Azəri
Saturday 23rd of March 2019
  714
  0
  0

Zühur dövrünün gizli qalmasının sirri

Zühur dövrünün gizli qalmasının sirri

Qeyd olunduğu kimi, hikmətli Allahın iradəsi əsasında zühur zamanı bizə məxfi qalmışdır və şübhəsiz, bu məsələ müəyyən hikmətlərə əsaslanır ki, onlardan bə`zilərini qeyd edirik.

Ümidin davam etməsi

Zühurun vaxtı gizli qaldığından, ümid nuru bütün əsrlər boyu intizarçıların qəlblərində canlı və daimi qalacaqdır ki, nəticədə qeybət dövrünün çətinliklərinə və təzyiqlərinə müqavimət göstərsinlər. Doğrusu, əgər keçən yüz illiklərin şiələrinə: «Zühur sizin dövrünüzdə deyil, gələcəkdə baş », deyilsəydi onlar hansı ümidlə dövranlarının fitnələri qarşısında müqavimət göstərə qeybət dövrünün enişli-yoxuşlu çətinliklərini salamatçılıqla arxada qoya bilərdilər?!

Zəminə yaratmaq

Şübhəsiz, inkişaf və fəaliyyətin ən mühüm amillərindən olan «qurucu intizar» yalnız zühur zamanının məxfi qalması sayəsində formalaşa bilər. Çünki zühur vaxtının tə`yin olunması ilə eyni zamanda zühuru görməyəcəklərini bilən şəxslərdə quruculuq hərəkatı üçün heç bir əsas qalmaz və onlar öz sükunət və ətalət hallarını davam etdirərdilər.

Zühur vaxtın gizlin qalması ilə, bütün əsrlərin və dövranların insanları zühuru öz dövrlərində görmək ümidi ilə daim sə`y və fəaliyyət edirlər ki, zühurun şəraitlərini yaratsınlar, öz cəmiyyətlərini islahatçı və saleh bir cəmiyyətə çevirsinlər.

Bundan əlavə, zühur vaxtının müəyyən olunacağı təqdirdə, əgər müəyyən məsləhətlər üzündən və`dəsi verilmiş vaxtda zühur baş verməzsə, insanların çoxu İmam Məhdi (ə)-a e`tiqadın özündə belə, şəkk-şübhəyə düçar olardılar.

«Zühur üçün müəyyən bir vaxt tə`yin edilmişdirmi?» –deyə verilən sualın cavabında imam Baqir (ə) buyurmuşdur: «Zühur üçün vaxt tə`yin edənlər yalan deyirlər! (Bu sözü üç dəfə təkrar etdi.) Musa Allahın də`vəti ilə öz qövmünün arasından otuz gün müddətində getdiyi və Allah onunla otuz günə əlavə olaraq on gün də söhbət etdiyi zaman, onun qövmü dedilər: «Musa öz və`dəsinə əməl etmədi, ona yaraşmayan işləri gördü!» (Nəticədə dindən çıxaraq danaya pərəstiş etməyə başladılar).»[1]

Qiyam hadisəsi

Hamı bilmək istəyir ki, görəsən, İmam Məhdi (ə)-ın dünya səviyyəli qiyamınında hansı hadisələr baş verəcək İmam öz hərəkatını haradan və necə başlayacaq, o həzrətin müxaliflərlə rəftarı necə olacaqdır və bir sözlə, o həzrət bütün dünyaya necə qələbə çalacaq, dünya işlərini necə öhdəsinə alacaqdır?! Bu və bu kimi çoxlu suallar zühura müştaq olan hər bir insanın fikrini özünə məşğul etmişdir. Lakin həqiqət bundan ibarətdir ki, bəşəriyyətin son ümidinin qiyamı ilə əlaqədar hadisələr barəsində danışmaq olduqca çətin bir məsələdir. Çünki bu hələ baş verməmiş (gələcək) hadisələr barəsində bir növ irəlicədən xəbər verməkdir, və təbiidir ki, o hadisələr barəsində dəqiq xəbər əldə etmək mümkün deyildir.

Bu bölmədə qeyd edəcəklərimiz imam Məhdi (ə)-ın zühur dövranında baş verəcək hadisələrdən ibarətdir ki, çoxlu rəvayət kitablarında nəql olunmuşdur. Bu barədə yalnız zühur dövrünün hadisələri barədə uzaq bir proqnoz vermək olar.

Qiyamın keyfiyyəti

Zülm, puçluq və haqsızlığın bütün aləmi bürüyərək, onu zülmətli etdiyi, zalımların yer üzünü özlərinin bəd əməl və namərdliklərinin cövlangahına çevirdiyi və dünya məzlumlarının kömək üçün asimana əl açdıqları bir vaxt gözlənilmədən asimani nida gecə qaranlıqlarını yaracaq, mübarək ramazan ayında və`dəsi verilmiş böyük hadisə baş verəcək[2], qəlblər döyünməyə başlayacaq, gözlər bərələcəkdir! Batilə pərəstiş edənlər qorxulu və iztirablı halda iman sübhünün açılmasından qorxaraq özlərinə çarə etmək fikrinə düşəcəklər. Məhdi (ə)-ın intizarını çəkənlər hər bir şəxsdən onun xəbərini alacaqlar, onunla görüşmək və o həzrətin köməkçilərin cərgəsində olmaq üçün canlarından başlarından keçəcəklər.

O dövrdə böyük bir məntəqəyə –Suriya, İordaniya və Fələstinə hakim olan Süfyani bir ordu düzəldərək İmamla mübarizəyə qalxacaqdır. Məkkə yolunda İmamı təqib etmək məqsədində olan Süfyani ordusu «Beyda» adlı bir çöldə yerə bataraq məhv olacaqlar.[3]

Nəfsi Zəkiyyənin şəhadətə çatmasından azacıq sonra İmam Məhdi (ə) yaşı qırxa çatmayan cavan bir insan surətində Məscidül-həramda zühur edəcəkdir. O, peyğəmbəri Əkrəmin (s) göynəyini geymiş, o həzrətin bayrağını əlinə almış olacaqdır. O Kə`bə divarına dayanaraq rükn ilə Məqam arasında zühür nəğməsini züm-zümə edəcək, Allaha həmd-səna etdikdən, Peyğəmbərə və onun Əhli-beytinə salavat göndərdikdən sonra buyuracaqdır: «Ey insanlar! Biz qüdrətli Allahdan kömək istəyir və dünya əhlindən bizim çağrışımıza müsbət cavab verən hər kəsi köməyə çağırırıq!»

Ondan sonra özünü və xanədanını təqdim edərək belə nida verər:

فَالله الله فينا لاتَخْذُلُونا وَانصُرُونا يَنْصُرْكُمُ اللهُ تَعالىِ

«Bizim hüquqlarımıza riayət etmək barəsində Allahı nəzərə alın! Bizi (ədaləti yaymaq və zülmlə mübarizə aparmaq meydanında) tək qoymayın, bizə kömək edin, çünki Allah sizə kömək edəcəkdir.»

İmamın çıxışı qurtardıqdan sonra asiman əhli (bu nidaya cavab verməkdə yer əhlindən qabaqa keçər və) dəstə-dəstə yer üzünə nazil olaraq İmamla beyət edərlər. Halbuki, onların qarşısında vəhy mələyi Cəbrail İmamla be`yət etmiş olacaqdır. Bundan sonra dünyanın müxtəlif ölkələrindən vəhy diyarına gələn 313 seçilmiş şəxsiyyət imamət günəşinin ətrafında halqa vuraraq vəfalı qalmaq barədə onunla əhd-peyman bağlayarlar. Bu hadisə on min nəfər fədainin imamın ətrafında cəm olacağı vaxta qədər davam edər və bunların hamısı Peyğəmbər övladı ilə bey`ət edərlər.[4]

İmam öz ordusu və qoşunları ilə qiyam bayrağını qaldırar, sür`ətlə Məkkə və onun ətrafına hakim kəsilər və Peyğəmbər diyarını yaramaz insanların murdar və iyrənc vücudlarından paklayar. Bundan sonra Mədinəyə doğru yola düşər ki, ədalət və mehribançılıq sayəsini oraya salsın, şəhərin inadkarlarını öz yerində oturtsun. Sonra İraqa yola düşüb, Kufə şəhərini özünün dünya səviyyəli hökumətinin mərkəzi qərar verər və oradan qiyamı idarə etməyə başlayar, dünya xalqlarını islama, və Qur`an qanunları sayəsində yaşayışa də`vət və zülm və haqsızlığı məhv etmək üçün öz köməkçilərini və nur ordularını dünyanın müxtəlif yerlərinə göndərər.

İmam dünyanın ən mühüm və strateji məntəqələrini biri digərindən sonra fəth edəcəkdir. Çünki o həzrət vəfadar və imanlı köməkçilərindən əlavə, Allah dərgahından gələn mələklərin köməyindən də bəhrələnəcəkdir. Peyğəmbəri Əkrəm (s) kimi, Allah tərəfindən düşmənlərin qəlbinə salınan qorxudan istifadə edəcəkdir. Allah onun özü və köməkçilərinin qorxusunu düşmənlərin qəlbinə elə salacaqdır ki, elə heç bir qüdrət o həzrətlə qarşılaşa bilməyəcəkdir.

İmam Baqir (ə) buyurmuşdur: «Bizdən olan Qaimə (düşmənlərin qəlbinə salınacaq vəhşət) qorxusu ilə kömək olunacaqdır.»[5]

Qeyd etmək lazımdır ki, İmamın ordusunun vasitəsi ilə fəth olunan yerlərdən biri Beytül-müqəddəsdir.[6], Ondan sonra baş verəcəkçox bərəkətli bir hadisə imam Məhdi (ə)-ın qiyam və inqilabında müqəddəratı həll edəncək və o həzrətin cəbhəsini gücləndirəcəkdir. Bu da Həzrəti İsa (ə)-ın asimandan yer üzünə nazil olmasıdır. Qur`anın buyurduğuna görə hal-hazırda diri olan və asimanlarda yaşayan İsa (ə) yer üzünə nazil olacaq, İmam Məhdi (ə)-a iqtida edərək onun arxasında namaz qılacaq və beləliklə də şiələrin 12-ci rəhbərinin həzrət İsa (ə)-ın özündən və onun köməkçilərindən üstün və fəzilətli olduğunu bütün dünyaya e`lan edəcəkdir.

Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Məni haqqa doğru mə`bus edən və insanlara müjdə verən olaraq seçən Allaha and olsun! Əgər dünyanın axırına bir gündən artıq qalmasa belə, Allah taala həmin günü o qədər uzadacaqdır ki, axırda oğlum Məhdi o gündə qiyam etsin. Ondan sonra İsa ibni Məryəm nazil olaraq Məhdinin arxasında namaz qılacaqdır.»[7]

Həzrəti İsa (ə)-ın bu əməlinin ardınca dünya xalqlarının əksəriyyətini təşkil edən məsihilərin çoxu sonuncu ilahi zəxirəyə və şiələrin rəhbərinə iman gətirəcəklər. Sanki Allah taala İsanı belə bir gün üçün saxlamışdır ki, haqq ardıcılları üçün hidayət çırağı olsun.

Əlbəttə, həzrəti Məhdi (ə)-ın hidayətçi əlləri vasitəsilə möcüzələrin və bəşəriyyətin düz yola hidayət olunması üçün elmi bəhslərin baş verməsi də o, həzrətin böyük inqilabi proqramlarının bir hissəsidi.

Həmin məqsədlə imam tərhrif olunmamış (əsl) Tövratın lövhələrini –yəhudilərin müqəddəs kitabını dünyanın müəyyən bir nöqtəsində dəfn olunduğu halda çaxaracaqdır.[8] Onun imamət nişanələrini həmin lövhlərdə görən yəhudilər o həzrətə iman gətirəcəklər. Digər din ardıcılları da bu böyük hadisələri müşahidə etməklə, imamın haqq peyğamını eşitməklə və onun mö`cüzələrini görməklə dəstə-dəstə o həzrətə qoşulacaqdır. Allah Taalanın labüd vədəsi məhz də bu yolla gerçəkləşəcək, və əziz İslam bütün dinlərə qalib gələcəkdir:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

O həmin Allahdır ki, öz Peyğəmbərini hidayət və haqq dini (dəlilləri) ilə göndərdi ki, müşriklərin xoşuna gəlməsə də (axırda) onu bütün dinlərə qalib etsin.

Bu hadisələrdən sonra yalnız quldurlar və zalımlar o həzrətin haqq də`vəti və həqiqətin qarşısında təslim olmayacaq və bu qrup da mö`minlərin əksəriyyət təşkil edən qələbələri müqabilində müqavimət göstərə bilməyəcək, Həzrəti Məhdi (ə)-ın ədalət qılıncı ilə öz yaramaz əməllərinin cəzasına çatacaqlar, eləcə də yer və onun əhli həmişəlik olaraq zülm və fəsadan amanda qalacaqlar.



[1] Qeybəti Nömani, 16-cı bab, 13-cü hədis, səh. 305

[2] Qeybəti Nömani, 14-cü bab, hədis. 17

[3] Biharul-ənvar, 53-cü cild, səh. 10

[4] Qeybəti Nömani, 14-cü bab, səh. 67

[5] Kamalud din, birinci cild, 32-ci bab, 16-cı hədis, səh. 603

[6] Ruzigari rəhayi, birinci cild, səh. 554

[7] Biharul-ənvar, 51-ci cild, səh. 71

[8] Ruzigari rəhayi, birinci cild, səh. 522

  714
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
      Lütfən, Qədir-Xum xütbəsini tam şəkildə bəyan edin.
      Həzrət Zeynəbin (s) dəfn yeri hansı ölkədədir?
      Peyğəmbərə (s) görə salamın əhəmiyyəti nədir?
      Həzrət Müslim kim idi?
      Ayətullah Behcətin (rəhmətullahi əleyh) dediyi “bu əsrin qocaları da imam Zaman ...
      Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə ...
      İmam Həsənin (ə) böyük olmasını nəzərə aldıqda, nə üçün İmamət İmam Hüseynin ...
      Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, ...
      İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər dinlərin ...

 
user comment