Azəri
Monday 19th of August 2019
  783
  0
  0

Əgər ABŞ hökumətinin və Sehyonistlərin Quranın təhqir edilməsində əli yoxdursa cinayətin əsas səbəbkarlarını layiqli bir şəkildə cəzalarındırsınlar

Beynəlxalq şöbə: Əgər ABŞ hökumətinin və Sehyonistlərin Quranın təhqir edilməsində əli yoxdursa cinayətin əsas səbəbkarlarını layiqli bir şəkildə cəzalarındırsınlar.

 
 

İQNA Quran Xəbər Agentliyi: İran İslam İnqilabının ali rəhbəri həzrət ayətullah uzma Seyid Əli Xamenei "Quran"-a qarşı hörmətsizliklə əlaqədar mühüm bir müraciətlə çıxış edib. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir. Əziz İran xalqı və böyük islam ümməti!

Amerikada bu ölkənin polisi tərəfindən yaradılmış təhlükəsizlik şəraitində "Quran-i məcid"-ə qarşı dəlicəsinə həyata keçirilmiş mənfur və ikrah doğuran təhqir elə acı və ciddi bir hadisədir ki, onu sadəcə bir neçə nəfər dəyərsiz və muzdla tutulmuş adamın axmaqcasına hərəkəti hesab etmək olmaz. Bu, illər öncədən bu yana islamofobiya və islama qarşı düşmənçilik siyasətini məqsəd kimi qarşıya qoyaraq, yüzlərlə müxtəlif üsul və minlərlə təbliğat və əməliyyat vasitələrindən istifadə etməklə islama və Qurana qarşı mübarizəyə başlamış mərkəzlərin qabaqcadan hesablanmış bir addımıdır. Bu, mürtəd Salman Rüşdinin xəyanəti ilə başlanmış və Danimarkalı xəbis karikaturaçının hərəkəti və Hollivudda islam əleyhinə çəkilmiş yüzlərlə filmlə davam etdirilmiş rüsvayçı addımlar silsiləsində yeni bir addımdır.

Müracitdə Əfqanıstan, İraq, Fələstin, Livan və Pakistandakı cinayətkarlıqların sionist "ideya mərkəzləri" tərəfindən düşünülmüş şəkildə idarə və həyata keçirildiyi bildirilir. Onlar mənfur hərəkətləri ilə bir tərəfdən islamla və müsəlmanlarla qarşıdurmaları, xristian cəmiyyətində xalq kütlələri səviyyəsinə çatdırılsın eləcə də buna kilsənin və keşişin müdaxiləsi ilə dini rəng verərək özlərinə dini təəssüb və mənsubiyyət kimi bir dayaq tapmaq istəyirlər. Digər tərəfdən də bu alçaq hərəkətdən qəzəblənən müsəlmanların diqqətini islam dünyasında və Yaxın Şərqdəki problem və dəyişikliklərdən yayındırmaq istəyirlər.

"Qurani-Kərim" rəhmət, hikmət və ədalət kitabıdır. Dünyanın azadlıqsevər insanlarının və İbrahimi dinlərə tapınan ümmətin vəzifəsi müsəlmanlarla birlikdə belə mənfur üsullarla islam əleyhinə aparılan alçaq siyasətə qarşı çıxsınlar.

Amerika rejiminin başçıları aldadıcı və məzmunsuz bəyanatlarla bu çirkin hərəkətin iştirakçısı olmaq ittihamından yaxasını qurtara bilməyəcəklər.

İranda və bütün dünyada yaşayan qardaşlar və bacılar! Bir neçə mətləbi hamıya çatdırmağı lazım bilirəm:

Bunların hücumlarının əsas hədəfi islamın əsasları və Quran-i Kərimdir. Onlar islamla və bu dinə bağlılığı olan hər kəslə və islam əlaməti olan hər şeylə düşməndirlər.

Bu ondan irəli gəlir ki, bu gün artıq islamın dünyada və hətta Qərbdə nüfuzu həmişəkindən daha artıqdır.İslam ümməti həmişəkindən daha ayıqdır.

Bilməliyik ki, bu son hadisənin kilsə ilə və xristianlıqla heç bir əlaqəsi yoxdur. Bu hadisə bir neçə bədbəxt və muzdurun hərəkətidir. Bunu xristianların və onların dini şəxsiyyətlərinin ayağına yazılmamalıdır. Müsəlmanlar heç zaman başqa dinlərin müqəddəslərinə qarşı oxşar addımlara əl atmayacaqlar.

Bütün müsəlmanların tələbi cinayətkarların cəzalandırılmalıdır. Əgər ABŞ hökumətinin və Sehyonistlərin bu hadisədə əli olmadığı barədəki iddiaları səmimidirsə, onlar bir milyard yarım müsəlmanın qəlbini ağrıdan bu böyük cinayətin əsas səbəbkarlarını və onun icraçılarını layiqli bir şəkildə cəzalarına çatdırmalıdırlar.


source : www.iqna.ir
  783
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Qəzzəli əlillər sionist İsrail rejimin cinayətlərinə etiraz olaraq aksiya ediblər – Foto
      Dinsizliyin acı nəticələri, Bakıda sifarişli qətl: qadını öldürüb yandırdılar - Foto
      Fransa polisinin vəşiliyi Sarı gödəkçəliləri daha da əzimkarlıqla aksiyaslar keçirməyə ...
      Ölülərin bu dünyada dirilməsi hadisələri necə baş veribdir?
      İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”
      Əsir
      Günahkar gənc
      ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
      FITNƏ-FƏSAD YUVASI
      10 HƏDIS (1)

 
user comment