Azəri
Monday 17th of June 2019
  484
  0
  0

İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli əleyhis-salamın buyurduğu kəlamlardandır (Səhabələri İbn Mülcəmin onu öldürmək niyyətində olduğunu xəbər verdikdə buyurdu:) Allah mənim üçün möhkəm qalxan yaratmışdır. (Mənim üçün ölüm

61-ci xütbə

 

İmam Əli əleyhis-salamı qəfil qətlə yetirməklə hədələdikləri vaxt Əli əleyhis-salamın buyurduğu kəlamlardandır (Səhabələri İbn Mülcəmin onu öldürmək niyyətində olduğunu xəbər verdikdə buyurdu:) Allah mənim üçün möhkəm qalxan yaratmışdır. (Mənim üçün ölüm təyin etdiyi vaxta qədər məni qoruyar.) Belə isə mənim günüm başa çatdıqda, o qalxan (qoruyucu) məndən ayrıldıqda məni (ölümə) təslim etdikdə o zaman ox (ölüm) boşa çıxar, yara (qəzavü-qədərin nizəsindən) şəfa tapar.

 

62-ci xütbə

 

İmam Əli əleyhis-salamın (fani dünyaya bel bağlamamağın qiyamət hesabından qorxmağın bəyan edildiyi) xütbələrindəndir.

Agah olun, dünya elə bir saraydır ki, ondan xilas olmaq ancaq ordaykən (təqva pərhizkarlıqla) olar.[1] Heç kəs dünya üçün gördüyü işə (söz əmələ) görə nicat tapmaz. (Axi­rətdə sözləri əməlləri Allaha xatir olanlar nicat tapacaqlar.) İnsanlar imtahan sınağa görə bu dünyaya mübtəla olublar.[2] Deməli, dünyadan dünya üçün topladıqları hər şey (mal) ovuclarından çıxar (ölən vaxt yerdə qoyarlar) (axirətdə) bunların hesabını onlardan sorarlar. Dünyadan qeyri (o biri) dünya üçün (axirət) tədarükü gördükləri onlara qalar həmişə onlarla olar. Belə isə (dünyanın işi ziyanlı olduğuna görə, ona ürək bağlama. Çünki) ağıllı insanlar üçün dünya sanki kölgənin qayıtması kimidir ki, onu yayılmış görən kimi yığışar, çox göründükdə itər (itən kölgə kimi öz əhlinə qalmaz).

 


63- xütbə

 

İmam Əli əleyhis-salamın (xalqı Allaha pərəstişə dünyada xeyir əməllər etməyə, axirət səfərinə hazır olmağa çağırdığı) xütbələrindəndir.

(Allaha şükr sitayişdən, Həzrət Peyğəmbərə salamdan sonra:) Ey Allahın bəndələri, Allaha qarşı günah etməkdən çəkinin (günah etməyin əzabdan qorxun) öz əməlləriniz sayəsində ölümlərinizi qabaqlayın (ölümdən sonra rahat olmaq üçün həyatınızda xeyir əməllər görün). Əlinizdən çıxan şeyi deyil, sizlərə qalan şeyi (saleh əməlləri) alın. (Həmişəlik qalacaq axirəti əldə edin tezliklə puç olacaq dünyanın şəhvətlərinə göz yumun. Axirət səfərinə) hazır olun ki, sizi köçürməyə çalışır tələsir, sizləri kölgəsinə alan (yaxınlaşan nişanələri görünən) ölümə hazırlaşın. (Ölümün çəngi boğazlarına keçənə qədər qəflət yuxusunda olanlar kimi deyil.) Onlar üçün zəng çalındıqda agah (oyaq) olanlar dünyanın onların (yaşayış) yeri olmadığını bilənlər, sonra isə (onu axirətə) döndərənlər kimi olun, çünki Böyük Allah sizləri boş yerə yaratmayıb boş da buraxmayıb.[3] Sizlərin heç birinizlə Cənnət ya Cəhənnəm arasında sizi tapacaq ölümdən başqa bir fasilə yoxdur. (Çünki ölümdən sonra əməl, tövbə qayıdış qapısı bağlanır. Deməli, ölən hər kəs dünyada itaət ibadət edibsə Cənnətə düşər, itaətsizlik etmişsə Cəhənnəmdə qalar.) Hər anın azaltdığı (ölüm) saatının aradan götürdüyü (dünyadakı) həyat müddətiniz qısa olmağa layiqdir. (Tezliklə başa çatacaq dünya həyatınızı qısa sanmalı, axirət işlərindən geri qalmamalısınız.)

