu alanda yiyəsini incitmə. Malı iki hissəyə böl. Sonra onu (malın sahibini onlardan istədiyini seçməkdə) sərbəst burax. (Həmin iki hissədən birini) seçəndən sonra onun seçdiyinə toxunma. (Ona «niyə bunu seçdin?!» demə!) Ondan sonra yerdə qalanı iki hissəyə ayır və (yenə) onu (istədiyini seçməkdə) azad burax. Beləliklə, elə ki (onlardan birini) seçdi, seçdiyinə toxunma. Onun malından yerdə Allahın haqqı (zəkat) miqdarında qalana kimi bölgünü davam etdir. (Bu cür davranışla) Allahın haqqını ondan al. Əgər (sənin zəkat kimi götürdüyünün onun seçdiyindən yaxşı olmasını güman etsə və) həmin bölgünün pozulmasını istəsə, sən (bölgünü) poz və hər iki hissəni bir-birinə qarışdır. Sonra Allahın onun malında olan haqqını almaq üçün bir daha etdiyin işləri yerinə yetir. Əldən düşmüş qoca dəvəni, (əl-ayağı) sınıq olanı və nöqsanlını (bir gözlü və bu kimini) zəkat kimi götürmə.[5] (onları zəkat kimi təhvil aldıqdan sonra) dinindən əmin olduğun şəxsdən başqa heç kəsə tapşırma. (Həmin şəxsin danışıq və davranışının İslam dininin hökmlərinə uyğun olmasından arxayın olduqdan sonra malları ona tapşır.) Həmin şəxs müsəlmanların malına (münasibətdə) düz olmalıdır ki, onu onların hakimlərinə çatdırsın və o, müsəlmanların arasında bölsün. Onlara ancaq düz və mehriban adamı gözətçi et ki, kobudluq edib çətinliklərə salmasın və onları incidib yormasın. Sənin yanında yığılanları tez bizə göndər ki, Allahın əmr etdiyi yerə sərf edək. Sənin inandığın şəxs onları (bizim yanımıza gətirmək üçün) götürəndə, ona tapşır ki, dəvə ilə südəmər balasını bir-birindən ayırmasın, onun südünü çox sağmasın ki, (nəticədə) balasına ziyan dəyməsin, onu minərək yorub əldən salmasın və sağmaq və minməkdə onunla başqa dəvələr arasında bərabər davransın. (Ancaq birinin südünü sağmasın və ya bütün yol boyu təkcə birinə minməsin.) Həmçinin gərək yorulan üçün rahatlıq yaratsın. Ayağı yeyilmiş və getməkdən aciz olanını yavaş sürsün. Dəvələri yanından keçdikləri gölməçələr və su yığılan yerlərə salsın. Onları otlu yerlərdən (otsuz) yollara aparmasın (ki, onlar yol boyu otlayaraq güclənsinlər). Gərək onlara saatlarla (hər neçə saatda bir dəfə, yaxud otlaqlarda) istirahət versin (ki, rahat otlasınlar). Həmçinin gərək onlara su və ot olan yerdə imkan versin və onları boşlasın ki, bizim yanımıza yorğun və əzgin deyil, Allahın izn və əmri ilə, kökəlib dolu sümüklü gəlsinlər və biz də onları Allahın kitabının (Qurani-Kərimin) göstərişi və Peyğəmbərinin sünnəsi ilə (ehtiyacı olanlar arasında) bölüşdürüb paylayaq. Allahın istəyi ilə, deyilənlər sənin (Allah tərəfindən) mükafatlanmağın üçün çox münasib, hidayət və nicat tapmağın üçün isə çox yetərlidir.

 



[1] İbn Əbil-Hədid burada belə deyir: Allah Ziyaddan xeyir-bərəkəti kəssin! Çünki o, Əli əleyhis-salamın onun barəsindəki yaxşılıq, xeyirxahlıq təlim-tərbiyəsinin əvəzini o Həzrətin tərəfdarları dostları barəsindəki nalayiq hərəkətləri, o Həzrətə qarşı yaramaz sözlər demək, onun davranışını pisləməkdə ifrata varmaq Müaviyənin, azına da qane olduğu bu kimi işlər istiqamətində çox çalışması kimi deyilməsinə ethiyac olmayan şeylərlə çıxdı. Bu işlər Müaviyənin razılığını əldə etmək üçün görülmürdü. O, onları öz təbiətinə uyğun olaraq görürdü o Həzrətlə zahir batində düşmənçilik edirdi. Allah onun anasına nisbət verilərək atasının məlum olmamasını aşkar etməkdən başqa bir şey istəmirdi. «Ot kökü üstə bitərOndan sonra Həzrət Əba Əbdillah Hüseyn əleyhis-salamı öldürmək üçün Küfədən Kərbəlaya qoşun göndərən oğlu Ubeydullah atasının pisliklərini son həddə çatdırdı. İşlərin hamısının sonu Allaha qayıdır, yəni, O, onları ən pis əzab cəzaya düçar edəcək.

[2] Dünyanın xeyir zərərinin səbəbkarı qəzavü-qədərdir. səy təlaş xeyir əldə edilməsində, fikrin səhvliyi tənbəllik ziyan görməkdə səbəbdir. Amma camaat məsələyə bəsirət gözüaçıqlıqla baxmır hər kimə xeyir ziyan təqdir olunubsa, onun gəlib çatacağını bilmir, necə ki, Allah-təala Qurani-Kərimin Hədid surəsinin 22-23- ayələrində buyurur: «مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌلِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُور ٍ » «Yer üzündə baş verən sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz əlinizə gələnə sevinməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməzYəni, yer üzündə baş verən bahaçılıq quraqlıq, sizin özünüzdə baş verən xəstəlik, yoxsulluq övladlarınızın ölümü kimi qəm-qüssələr, biz nəfsləri yaratmamışdan lövhi-məhfuzda yazmadığımız təqdirdə baş vermir. Bu işlərin yazılması hər qədər çox olsa belə, Allah üçün asandır. Bu ona görədir ki, siz əlinizdən çıxan şey üçün kədərlənməyəsiniz əlinizə gələn şeylər üçün sevinməyəsiniz. Allah dünyanın üzlərinə gülməsi nəticəsində öyünərək qürrələnən heç bir itaətsizi sevmir, yəni, öz rəhmətindən uzaqlaşdırır.

[3] Burada qeyd edilməsi lazım olan nöqtə budur ki, İmam əleyhis-salamın İbn Mülcəmi bağışlamaq barəsindəki göstərişi müstəhəbbi hökmü bəyan edir. O Həzrətin ölməsi ya sağ qalması barəsindəki tərəddüd 149-cu kəlamın şərhində deyildiyi kimi, İmamın öz ölümünün vaxtını bilməsi ondan xəbərdar olması ilə ziddiyyət təşkil etmir.

[4] «أُمُّ وَلَد» «ummu vələd», yəni, övladı olan kənizin günün qiymətinə öz övladına verilməsi. Həmin kəniz öz övladına verildiyi üçün azad olur.

[5] Mərhum İbn Meysəm böyük imamiyyə alimlərindən olmuş çoxlu kitab müəllifi,  o cümlədən «Nəhcül-Bəlağə»nin şərhi olan «Minhacul-bəraə» kitabının müəllifi, Kaşan İsfahan şəhərləri arasındakı Ravənd kəndindən olan qəbri Qum şəhərində Həzrəti sumə əleyhəs-salamın hərəminin şərq hissəsində yerləşən Əbulhüseyn 'd ibn Hibətullah ibn Həsən Qütbuddin Ravəndidən nəql edib ki: İmam əleyhis-salamın buyurduqlarının zahirindən məlum olur ki, o Həzrət heyvanların nöqsanlılarının ayrılmasını, onları iki hissəyə bölməkdən qabaq nəzərə almağı əmr edir.

  459
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment