Azəri
Wednesday 24th of April 2019
  635
  0
  0

təbliğedici nübuvvətin

təbliğedici nübuvvətin

 

                                            canişini.


 

 

 

 

 

 

بسم الله الرحمن الرحيم

 

الحمد لله رب العالمين...اعوذ بالله من الشيطان الرجيم:

 

 

ما كان محمد ابا احد من رجالكم و لكن رسول الله و خاتم النبيين.

 

Baxmayaraq ki, nübuvvətin xətmi mövzusuna aud Quranın qiymətli ayələri baxımından söhbət açmağı nəzərdə tutmamışdıq, yəni nəzərdə tutmamışdıq ki, nübuvvətin xətminə açıq-aşkar ya işarə ilə dəlalət edən Quan ayələri silsiləsi ətrafında çox söhbət edək və daha çox istəyirdik ki, məsələnın başqa tərəflərı ilə məşğul olaq, amma keçən həftə, müxtəsər də olsa,"xatəmən-nəbiyyin" kəlməsınə aıd söhbət açdıqımızdan həmin söhbətin davamını bu gecə xidmətinizə çatdırırıq.                                                                                                                  İslamin əvvəlindən bir əsr bundan qabağa kimi, hətta bir nəfər də belə yox idi ki,bu ayənin və bu kəlmənin mənasında şəkk və şübhə etsin, amma bunu nəzərə alaraq ki, ilahi kitablari təhrif və öz çirkin məqsədlərinə yetişmək vasitəsinə çevirən və onlarda hər cür saxtakarlıq və dəyişiklik etməkdən çəkinməyən bəzi nəfspərəst və bidətçi insanlar bu məsələ barəsində bəzi sözlər danışmışlar, ona görə də, müxtəsər də olsa, bu kəlmə barəsində söhbət açırıq.

Kecən həftə ərz etdiyim kimi "xatəm", yəni ma yuxtəmu bih, yəni bir şey ki, onunla son verilir. "Xatəm"" tabəə" ərəb dilində eyni mənani daşıyırlar. Bu kəlmənin kökü Qurani-Kərimin hansı yerində gəlmişsə, həmin mənanı ifadə edir. Təkçə xatəm kəlməsində deil, bəlkə, Quranın “xətm” köklüyü gəlmiş hər yerində həmin “möhr vurmaq” mənasını daşımış və daşıyır. Misal üçün, Quran kafirlər barəsində buyurur:

  

ان الذين كفروا سواء عليهم ءانذرتهم ام لم تنذرهم  لا يؤمنون,ختم الله علي قلوبهم و علي سمعهم و علي ابصارهم غشاوة1

O kəslər ki, küfr, inad və tərslik edirlər elə bir vəziyyətdədirlər ki, istər sən onları qorxud, istər qorxudma, iman gətiməyəcəklər. Bunlar elə bir haldadırlar ki, Allah onların ürəklərinə və qulaqlarına möhr vurmuşdur.

  Mübarək "Yasin" surəsində insanlrın qiyamət günündəki vəziyyətlərinə aid söhbət açılır və bunun barəsində söhbət gedir ki, insanların bədən üzvlərı özləri qiyamət günü şəxsin əməllərinə şəhadət verəcəklər və onun dili ilə iqrar etməsinə bir ehtiyac olmayacaqdır,  bədən uzvlərinin özləri söhbət açacaqlar.

 Məsələn, insanın əli mürtəkib olduğu hər bir günahı bəyan edəcəkdir. Həqiqətdə, bu günah bu əldə nəqş bağlamışdır. İnsanın ayağı mürtəkib olduğu  hər bir günahı bəyan edəcəkdir. Bu günahın özü xüsusi bir şəkildə bu ayağda iz qoymuşdur. İnsanın bədəninin dərisinin (rəvəyətdə gəlmişdir ki, bu cinsiyət üzvülərinə işarədir) mürtəkib olduğu hər bir günah onda iz buraxmışdır. İnsanın göz və qulağı da bu cürdür. O dünya həyat və yaşayış dünyası olduğundan, bütün üzvlər diri şəkildə orada məşhər olur və etdikləri əməllərə şəhadət verirlər. Təşbih etmək istəsək, maqnitofona bənzəyir ki, səs yazan zaman insan hiss etmir və maqnitofonun içində yalnız bir kaçeti görür; görür ki, bir nəfər danışır və o kaçet də özü üçün fırlanır, amma bilmir ki,o kaçeti əvvələ çevirən və maqnitofonun düyməsini basan zaman bu sakit və cansız kaçet danışan bir qurğuya çeviriləcəkdir. Orada belə deyilir:

الْيَوْمَ نَخْتِمُ عَلـٰي اَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا اَيْدِيهِمْ وَتَشْهَدُ اَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُون2.

 Bu gündə (qiyamət günü) möhr vurarıq onların ağızlarına (نَخْتِمُ عَلـٰي اَفْوَاهِهِمْ  , bu  cümlənin bundan başqa heç bir mənası yoxdur), bu ağızları bağlıyarıq ki, söz deməsinlər, deyərik ki, sənin daha danışmağa haqqın yoxdur; və elə bir lüzumuda  yoxdur ki, sən etiraf edəsən ya etməyəsən ki, mən əlim ili filan günahı etmişəm ya etməmişəm, ayağım ili filan günahı etmişəm ya etməmişəm, gözlə filan günahı etmişəm ya etməmişəm. وَتُكَلِّمُنَا اَيْدِيهِمْ , onların əlləri bizimlə danışır. وَتَشْهَدُ اَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُون ,onların ayaqları mürtəkib olduğları günahlara özləri  şəhadət verir.

Möləvi özünün məşhur şerində deyir:

 

Hər kəsə əsrari həqq öyrətdilər,

Möhr vurub ağzına, bərkitdilər.

 

Möhr  vurmaq həmişə bir məktubun sona çatmaq və ya bir məktubu  bağlamaq nişanəsi olmuşdur. Qədim zərfləin bağlanması necə olmuşdur, mən bilmirəm, amma bu qədər bilirəm ki, yazdıqları məktubları bağlayırdılar və sonra ağac şirəsinə oxşar bir maddə də o, nə maddəsi olmuşdur, mən bilmirəm, bugünki möhr və yapışqanlar kimi olmamışdır – o kağızın üstünə yapışdırıb, onun üzərinə möhr vurardılar ki,  bu, gərək bağlı qalsın .”Sona çatdırmaq” anlamı möhr vurmaq anlamından doğan ikinci dərəcəli bir anlamdır. Möhr vurmaq məktub sona çatdıqdan sonra olduğundan, ged-gedə hər bir işin başa çatmasını bildirmək istədikdə, ortada möhr vurmaq olmasada belə, ”xətm” kəlməsini işlədirdilər.      

 “Camiəə” ziyarətində oxuyuruq: ”Allah sizin vasitənizlə  açdı və sizin vasitənizlə sona çatdıracaqdır.” Üzüyə ona görə xatəm deyirdilər ki, iki iş görürdü, yəni əlavə, möhr olaraq da işlədilirdi. Əxbar və hədis elmi terminalogiyasında əziz peyğəmbərin, ya Əli əleyhis-salamın, ya imamlardan birinin xüsusiyyətlərini zikr edən zaman deyirlər ki, üzüyü filan şey idi, yənə möhrü bu idi və bu möhr, dəqiqən həmin üzük də olmuşdur, yəni, həmən üzük idi ki, möhr olmuşdur. Beləliklə, heç bir müzakirəyə ehtiyaç yoxdur ki, ”xatəmən-nəbiyyin”, yəni o kəs ki,onun vasitəsilə nübuvvət sistemi xətm oldu və bağlandı, tamam oldu, yapışqan və möhrü vuruldu və daha ondan sonra nəbi gəlməyəcəkdir.           

Burda başqa bir məsələ də vardır ki, gərək onu da izah edəm və söhbətin əsnasında da bu bidətçilərin bu barədə dedikləri nalayiq sözlərin cavablarını verəm. O da bundan ibarətdir ki, bizim söhbətimiz daha çox bu məsələ ətrafında idi ki, nəyə görə şəriətlər sona çatdı? Söhbət bu sualın ətrafında idi ki, əgər Allahın din və şəriəti, yəni onun tərəfindən gəlmiş qanun, birdirsə peyğəmbərlərin gəlişinin əvvəlindən axırına kimi bir şəriətdən artıq şəriət olmamalıdır, bəs nəyə görə çoxlu sayda şəriətlər vardır: Nuhun, İbrahimin, Musanın, İsanin və İslam şəriəti? Əgər ilahi şəriət və qanunları bir- birlərinin əvəz edənni və əvəz olunanidırlarsa və dəyişirlərsə,deməli, bu dəyişiklik zamanın tələbinə görədir. Başqa bir dəlil yoxdur, bəşərin həyat şəraiti və zamanın tələbatı dəyişdiyindən ictimai, iqtisadi, siyasi, elmi və mədəniyyət sahəsində də dəyişiklik labüd olur, buna görə də Allah bəşər üçün göndərdiyi qanunu dəyişir. Əgər buna görədirsə, bəs nə üçün şəriətlər xətm olunurlar? Çünki, zaman öz hərəkətində dayanmır, bəşər həyatının ictimai, iqtisadi, mədəni və siyasi şəraiti həmişə dəyişir, deməli, heç vaxt dünyada elə bir şəriət olmamalıdır ki, o, şəriətlərin axırıncısı sayılsın. Bizim söhbətimiz bu aspektdən məsələyi yanaşmaqdır.

Amma ondan daha kiçik bir sual vardır ki, əvvəl, gərək diqqətinizi bu daha kiçik suala cəlb edə və cavab verəm və sonra gedəm o daha böyük sualın sorağına. O kiçik sual budur: Mümkündür ki, biri desin: Çox yaxşı, qoy şəriətlər sona çatsınlar, elə bir qanun və şəriət gəlsin ki, şəriətlərin axırıncısı olsun və ondan sonra heç bir şəriət meydana çıxmasın, amma daha niyə görə nübüvvət sona çatmalıdır? Lazım deyildir ki, bütün peyğəmbərlər şəriət sahibi olsunlar. Şəriət və qanun sahibləri  kiçik bir qrupdurlar, onlardırlar ki, Quran onları ulul-əzm peyğəmbərlər adlandırır. Bu qədər peyğəmbərlər ki, dünyaya gəliblər (124 min nəfər, ya çox, ya az, hər qədər olublar) onların çox kiçik bir dəstəsi şəriət sahibi idilər, qalanları da peyğəmbər idilər, amma şəriət sahibi deyildilər, göndərilən zaman camaatın arasında hansı qanun və şəriət vardırsa, bunlar həmin şəriət və qanunun mübəlliği olurdular. Nəyə görə axır əz-zaman peyğəmbərdən – elə bir peyğəmbər ki, şəriəti şəriətlərin, kitabı kitabların xətmləyicisidir və kitabların sonuncusudur – sonra işləri islam şəriətinə dəvət etmək olan kiçik peyğəmbərlər göndərilməsin? Peyğəmbər olsunlar, amma işləri islam dininin təbliğ və yayılması olsun, necə ki, İbrahimdən sonra yüzlərlə peyğəmbər gəldi və onların hamısı İbrahimin şəriətini yayırdılar. Lut peyğəmbər idi, amma İbrahimin şəriətini yayırdı. Şueyb,Yusif və Yəqub peyğəmbər idilər, amma İbrahimin şəriətinə dəvət edirdilər. Harun və Yuşe peyğəmbər idilər, amma Musanın şəriətinə dəvət edirdilər. Şəriətlər sona çatdı, nəyə görə peyğəmbərlik də sona çatmalıdır və nəyə görə Quran buyurub: Peyğəmbərlərin sonuncusu?  Bunun fəlsəfəsi nədir?

 Əgər bu mövzunun cavabına düzgün diqqət yetirsək, o daha böyük sualın cavabı da bizim üçün aydın olar. Əvvələn, nəbinin mənası nədir? Nəbi, yəni peyğəmbər, o kəs ki, Allah tərəfindən camaat üçün xəbər gətirir, ərəbcə desək, الله منبئ عن  )munbi ənillah -tərciməçidən.),o kəsə peyğəmbər deyilir ki, Allah tərəfindən ona vəhy olunsun, vəhyin hər növü olur olsun, yəni Allah tərəfindən bir çox məlumatlar onun qəlbinə salınsın, yuxu vasitəsilə ya bir başqa vasitə ilə ruhunun və qəlbinin dərinliklərindən ona göstəriş verilsin ki, get camaatı hidayət et, məsələn ona deyələr ki, İbrahimin şəriəti budur, gət camaata təlim ver və öyrət ki, İbrahimin  dininə əməl etsinlər.

Bu növ peyğəmbərlərin göndərilməsinə olan ehtiyac ona görədir ki, İbrahimin şəriətini camaata öyrətmək üçün ilham vasitəsilə əlaqə saxlayan bir dəstə bəşər övladının göndərilməsindən başqa elə bir yol yoxdur, yəni əgər zaman elə bir zaman olaydı ki, cəmiyyət  elm və sivilizasiyaya malik olaydılar və sivilizasiyanın stunları o qədər göylərə qalxaydı ki, İbrahimin kitabı, əlyazmaları, hifz və çap olunmuş əsərləri, kağız və başqa şeylər üzərində iz qoymuş  müxtəlif elmi irsi mövcud olaydı və camaatın arasında  xalqı İbrahimin şəriətinə dəvət etməyə qadir olan bir dəstə alim və bilicilər olaydı,daha ilham vasitəsilə bu məmuriyyəti yerinə yetirmək üçün bir sıra şəxslərin göndərilməsinə bir ehtiyac olmazdı.

          İnstinkt və əqli hidayətin tərs mütənasib əlaqəsi.

Həmişə instinkt  və ilhami hidayət ilə əqli və əqlani hidayət arasında müəyyən bir əlaqə olmuşdur. Hər nə qədər canlı varlıq elm və əqli yetginlik və inkişaf  baxımından zəif olsa, o qədər Allah fitri və instinkt  ilhamlar yolu ilə onu hidayət edir və bu sahədə nə qədər güc və qüdrət əldə etsə o sahədə bir o qədər zəif olur, çünki, ehtiyacı oradan qalxır. Heyvanlarda, hansı heyvan nə qədər daha kiçik və sayılmazdırsa, yəni hiss, vəhm və xəyal şüuru onda daha azdırsa (o ki,qalmışdı  təfəkkür qabliyyəti ola), onun instinkt dərk etmə qabiliyyəti bir o qədər daha artıqdır. Məsələn, götürək həşaratları, aşağı dərəcəli heyvanlar hesab olunurlar, amma onların instinkt dərk etmə qabiliyyətləri bütün başqa heyvanlardan yüksəkdir. Bir milçək, ya bir qarışqa, ya bir hörmçək, ya arıda olan instinkt dərk etmə  qabiliyyəti fil, ya at, ya meymun kimi təkamül mərhələsinə çatmış heyvanlarda yoxdur. Çünki, bu heyvanlar təkamül mərhələsinə çatmışlar və özlərinin yaşayışlarını hiss, vəhm, xəyal və zəka yolu ilə idarə edə bilirlər, instinkt şüur və ilhama ehtiyacları yoxdur və demək olar ki, instinkt dərk etmə qabiliyyəti onlarda çox azdır. Zəka baxımından bütün heyvanlardan daha zəngin və daha güclü olan insan isə instinkt və instinkt dərk etmə qabiliyyəti baxımından onların hamısından daha zəifdir.

 Keçmiş zamanlarda peyğəmbərlər elə dövürlərdə yaşayırdılar ki, insan ağılı və elmi şəriətin mübəlliği olmaq iqtidarında deyildi, yəni, həqiqətən, neçə min il bundan qabaqkı insanların idrak səviyyəsi bu həddə çatmamışdı ki, bir dəstə gəlib yığışalar və oturalar, öz şəriətlərinə aid olan məsələlər barəsinda fikirıəşələr, təfəkkür, təhlil və tədqiq edələr və gedələr elmi araşdırmaların dalıyca. İnsanlar vəşhi həyat tərzi keçirirdilər və yaşayışları heyvan həyatına daha yaxın idi, şəriətin ümumi prinsiplərinin vəhy vəsitəsilə  ilham və təlimi labüd olduğu kimi, onun təbliğat sisteminin də  vəhy vəsitəsilə olması lazım idi. Ağıl və elm o zaman bu işi görmək iqtidarında deyildi. Elə ki bəşər elə bir məqam, dərəcə və mərtəbəyə catdı ki, həqiqətən, “O kəs ki, qələm ilə öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”1ayəsinin əsas protipi oldu, öz tarixini qoruyub saxlaya bildi, öz keçmiş tarixinin varisi olmağını bacardı, onun əlinə verilən  ilahi kitabları hifz etməyi bacardı, peyğəmbərinin söylədiyi hədis və kəlamları – ən azı əsas prinsiplərini – qorumağı bacardı (ta sonralar gəlib onların ətrafında elm yaradalar), bunları hifz və qoruyub saxlamağı və dini  mövzularda dərindən düşünməyi bacardı, daha o şəriəti təbliğ etmək üçün peyğəmbərlərə ehtiyac qalmır. İslamın  mövcud olduğu dövürlərdə peyğəmbərlərin gəlməməsinin özü bəşəriyyətin  təkamülünə bir dəlildir, yəni elm, fəqih və dərin düşüncəli alim, həkim və filosof işi başqalarının şəriətini təbliğ etmək olan peyğəmbərlərin canişini olur, elə buna görədir ki, gördüyünüz kimi, keçmiş peyğəmbərlərin hər hansı bir kitabla, hər hansı bir zamanda gəlməklərindən  aslı olmayaraq, kitabları aradan getmişdir. Bəşər əqli cəhətdən yetgin olmadığına görə ilahi kitabları qoruya bilmədi. Hardadır İbrahimə nazil olan səhfələr? Hanı həqiqi Tövrat? Hanı həqiqi İncil? Hanı Nuha nazil olanlar? Hanı Avestanın əsl variantı və Zərdqştün həqiqi təlimləri? O dövrlərdə bəşər məktəbli uşağın timsalında idi. Siz məktəbli uşaq üçün kitab alırsınız, altı ay keçdikdən sonra kitab tikə-tikə olmuş və hər tikəsi bir küncə düşmüşdür. Amma yaşlı bir adam, otuz yaşlı bir dini tələbə belə deyildir, siz bir  “Məkasib” ya “Kifayə”  kitabını ona verirsiniz, iyirmi il onun üzərində işləyir, dərs oxuyur, muzakirə edir və dərs deyir və iyirmi ildən sonra görürsünüz ki, kitab tər-təmiz qalmışdır. Təkcə Xatəm əl-Ənbiyanın zühur etdiyi zaman bəşəriyyət öz keçmiş dövrlərinin mədəni irsini gələcək dövrlər üçün qoruyub saxlamaq mərhələsinə çatmışdı. Özünün ilahi kitabını qorudu. Quran peyğəmbərə nazil olmuş həmən Qurandır. Zaman-zaman alimlər meydana çıxdılar və müxtəlif üsullarla onun zahirin və mənasını qorumaqa çalışdılar. Bu bəşəriyyətin inkişaf göstəricisidir. Başqa heç bir ilahi kitab üçün bu işlər görülməmişdir.



1 -Bəqərə surəsi, ayə 6-7.

2 -Yasin surəsi, ayə 65.

1-Ələq surəsi, ayə 4-5.

  635
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      अमरीकी दूतावास की गतिविधियों ...
      यमन में अमरीका, इस्राइल और सऊदी अरब का ...
      संतुलित परिवार में पति पत्नी की ...
      दुआए तवस्सुल
      दुआ कैसे की जाए
      मुश्किलें इंसान को सँवारती हैं
      सुशीलता
      हसद
      गुद मैथुन इस्लाम की निगाह मे
      ** 24 ज़िलहिज्ज - ईद मुबाहिला **

 
user comment