Gecə gündüzün (həqiqi mənzilinə) qovduğu (öz əsl vətəni olan axirətdən uzaqlaşmış) qəribin tezliklə (vətəninə) qayıtması yaxşıdır (əsl vətənlərinə qayıtmaq fikrində olmalı dünyaya səfərindən orada asayiş üçün faydalanmalıdır). Səadət, xoşbəxtlik ya bədbəxtliklə (vətəninə) gələn ən yaxşı tədarükə möhtacdır. Belə isə, dünyada sabah (qiyamətdə ilahi əzabdan) sizi xilas edəcək şeylərdən azuqə yığın. (Axirət üçün ən yaxşı azuqə budur ki,) bəndə Allahın əzabından çəkinsin, özünə öyüd versin (gözəl rəftar danışığı öz şüarına çevirsin) tövbədə, qayıdışda önə keçsin (ölüm gəlmədən öncə günahlardan tövbə etsin), şəhvətinə (nəfsi istəklərinə) hakim kəsilsin. Çünki onun ölümü özünə gizlindir (ömrünü vaxt başa vuracağı məlum deyil) arzuları onu aldadır (axirət işlərindən saxlayır). Şeytan onunla yoldaşdır günahı, (Allaha Rəsuluna) itaətsizliyi onun üçün cilvələndirir ki, onlara minsin (bulaşsın). Şeytan onu arxayın salar ki, tövbəni gecikdirsin, ölüm isə onu çox qəflətdə olduğu vaxt qəfildən yaxalasın. Belə isə, ömrü (qiyamətdə) ona sübut dəlil olan o qafil insan həsrət qəm çəksin (ki, dünyada onun üçün hər cür şərait olduğu halda nəyə görə xoşbəxtliyə çatmadı) dünyadakı həyatı onu bədbəxt edər (dünyadakı itaətsizliyinə görə əbədi əzaba düçar olar).

Pak uca Allahdan istəyirəm ki, bizi sizləri heç bir nemətin düşmənə itaətsizə çevirmədiyi ( qədər nemət tapsa, təvazökarlığı bir o qədər artan) insanlardan etsin, heç bir fayda məqsəd (özünü göstərmək riya kimi batil məqsədlər) bizi Allaha ibadət bəndəlikdən saxlamasın, (elə görək ki,) öləndən sonra peşman olub kədərlənməyək.

 

64- xütbə

 

İmam Əli əleyhis-salamın (Allahın sifətləri barədə) xütbələrindəndir.

Həmd şükr heç bir sifəti başqa sifətindən önə keçməyən Allaha məxsusdur. Deməli, son olmamışdan qabaq, əvvəldir. Gizli olmazdan əvvəl isə aşkardır.[4] Ondan qeyri hər vahid tək adlandırılsa (çoxun müqabilində) azdır.[5]  Ondan qeyri hər əziz zəlil xardır, (çünki nəticədir. Nəticə isə səbəbin zəlilidir) Ondan başqa hər bir güclü gücsüzdür.[6] Ondan qeyri sahib mülkiyyətçi (Onun iradə istəyi müqabilində zəlildir), Onun quludur. (Çünki Allah Təaladan başqa hər varsa vücudu mümkün olanlardandır mümkün isə nəticədən doğmadır, nəticə səbəbdən aslıdır deməli, həqiqi sahib Odur.) Ondan başqa hər bir bilikli isə öyrənəndir.[7] Ondan qeyri hər bir güclü qadir (bəzi işlərdə) güclü (digər işlərdə) acizdir.[8] Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar, yavaş uzaqdan gələn səsləri isə eşitməzlər.[9] Ondan qeyri bütün görənlər (qaranlıqda rənglər tək) gizlin rənglərə (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur.[10] Ondan başqa, hər bir aşkar olan gizli, gizlin isə aşkar deyil.[11] (O, elə Allahdır ki,) yaratdıqlarını hakimiyyət padşahlığını gücləndirməyə, ruzigarın hadisələrindən qorxduğuna görə (bir gün möhtac qalmasın deyə), Onunla çəkişən tayına qarşı (onu dəf etmək üçün) kömək almağa, öz şərikinin Ona qarşı olanın qələbə, öyünmə iftixarının qarşısını almaq üçün yaratdı. (Yaranmışlar Onun nemətləri ilə) bəslənmiş məxluqat (Onun hökm iradəsi qarşısında) zəlil, xar bədənlərdir. O, nələrdəsə hülul etmədi ki, «onlardadır» deyilsin. (Çünki əşyaya hülul etmək cismilik imkan tələbatlarındandır) heç nədən uzaqlaşmadı ki, «ondan uzaqdır» deyilsin. (Çünki bütün əşyaları əhatə edir.) Məxluqatı yaratmaq onların vəziyyətini düzəltmək Onu yorub əldən salmadı, əşyanı yaratmaqda aciz olmadı. Hökm verdiyi müəyyən etdiyi şeylər barədə şübhəsi yaranmadı. Onun hökmü qəti, elmi möhkəm, işləri dönməzdir. Bəndələr Onun qəzəb cəzalarına rəğmən Ona ümidvardırlar. (Çünki Ondan başqa pənahları yoxdur) nemətləri, bəxşişləri olsa da Ondan qorxurlar (ki, nəbadə əzaba düçar olacaqları bir görsünlər).  

 

65-ci xütbə

 

İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır. Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur:

Ey müsəlmanlar, xof qorxunu özünüzə şüar edin (Allahdan qorxun düşmənlə döyüşdə süstlük etməyin). (Döyüşdə) vüqar sakitliyi öz düşüncənizə çevirin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin.[12] Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın.[13] Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qısadırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın.[14] Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) Allahın Rəsulu səlləllahu əleyhi alih səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin.[15] Bu böyük qaragüruha (Müaviyənin qoşununa) kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir.[16] O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin).

Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub.[17] Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın bu yolda çalışın).[18] Siz üstün yüksəksiniz (siz haq yolundasınız qələbə, zəfər sizinlədir). Allah sizinlədir heç vaxt əməllərinizin (mükafatını) naqis az etməz (sizə dünya axirətdə nicat verər).  



[1] Çünki dünya əməl evi, axirət isə cəza məkanıdır. Dünyada Allahın Peyğəmbərin göstərişinə uyğun rəftar edən axirətdə salamat qalar. Bunlara əməl etməyənlər əbədi əzaba düçar olacaqdır.

[2] Allah onları imtahana çəkir. Belə ki, dünyada Allahın əmrinə itaət edən nicat tapacaq, itaətsizlik edən isə ilahi əzaba düçar olacaqdır. İmtahan, Allahın onların işinin sonunu bilmədiyinə bunu öyrənmək istədiyinə görə deyil. Bu mənada imtahan mümkün deyil. Çünki O, hər şeyin gizlinini aşkarını biləndir.

[3] Qurani-Kərimin Möminin surəsinin 115-ci ayəsində buyurulduğu kimi  أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ «Sizi boş yerə yaratdığımızı bizə doğru qayıtmayacağınızımı güman etdiniz

[4] Çünki əvvəl son olmaq zamana xas xüsusiyyətlərdəndir. Zaman isə hərəkətdən yaranır, hərəkət cismin xüsusiyyətlərindəndir. Onun müqəddəs zatı zamandan üstündür bütün cisimlərin fövqündə dayanır. Deməli, son olmamışdan əvvəldir, batin olmamışdan zahirdir hətta aləm olmamış sağdır s. demək olmaz. Çünki Onun zatının əlavə olunmuş bir sifəti yoxdur ki, bəzisi digərindən öndə olsun. Deməli, onun sifətləri zatının eynidir. Belə olmasaydı, (sifətləri) əlavə edilmiş nöqsanlı olardı. Bəziləri başqalarının səbəbi, Bəziləri (isə) nəticə nöqsanlı olardı. Bu, vücudu mümkün olanların xüsusiyyətidir. Buna görə Onun əvvəli sonu olmağı bundan ibarətdir ki, O, bütün yaranmışların başlanğıcı məhv olan hər şeyin qayıdış yeridir. Onun zahirliyi batinliyi sözlərinin mənası budur ki, nişanələri yaratdıqları ilə zahir, aşkar olur, müqəddəs zatının əsli isə gözlə görünməkdən, idrak, düşüncənin hüdudlarından, gizlin batinidir. Xülasə, o tayı-bərabəri fərz olunmayan bir vahiddir. Buna görə bunları buyurmuşdur.

[5] Yəni, ondan qeyri vahid azalmanı göstərən ədəddir. Çoxluğun başlanğıcı onun bir hissəsidir. Allah isə çoxalmayan, yəni, onun üçün ikincisi fərz olunmayan həqiqi birdir.

[6] Çünki hər bir gücün, qüdrətin mənşəyi Odur. Belə isə, bir göz qırpımında öz varlığını itirən qeyrisi necə zəif gücsüz olmaya bilər?

[7] Çünki Onun elmi zatı ilə eynidir. Ondan qeyrisinin elmi zatdan törəmə başqalarından öyrənməyə möhtacdır. Bu da Allah-təalanın elminə gəlib çıxır. Deməli, mütləq alim Odur.

[8] Bu, vücudun mümkünlüyünə dəlalət edir. Deməli, qüdrəti zatının eyni, bütün qüdrətlilərin qüdrətinin mənşəyi olan həqiqi güclü Odur.

[9] Çünki ondan qeyrisinin eşitməsi cismani eşitmə qüvvəsi ilədir. Bu, müəyyən şərait tələb edir bu şərait olmasa səsi eşidilməz. Məsələn, səs çox yavaş, uzaqdan ya çox yüksəkdən olmamalıdır ki, həmin eşitmə qüvvəsinin işi pozulmasın eşitməyə mane olmasın. Ancaq Allahın eşitməsi zatən orqansız olduğuna görə, bütün səslər istər yavaş uca, istərsə yaxın uzaq- olsun onun üçün eyni, aşkardır. Deməli, mütləq dinləyən həqiqi eşidən Odur.

[10] Çünki hər bir kəs görmə orqanları vasitəsilə görür. Bu orqan da müəyyən şərait tələb edir. Ancaq Allah-təala zatən orqansız görəndir. Deməli, bütün əşyalar-istər gizlin, istərsə aşkar onun üçün birdir.

[11]Deməli, O həm gizlin, həm aşkardır. Bu baxımdan aşkar sayılır ki, əlamət nişanələrinə görə heç kəsdən gizlin deyil. Gizlindir, ona görə ki, zatının əslini dərk etmək mümkün deyil.

[12] Ehtiyac olduqda çıxarmaq asan olsun deyə ya döyüş alətinizin səsini düşmənə eşitdirib özünüzü döyüşə hazır göstərin ki, narahat olub, qorxsun bu da onun məğlubiyyətinə səbəb olsun.

[13] Çünki gözünü dikmək qorxu heyranlıq əlamətidir. Bunun nəticəsində düşmən cürətlənib qələbə çala bilər.

[14] Özünüzü ona yaxınlaşdırın. Mərdilk igidliyin əlaməti uzaqlaşmaq qılıncın ucunu göstərmək deyil, irəliyə addım atmaqdır. Nəql olunur, müharibələrin birində Həzrətə ərz etdilər ki, sənin qılıncın qısadır. Həzrət buyurdu ki, addımımla uzadaram.

[15] Dinə kömək üçün haq yolda ölməyə sevinin. Çünki müvəqqəti ömrü əbədi həyatla dəyişəcəksiniz. Qurani-Kərimin Ali-İmran surəsinin 169-cu  ayəsində  buyurulduğu kimi:  وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ yəni, Allah yolunda həlak olanları ölü sanma. Onlar sağdır Allahlarının yanında ruzi yeyirlər.

[16]Deyilənə görə, Müaviyə üçün böyük bir çadır düzəltmişdilər yüz min nəfər onun ətrafına toplaşaraq, ölsələr belə ayrılmayacaqları barədə əhd-peyman bağlamışdılar. 

[17] Döyüşdə iradəli deyil, narahat həyəcanlıdır. Qorxsanız, sizə üstün gələcək. İgidlik göstərsəniz, məğlub olaraq qaçacaq.

[18] Qurani-Kərimin Muhəmməd surəsinin 35-ci ayəsində   buyurulur: فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ  Yəni, ey möminlər, kafirlərlə döyüşdə süstləşib onlardan sülh barışıq istəməyin. Bu sizin acizlik gücsüzlüyünüzə səbəb olar.

  484
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment