Azəri
Sunday 16th of June 2019
  814
  0
  0

Oxucunun nəzərinə

Oxucunun nəzərinə

Əbdül Rəhman Həzrət Əli (ə) ilə təkcə Allahın kitabını və Peyğəmbərin (s) sünnəsinə əməl etmək şərti əsasında beyət edə bilməzdimi? Məgər Allahın kitabı və Peyğəmbərin (s) sünnəsində nöqsan var idi ki, iki xəlifənin yolunu da qəbul etməməyi ona eybmi sayılır?? Osmanın bu şərti qəbul etməməsi onun Əliyə (ə) üstünlüyünümü isbat edir?! Məgər müsəlmanlara rəhbər o iki xəlifənin yoluna əməl etməyə bağlıdırmı?!!

Əslində Peyğəmbər (s) Əli haqda buyurmuşdur: «Əli haqq və haqq Əli ilədir. Əlinin bütün işləri haqq üzündəndir.» Bu hədisə əsasən, Həzrət Əlinin (ə) Əbu Bəkr və Ömərin yolunu qəbul etməməsi bu iki şəxsin haqqa (Qur`an və sünnəyə) əməl etməmələrinə dəlalət edir. Həzrət Əli (ə) heç kimi boş yerə tərifləyib və heç kimə yaltaqlıq etmir. Elə buna görə də çox aydın şəkildə o iki xəlifənin yolunu rədd edir. Və bunun ilə də onların tutduğu yolun Qur`an və sünnə ilə müxalif olmasına bir daha təkid edir.

Həzrət Əli (ə) heç zaman şəxsi mənafeinə görə kimisə tərifləməmiş və riyakarlıq etməmişdir. Əksinə, hətta özündən qabaqkı iki xəlifənin yolunu ağız dolusu rədd etməklə hakimiyyətdən belə kənarlaşır. Gördüyünüz kimi Əli (ə) öz sözünü dedi, həqiqəti gizlətmədi. Doğrudan da Həzrət Əlidən (ə) bundan başqa heç bir şey gözləmək olmazdı.

Ömərin işi Osmana təşəkkür etmək idi.

Deyilənlərə görə Ömərin şura təşkil etməklə Üməvilərin şeyxi Osmanı xəlifə seçdirməsi, Osmanın keçmişdə Ömərə yaxşılıq etməsinin əvəzi idi. Çünki, Əbu Bəkr dünyadan köçən zaman Osmanı çağırdırıb onunla yeni xəlifə barəsində məsləhətləşdi. Və ondan məsləhət bildiyi şəxsin adını vəsiyyət kağızına yazmasını istədi. O, Ömər ibni Xəttabın adını yazdı.

Müttəqi Hindi bu ddastanı belə yazır: «Osman ibni Übeydullah ibni Ömərdən nəql olunur: Əbu Bəkr ölümünün yetişməsini hiss etdikdə Osmanı çağırıb vəsiyyətini ona yazdırır. Lakin Əbu Bəkr, hələ təzə xəlifənin təyin etməmişdədq qabağ huşdan gedir. Osman bu zaman Ömər ibni Xəttabın adını vəsiyyət kağızına yazdı.

Əbu Bəkr huşdan ayılıb Osmandan soruşdu: Xilafət üçün bir şəxsin adını yazdınmı?

Osman cavab verdi: Ümmətin arasında ixtilaf düşməsin deyə, Ömər ibni Xəttabın adını yazdım. Və güman edirəm ki, elə sizin nəzəriniz də budur.

Əbu Bəkr dedi: Allah sənə mərhəmət etsin! Elə sən öz adını da yazsaydın bu işə layiq idi.

Bu hədisdən sonra Təlhə ibni Übeydullah Əbu Bəkrin yanına gəlib dedi: Mən bir qrup tərəfindən nümayəndə seçilmişəm ki, onlar deyirlər: Ömər hələ Əbu Bəkrin diri vaxtında bizimlə kobud və pis rəftar edirdi, görün indi Əbu Bəkrdən sonra bizimlə necə pis rəftar edəcəkdir!

Əgər hakimiyyəti Ömərə tapşırsan, Allah sənin (qiyamət günü) mühakiməyə çəkcəkdir. İndi bax gör nə edirsən?

Əbu Bəkr dedi: Əyləşin, Məni Allahla qorxuzursunuz? Əgər Allah məni mühakimə etsə deyəcəyəm: «Sənin bəndələrinin arasından ən yaxşı şəxsi xəlifə təyin etdim.» Get bu sözümü camaata (səni nümayəndə təyin edən qrupa) çatdır.[1]

Gördüyünüz kimi, bu fikir yalnız Əbu Bəkrə məxsus idi. Və ümmət belə fikirləşmirdi.

Həzrət Əli (ə) kimi, kim ola bilər?

Məhəmməd Peyğəmbərdən (s) sonra Əlidən (ə) üstün şəxs vardırmı? Bu haqda böyük sünni alimi İbni Əbil-Hədid yazır: «Həzrət Əlinin (ə) «Xəndək» döyüşündə Əmr ibni Əbdəbuda vurduğu qılınc zərbəsi təsəvvür etdiyim hər bir şeydən böyükdür və hər böyükdən əzəmətlidir. Şeyximiz Əbu Hüzeyldən soruşurlar: Allahın nəzərində Əli (ə) böyük məqama malikdir yoxsa Əbu Bəkr? Buyurdu: Ey qardaşım oğlu, Allaha and olsun, Əlinin (ə) «Xəndək» döyüşündən Əmr ibni Əbdəvud ilə mübarizəsi nəinki tək Əbu Bəkrdən üstündür, hətta ənsar və mühacirlərin bütün yaxşı əməlləri və itaətləri ilə bərabərdir.

Hezeyfə ibni Yəmandan Həzrət Əlinin (ə) fəziləti barəsində buyurduğu rəvayətdə bu məsələyə daha dolğun şəkildə işarə olunmuşdur:

«Qeys ibni Rəbi, Əbu Harun Əbdidən və o da, Rəbiə ibni Malik Vədidən nəql edir: Bir gün Hezeyfə ibni Yəmanın yanına getdim və ondan soruşdum: Ey Əba Əbdillah, camaat Əli ibni Əbi Talibin fəzilətləri və dəyərləri haqqında danışırlar. Elm əhli isə camaatı etiraz edib onların Əlinin (ə) haqqında ifrat etdiklərini söyləyirlər. Siz mənə bu haqda bir söz deyin ki, mən onu camaata çatdırım.

Hüzeyfə buyurdu: Ey Rəbiə, Axı mən Əli (ə) kimi şəxsiyyətin fəziləti barsində sənə nə deyə bilərəm? And olsun Allaha ki, canım onun əlindədir, əgər Məhəmməd peyğəmbərin (s) ümmətinin peyğəmbərlik zamanından bu günəcən bütün yaxşı əməllərini tərəzinin bir gözünə və Əlinin (ə) təkcə bir əməlini tərəzinin o biri gözünə qoyularsa, Əlinin (ə) bir əməli bütün ümmətin əməllərindən ağır gələr.

Rəbiə dedi: Sənin dediyin bu tərif Əlini (ə) həddindən artıq şişirtməkdir. Və mənə elə gəlir ki, bu reallıq deyil.

Hüzeyfə buyurdu: Ey dşüncəsiz necə yə`ni bu reallıq deyil? «Xəndək» döyüşündə müsəlmanlar harada idilər? Əmr ibni Əbdəvud öz dəstəsi ilə müsəlmanların üstünə gəlib onları mübarizəyə çağırdıqda, müsəlmanlar qüm-qüssəyə batıb məyus olmadılarmı? O zaman yalnız Həzrət Əli (ə) onun ilə mübarizəyə qalxıb onu öldürdü. And olsun Allaha ki, canım onun əlindədir, Əlinin (ə) l işi Məhəmməd (s) ümmətinin bu gündən tutmuş qiyamət gününəcək olan bütün yaxşı əməllərindən üstündür.[2]

 



[1] Kənzül-Ummal, 5. 678, Əl-hədis, 14179, Əl-kamil fil tarix, 2, 425, Tarixul-Təbəri, 3. 429, Əl-təbəqatul Kübra, 3. 200, İbni Hubban, 2. 192.

[2] Şərhi nəhcül-bəlağə, 19, s. 60

  814
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment