Azəri
Monday 25th of March 2019
  555
  0
  0

İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır

66- xütbə

 

İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.

Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) in vəfatından sonra Səqifə[1] xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı.[2] Həzrət buyurdu: «Ənsarlar dediCavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi alih) onların yaxşılarına yaxşılıq edilməsi pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəill sübut ola bilərBuyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) dedilərCavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».[3]

 

67-ci xütbə

 

Misirə hakimiyyətin boyunduruğunu (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrin boynuna keçirdiyi (oranın xeyir-şərini, əyri düzgününü ona tapşırdığı) vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü.[4]

Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim.[5] Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As qoşunu ilə) döyüş meydanını boş qoymazdı.[6] Onlara (şücaət qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum rəbibim (arvadımın oğlu) idi.[7]

 


68-ci xütbə

 

İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır.

Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) vaxta qədər sizinlə yola gedim,[8]  dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil xardır (çünki ağıllı igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə məğlub etməkdə sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm.[9] Ancaq, Allaha and olsun ki, özümü puç zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz).

 

69-cu xütbə

 

İmam əleyhis-salam mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu: (Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.)

Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et. Mən dedim:

Pərvərdigara, onlardan daha yaxşı şəxslər mənə ver onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası müstəcəb oldu. Həccac onlara hakim oldu cürbəcür zülm sitəm edərək onları zəlilliyə bədbəxtliyə düçar etdi.)

Seyyid Rəzi buyurur: O Həzrətin أَوَدِ  kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik nadürüstlük), لَدَدِ  kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)dir bu, çox fəsahətli kəlamlardandır.

 

70-ci xütbə

 

İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır.[10] (Həzrət buyurdu:)

Böyük Allaha şükr sitayişdən Həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.[11] Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə ) naçar qalıb gəldim.[12] Mənə xəbər çatıb ki, siz (nifaqa ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.[13]

 



[1] Bəni Saidə, yəni, Ənsardan bir dəstə adamın məsələləri həll etmək üçün Mədinədə toplaşdığı ev.

[2] Ənsarlar xəstə olan d ibn Ubadəni Səqifəyə gətirərək onu əmir xəlifə elan etmək istədilər. Bundan xəbər tutan Əbu Bəkr Ömər ora tələsərək onlarla danışığa başladılar. Ənsarlar dedi: «Biz xəlifəliyə daha layiqiq. Əgər qəbul etmirsinizsə, siz özünüzə, biz özümüzə əmir seçək». Ömər dedi: «İki qılınc bir qına sığmaz. Ərəblər sizə itaət etməyəcək». Mühacir ənsarların hər bir dəstəsi özlərinin İslamdakı fəzilət, üstünlük hüquqlarını xatırlatdı. Bundan sonra, Bəşir ibn d Xəzrəci paxıllıq etdiyinə görə yerindən qalxaraq Qüreyşi təriflədi. O, Ömərə, Əbu Ubeydə isə Əbu Bəkrə beyət etdi. d ibn Ubadəni isə mənzilinə apardılar.

[3] Əgər onlar özlərini Peyğəmbərin şəcərəsindən olduqlarına görə xəlifəliyə daha layiq bilirlərsə, mən həmin ağacın meyvəsi Həzrətin əmisi oğluyam. Xəlifəlik, əmirlik mənim haqqımdır başqası buna layiq deyil.

[4] Çünki Siffeyn döyüşündən iki hakimin verdiyi hökmdən sonra Müaviyənin mövqeyi yaxşılaşdı, gücü günbəgün artdı. O, Misiri ələ keçirməyə tamah saldı. Əmr ibn Asın onunla beyət etdiyi vaxt Ası Misirə vali təyin edəcəyinə söz verdiyindən, əksəriyyəti Osmanın intiqamını almaq niyyətində olan Osmanı Məhəmməd ibn Əbu Bəkrin öldürdüyünü güman edənlərdən olan altı min süvari ilə Əmr ibn Ası Misirə göndərdi. O, Misirin böyük şəxsiyyətlərinə məktub yazaraq, dostlarını həvəsləndirdi düşmənlərini qorxutdu. Məhəmməd hadisədən xəbər tutduqda vəziyyət barədə Həzrətə məktub yazaraq, kömək üçün pul qoşun istədi. Həzrət onun məktubuna cavab göndərdi istədiyini çatdıracağını vəd etdi. Lakin Məhəmməd tələsərək Misir əhlini Əmr ibn Asa qarşı müharibəyə çağırdı. Dörd min nəfər onun dəvətini qəbul edərək ona yoldaş oldular. Onların iki min nəfərini Konanə ibn Beşrin başçılığı altında öncədən göndərdi, özü isə iki min nəfərlə qaldı. Konanə igidlik göstərib Əmrin qoşunundan çoxlu əsgəri qətlə yetirdi, özü yoldaşları həlak olana qədər onlarla döyüşdü. Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, onun ətrafından uzaqlaşdılar. Məhəmməd tək qaldığını gördükdə qaçdı, Misirə üz tutaraq xarabalıqların birində gizləndi, Əmr ibn As Misirə daxil oldu öz sərkərdələrindən Müaviyə ibn Xədic Kindini Məhəmmədin ardınca göndərdi. Müaviyə ibn Xədic çox axtarışdan sonra, Məhəmmədi susuzluqdan ölmək üzrə olarkən tapdı. Başını bədənindən ayıraraq, bədənini ölmüş uzunqulağın içinə gömüb yandırdı. Həzrət bu xəbəri eşitdikdə çox kədərləndi dedi: «Allah Məhəmmədə rəhmət etsin. O, düşmənlərin məkr hiyləsini görməmiş xam bir gənc idi.

[5] Təcrübəli bacarıqlı kişi olan Haşim Əmirəl-mömininin xas səhabələrindən o Həzrəti sevənlərdən idi. O, Siffeyn döyüşündə şəhid oldu.

[6] Müqavimət göstərər, qılıncı əlindən verməz Məhəmməd kimi qaçmazdı. Məhəmməd qaçanda, güman edirdi ki, qaçmaqla xilas olacaq.

[7] Əgər döyüş meydanını boş qoyub qaçıbsa, çarəsiz qalıb təqsiri olmayıb. Məhəmmədin anası Əsma binti Uməys idi. O, əvvəlcə fər ibn Əbu Talibin zövcəsi olub ondan Abdullah ibn fər dünyaya gəlmişdir. fərin Mu döyüşündə şəhid olmasından sonra Əbu Bəkr onu almış Məhəmməd anadan olmuşdur. Əbu Bəkrdən sonra Həzrət onunla evləndi. Məhəmməd Həzrətin qollarında böyüyüb boya-boşa çatdı elə uşaqlıqdan o böyük şəxsin vilayəti dostluğu ilə böyümüşdü. Həzrət onu çox sevər hörmət edərdi. O, buyurmuşdur: «Məhəmməd mənim Əbu Bəkrin belindən gələn oğlumdur».)

[8] Siz dördayaqlılar kimi ağılsızsınız. Buna görə dözümsüzlükdən müharibənin çətinliklərinə sinə gərmir, düşmənin qarşısını almırsınız.

[9] Öz məqsədlərimə çatmaq üçün zülmkarlar kimi sizlərdən bəzilərini öldürə ya həbs edə bilirəm ki, başqaları ibrət götürüb, qorxularından mənə itaət etsinlər.

[10] Siffeyn döyüşündə Şam qoşunu məğlub olduğuna görə Əmr ibn Asın göstərişilə Quranları nizələrə taxaraq, özlərini aciz yazıq göstərdilər. Bu hiylə, məkr nəticəsində İraq qoşunu onlarla döyüşdə süstləşdi, qazanacaqları mütləq qələbədən keçərək döyüşə son qoydular.

[11] Bu müharibədə çox əziyyət çəkdiniz fəth, qələbə sizə yaxın olduqda aldanaraq onu əldən verdiniz. İki hakimin hökmünə razılaşaraq İmamınızın sözünə əməl etmədiniz. Özünüzü başçısız fərz etdiniz. Beləliklə, yadelli düşmən şəhərlərinizi ələ keçirib sizə hakim kəsildi.

[12] Bəsrə camaatı ilə müharibədən sonra Şam camaatı ilə müharibə baş verdiyindən sizin şəhərinizdə qalmağa məcbur oldum.

[13] Qiyamətdə öz sözlərinin cəzasını çəkəcək ya o Həzrətin vəfatından sonra Bəni Üməyyənin onlara hakim kəsilməsilə o böyük şəxsiyyətin gələcəkdən verdiyi bütün xəbərlər aydın olacaq. وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ cümləsini Qurani-Kərimin Sad surəsinin 88-ci ayəsindən iqtibas buyurmuşdur.

  555
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment