Azəri
Friday 19th of July 2019
  590
  0
  0

ci xütbə

91-ci xütbə

 

İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona beyət etdiyi vaxt (hicrətin otuz beşinci ilinin zilhiccə ayının iyirmi beşində, cümə günü) buyurduğu kəlamlarındandır.

Məndən əl çəkib başqasını istəyin.[1] Müxtəlif sifətləri rəngləri olan bir işə qol qoyuruq.[2] (Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm bidət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (beyətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.[3] (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram bəlkə sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram ( hüququnuzu qoruyaram), özünüzə vali hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə ) mənim sizlərə vəzir müşavir olmağım, əmir hakim olmağımdan daha yaxşıdır.[4]

 

92-ci xütbə

 

İmam Əli əleyhis-salamın xütbələrindəndir:[5] Allaha həmd şükr etdikdən, Həzrət Peyğəmbərə salamdan sonra, ey camaat, mən fitnə-fəsadın gözünü kor qoydum.[6] Onun zülməti təlatümə çəkdikdən, çətinlikləri artdıqdan sonra məndən başqa heç kəsin bu fitnə-fəsadı (dəf etməyə) cürəti çatmırdı.[7] Məni tapmayacağınız vaxt gəlməmiş (hər şeyi bildiyimə görə dini hökmləri məsələləri) məndən soruşun.[8] And olsun canım qüdrətinin əlində olana ki, bu zamandan qiyamət gününə qədər (baş verəcək) elə bir şeyi (bir xəbəri) məndən soruşmazsınız (ki, cavab verməyim) (hakimiyyətə gəlməklə insanların hidayətinə ya azmasına səbəb olan) yüz nəfəri (bir qədər az ya çoxunu) doğru yola yönəldənlər yüz nəfəri azdıranlar barədə sorğu-sual etməzsiniz ki, sizə (dəvələri istədikləri yerə dartan sarbanlar kimi) həmin dəstənin dəvət edənləri, öndə gedənləri qovanları (hakimləri), onların endikləri yükləndikləri (toplaşma yerləri), onlardan ölənlər öldürülənlər barədə xəbər verməyim (öncədən deməyim). Məni tapmasanız (aranızda olmasam), pis hadisələrlə, çətin işlərlə üzləşdikdə sual soruşduqlarınızın çoxu (çox məəttəl qaldıqlarından) başlarını yerə dikəcək (susacaq bu pis hadisələrdən çətin işlərdən çıxış yolunu tapmayacaqlar). Cavab verənlərdən çoxu da (cahilliklərinə nadanlıqlarına görə, cavab verməyə) qorxacaq (aciz qalacaq). Bu o vaxt olacaq ki, sizin aranıza çoxlu müharibə, (onun fitnə-fəsadından) çətinlik düşəcək, (çarəsizlik əlacsızlıqdan) dünya sizə dar gələcək, bəla günlərini (çətin vaxtları) uzun sanacaqsınız (hər bir saatı sizlərə bir gün qədər daha uzun gələcək). Nəhayət, Allah-təala sizlərin içindən yaxşı əməl sahiblərinə qələbə nəsib edəcək. Fitnələr (camaata) üz tutduqda (batillə haqq, fəsadla doğru) səhv salınacaq, aradan getdikdə isə (fitnəkarlar məhv olacaq camaat batildən, fəsaddan) hali olacaq. (Onda haqla doğrunu başa düşəcək, öz cahilliklərini nadanlıqlarını etiraf edəcəklər, Çünki) fitnələr üz tutduqda (onların nadürüstlükləri) məlum olmaz, arxa çevirdikdə (aradan getdikdə) tanınarlar. ( qədər ki,  fitnə-fəsad tüğyan edər, haqq gözə görünməz, onun alovu səngiyəndə haqq aşkara çıxar.) Fitnələr (hər yerdə) küləklər tək dolanarlar, bir şəhərə çatar bir şəhərdən keçərlər.[9] Agah olun, fikrimcə, sizin üçün fitnələrin ən təhlükəlisi (ən böyüyü ən çətini) Bəni-Üməyyənin fitnəsidir.[10] O, kor qaranlıq bir fitnədir. (Onda doğru qurtuluş yolu itib, dinə dünyaya ziyanı açıq-aşkar görünür.) Onların hakimiyyəti hər yanı bürüyəcək, bəla çətinlikləri (pərhizkarlara şiələrə) məxsus olacaq. Həmin fitnələrə gözüaçıq baxan hər kəs (Bəni-Üməyyənin çirkin işlərinin əleyhinə çıxsa) bəla çətinlik ona üz tutacaq. Kim buna göz yumsa (onların çirkin işlərinə iradını bildirməyib əmr qadağalarına boyun əysə), bəla ondan uzaq olacaq (rifahda əmin-amanlıqda) qalacaq. Allaha and olsun, məndən sonra Bəni-Üməyyə sizlər üçün (sağarkən sağıcını) dişləyən, əli-ayağı ilə (başına) vuran, təpikləyən süd sağmağa qoymayan, soncuq atan qoca dəvə kimi pis hakimlər olacaqlar. (Xülasə, yaxşılara əziyyət verib öldürəcək, müsəlmanların beytülmalından haqqı çatanlara heç verməyəcəklər.) Daima sizlərə hakim kəsiləcəklər ki, onlara xeyir verən ziyan vurmayanlardan başqa bir kəs (yer üzündə) qalmasın. (Onlara itaət etsinlər ya ən azı məqsədlərinin əleyhinə söz danışıb addım atmasınlar.) Onların bəlası hakimliyi (sizin üstünüzdən) kəsilməyəcək. Belə ki, sizlərdən birinin onlardan intiqam alması qulun sahibindən tabe olanın tabe olduğu şəxsdən intiqam alması kimidir. (Onların əlaltılar satın almış qullarına bənzəyirsiniz ki, öz haqqınızı qoruya bilmirsiniz.) Onların pis, qorxulu, (müharibə, qantökmə, qarət, oğurluq namussuzluğun adət olduğu) cahiliyyət dövrü camaatının rəftarına oxşayan fitnə-fəsadları sizlərə tuş gələcək. O fitnədən nicat hidayət üçün bir əlamət, (haqq yolu üçün) görünən bir nişanə vardır. Biz Əhli-Beyt o fitnələrin günahından nicat tapacağıq (fitnəkarların əməllərindən bezərək Allah-təalanın buyruqlarına uyğun rəftar edəcəyik) həmin vaxtlar (kimsəni aşkarda haqq yoluna) dəvət edə bilməyəcəyik. Sonra Allah-təala onları zəlil xar edib zorla (ətrafa) dartacaq (bəla müsibətlə) dolu camdan su verəcək, kimsənin (Bəni-Abbasın) vasitəsilə dərini ətdən ayıran tək o fitnələri sizdən uzaqlaşdıracaq. Onlara qılınc (zərbəsindən) başqa bir şey hədiyyə etməyəcəklər qorxu, xofdan başqa bir şey geyindirməyəcəklər. O zaman (Bəni-Üməyyənin hökuməti süqut edib hamısı zəif, gücsüz zəlil olduqda) Qüreyş dünyanı onda olan bütün şeyləri əldən verib onun yerinə bir dəvəni öldürmək qədər (bir saat) olsa belə, məni görməyi bu gün onların bəzilərindən istədiyim mənə vermədikləri bütün şeyləri onlardan qəbul etməyimi arzulayacaqlar.[11]

 


93- xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətlərinin xatırılandığı, peyğəmbərlər vəsilərinin mədh edildiyi sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir.

Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.) Əvvəldir Onun üçün son yoxdur ki, axırına çatılsın.[12]

 

Bu xütbənin bir hissəsi
peyğəmbərlər (Həzrət Peyğəmbər pak İmamlar) haqqındadır

 

Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü.[13] Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhis-salamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü fərmanı ədalətli düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.)

(Ey Allah bəndələri,) Allah sizə rəhmət etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-Səlama (əbədi cənnətə) dəvət edən işıqlı aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-təalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. ( qədər ki, bu dünyadasınız fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb möhürlənməyib) (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat dillər danışmaqdadır. (Çirkin əməllərə görə) tövbələr (yaxşı) əməllər qəbul olunar.[14]



[1] onu əmir, xəlifə seçin. Çünki Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) bu dünyadan köçməsindən sonra haqsız olaraq hakimiyyətə gələn xəlifələr Peyğəmbərin sünnə yolunu dəyişərək beytülmalı rəiyyət arasında ədalət düzgünlüklə bölmədilər. Əksinə, ürəkləri istədiyini edib ərəbi əcəmdən güclünü zəifdən üstün tutdular. Osman özünün Bəni-Üməyyə qəbilsindən olan qohum-əqrabasını camaatdan üstün tutaraq uzun illər bu minvalla rəftar etdi camaat Peyğəmbərin adətlərini, yolunu unutdu. İndi gəlib İmam əleyhis-salama beyət etməkdə məqsədləri bu idi ki, o Həzrət özündən əvvəlki üç xəlifə kimi rəftar etsin. O böyük şəxsiyyət dəlil-sübutun tamam olması Həzrət Peyğəmbərin yoluna zidd tutmayacağını onların isə beyətlərini pozacaqlarını bilmələri üçün bu sözləri buyurmuşdur. Buna görə «O Həzrət Allahın peyğəmbəri tərəfindən xəlifəliyə təyin olunsaydı, həqiqətən İmamlıq əmirlik ona məxsus olardı, bu yolda dayanmaq ona vacib olardı, belə olan halda, necə istefa verə bilərdidemək doğru olmazdı. Çünki İmam əleyhis-salam onların son nəticədə əhd-peymanlarını pozacaqlarını onunla birgə olmayacaqlarını bildiyinə görə bunları buyurur.

[2] «Nakisin», yəni, öz əhdlərini pozan Təlhə, Zübeyr digər «Cəməl» qoşunu ilə döyüş, «Qasitin», yəni, Həzrətə düşmən kəsilmiş Müaviyə Şam qoşunu ilə müharibə, «Mariqin», yəni, kafir olmuş Nəhrəvan xəvaricilə döyüşlər kimi çətinliklərlə üzləşəcəyik.

[3] Sizləri haqq-ədalət atına mindirib doğru yola çıxaracağam, Allahın, Peyğəmbərin istəyinin ziddinə söz danışmayacaq, bu yoldan kənara addım atmayacağam.

[4] Xülasə, İmam dəlil-sübutu tamam edir ki, beyət etdikdən sonra onların istəklərinə zidd görsə, «biz bilmirdik ki, sən belə edəcəksən, yoxsa sənə beyət etməzdik» deyə irad tutmasınlar.

[5] Nəhrəvan müharibəsi başa çatdıqdan sonra buyurduğu məşhur xütbələrindəndir. Burada öz hünər fəzilətlərini şərh edərək onun göstərişlərinə uyğun rəftar etmələri, əmrlərinə tabe olmaları üçün öz məqamını cahillərə qafillərə bəyan etmişdir. Daha sonra Bəni-Üməyyənin fitnə-fəsadları, onlardan hər birinin hakimiyyəti dövründə camaata yaradılan çətinlik onların dövlətlərinin süqutu barədə xəbər vermişdir.

[6] Təlhə Zübeyrlə «Cəməl» müharibəsində, Müaviyə qoşunu ilə «Siffeyn» döyüşündə Xəvariclə Nəhrəvanda döyüşüb fitnə-fəsadlarının aləmi bürüməsinə mane oldum.

[7] Hər yeri fitnə bürümüşdü heç kəs edəcəyini bilmirdi. Çünki İslam əhli ona qədər qiblə əhli ilə müharibə etməyin hökmünü bilmirdi buna cürət etmirdi. Necə ki, İbn Ömər, d ibn Malik Əbu Musa onlar kimiləri Həzrətin yanından uzaqlaşaraq dedilər: «Müsəlmanlar arasına düşən bu fitnədən çəkinmək uzaq durmaq daha yaxşıdır

[8] Əqli nəqli hökmə əsasən minbərə çıxıb «فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى» «məni tapmayacağınız vaxt gəlməmiş məndən soruşun» demək cürəti Əli ibn Əbu Talib pak İmamlardan başqa kimsədə yoxdur. Çünki suallar müxtəlif saysız-hesabsızdır. Bəziləri əqli, bəziləri nəqli, bir qismi aləmdə müşahidə olunana, başqa bir qismi isə qeyb aləminə, eləcə keçmişə ya gələcəyə, yaxud indiki zamana aid olur. Allah tərəfindən təsdiqlənmiş, elm-hikmət mənbəyi, kamal-mərifət çeşməsindən əvvəlkilərin sonuncuların elmlərini öyrənmiş şəxsdən başqa heç kəs bu suallara cavab verə bilməz.

[9] Fitnəkarlar hər yerdə fəsad törədərlər. Bəzən bir şəhərin əhalisini öz alovları ilə yandırar, bəzən həmin şəhərdən keçərək başqa bir şəhərin əhalisini yandırarlar.

[10] O, Allah Peyğəmbərinə hörmətsizlik edərək onun iki nəvəsini - İmam Həsən İmam Hüseyn əleyhiməs-salamı qətlə yetirdi, Allahın evini dağıtdı, səksən il İslamın minbərlərindən Əmirəl-mömininə hörmətsizlik edərək camaatı o Həzrətdən uzaqlaşmağa məcbur etdi. Bu çirkin əməli qəbul etməyənləri şəhərdən çıxardaraq yurdlarını viran qoydu. Peyğəmbərin sünnəsini bidət, bidəti isə sünnə bilirdilər.

[11]Əgər Qüreyş, yəni, Bəni-Üməyyə Bəni-Abbasdan gördükləri bütün çətinlik, hərc-mərclik, zəlillik çarəsizlikdən sonra O Həzrəti tapsaydılar, Onun ayaqlarına düşüb xəlifəliyi hakimiyyəti qəbul edərək dünyadan zülm, sitəm, fitnə-fəsadın pasını silməsi üçün zar-zar ağlayardılar. Tarixçilərin nəql etdiyi məşhur bir hadisə deyilənləri təsdiqləyir: «Bəni-Üməyyənin son padşahı Mərvan ibn Məhəmməd Xorasan qoşununun sərkərdəsi olan Abdullah ibn Məhəmməd ibn Əli ibn Abdullah ibn Abbası gördükdə «ey kaş bu cavanın yerində, bu bayrağın altında Əli ibn Əbu Talib qoşuna rəhbərlik edəydi» demişdi.

[12] Əşyanın mənşəyidir, son deyil ki, Onun əvvəli olsun. Çünki əvvəli axırı, sonu olmaq cismə xas xüsusiyyətlərdəndir Allah bunlardan uzaqdır.

[13] Həzrət Adəm əleyhis-salamdan Xatəmül Ənbiya Həzrət Məhəmməd səlləllahu əleyhi alihə qədər bütün peyğəmbərlərin ataları Allaha inanmış, şirkə, küfrə bulaşmamış ailə məsələlərində ilahi qanunlara, şəriətə zidd rəftar etməmişlər.

[14] Belə isə vaxtı qənimət bilərək fürsəti əldən verməyin ki, Allahın razılığını əldə etmək üçün bir görə biləsiniz. Çünki can bədəndən çıxandan sonra Allahın razılığını qazanmaq üçün görmək mümkün deyil. Qurani-Kərimin Rum surəsinin 57-ci ayəsində buyurulduğu kimi: فَيَوْمَئِذٍ لَّا يَنفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ «Qiyamət günü zülm edib kafir olanlara, ilahi göstərişə əməl etməyənlərə üzrləri heç bir fayda verməz onların əzabı aradan qaldırılması üçün heç bir yolu yoxdur. Çünki ora görmək məkanı deyil, ora sorğu-sual hesab yeridir».

 

  590
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment