Azəri
Wednesday 27th of March 2019
  955
  0
  0

ZIDDIYYӘTIN FӘLSӘFI ӘSASI

ZIDDIYYӘTIN FӘLSӘFI ӘSASI

Dayaq nöqtəsi hərəkət və tərpənmə olan dünyada, mütləq ziddiyyət hakim olmalıdır. Hərəkət sə`y və təlaşdır, təlaş da çarpışma və qarşıdurma olan yerdə gerçəkləşir.

Başqa ifadə ilə desək, heç bir təbii hərəkət məcburiyyətsiz mümkün deyil. Cism özünün qeyri-təbii yerində olanda öz təbii yerinə doğru hərəkət etməyə başlayır. Lakin cism öz təbii yerində olanda sakit və hərəkətsiz olur. Insan da kamala doğru, ona malik olmadığı təqdirdə tələsir. Insanın səadəti həmişə hansısa mətləb və hədəfin olmasındadır və hədəfə malik olmaq məhrumluq və həmin şey olmayanda həyata keçir.

Biz dialektik məntiqi hərəkəti, ziddiyyət və təbiətin hissələrinin bir-birinə bağlılığına əsaslanana qədər qəbul edirik. Bu əsl, ən qədim zamanlardan Islam filosoflarının diqqət mərkəzində olub. Bizim yolumuzu onlardan ayıran və Hegeldən sonra dialektik təfəkkürün özəyi sayılan şey, başqa şeylər, o cümlədən düşüncənin də maddə kimi hərəkət, ziddiyyət və sairənin tə`siri altına düşməsidir. Hərəkət, ziddiyyət və qarşılıqlı tə`sir qanunları təbiətə aid olduğu çərçivədə düzgündür və onlar fəlsəfi əsaslardır. Amma onların məntiq adlandıraraq mə`rifət və agahlığı da həmin qanunlara tabe etmək istəmələri qəbul edilməzdir. Indi həmin məsələlər barəsində söhbət etmək imkanımız yoxdur.

ÜMUMI NӘTICӘ

Bizim, ilahi ədalət baxımından şərlər məsələsi barəsindəki söhbətimiz burada sona çatır. Biz ölüm məsələsini, xüsusi mülahizə ilə müstəqil bir fəsildə araşdıracağıq. Mən burada, üçüncü fəslin sonunda dediklərimizdən əlavə, indiyə kimi dediklərimizin xülasə və ümumi əsaslarını bir daha xatırlatmaq istəyirəm.

1. Hikmət sifəti, yə`ni Allah və insanın həkim olması, iki cür gerçəkləşir. Insanın həkim olmasının mə`nası budur ki, onun hər bir işdə əqli hədəfi vardır və o həmin hədəflərə çatmaq üçün öz işlərində ən ali və üstün hədəflər və ən yaxşı vasitələri seçir. Amma Allah-taala mütləq ehtiyacsızdır və O hansısa hədəf axtarmır. Onun malik olmadığı və buna görə də axtara biləcəyi hansısa kamillik yoxdur. Allahın həkim olmasının mə`nası budur ki, O, varlıqları onların özlərinin imkanları olan layiqli kamala çatdırır. Onun işi varlığı kamala çatdırmaq olan yaratmaq və ya şeyləri kamilliyə çatdırmağın digər bir növü olan tədbir, təkmilləşdirmək və əşyaları onların ikinci dərəcəli kamilliklərinə doğru sövq etməkdir. Sual və iradların bə`ziləri, Allahın həkim olmasını insanın həkim olmasına bənzədərək onları bir-biri ilə müqayisə etməkdən yaranır. Adətən «filan şey nə üçün yaranıb?» sualı veriləndə, sualı soruşan, məsələni öz zehnində «Allahın həmin işdən hədəf və məqsədi nədir?» formasında irəli sürür. Amma o, bu məsələdən xəbərsizdir ki, bizim, Allah üçün də insan üçün qail olduğumuz kimi hədəfə qail olmağımızın mə`nası, Allahın da insan kimi öz işlərinin çatışmazlıqlarını düzəltməsi və özünü kamilləşdirməsidir. Әgər əvvəlcədən, Allahın Həkim olmasının mə`nasının, Onun zatının deyil, işlərinin hədəfə malik olması demək olmasına, hər bir məxluqun hikmətinin onun canında gizlənmiş bir hədəf olmasına və Allahın hikmətinin varlıqları onların təbii hədəflərinə doğru sövq etmək olmasına diqqət yetirsək qabaqcadan cavabımızı əldə edəcəyik.

2. Ilahi feyzin mə`nası, dünyanın hamısını bürüyən və xüsusi quruluşa malik olan bir feyzdir, yə`ni onların arasında dal-qabaqlıq, səbəb-nəticəlik hakimdir və bu quruluş dəyişməzdir. Belə ki, heç bir varlıq öz məqam və dərəcəsindən kənara çıxaraq başqasının məqamını tutmaq imkanına malik deyil. Varlıqlar, xüsusilə insanın təkamül hərəkəti öz məqamını tərk edərək başqasının məqamını tutmaq deyil, insanın vücudunun genişliyi mə`nasınadır. Varlıqların məqam və dərəcəyə malik olmaları, onların arasında naqislik və kamillik, güclülük və zəiflik baxımından fərq və ixtilafın hakim olmasını tələb edir. Bu qism ixtilaflar ayrı-seçkilik deyil.

3. Allahın yaratması cüz`i və təsadüfi deyil, ümumi və zəruridir.

Bu barədə olan səhvlərin digər bir kökü Allah işlərinin insanın işləri ilə müqayisəsidir. Belə ki, bə`ziləri belə güman edirlər ki, Allahın işləri də insanın işləri kimi cüz`i və təsadüfi ola bilər.

Insan, varlıqların biri və quruluşun bir hissəsi olduğu və onun iradəsi, cüz`i və təsadüfi səbəblərin oylağı olduğu üçün müəyyən zaman və məkanda — müəyyən şəraitin tə`siri altında — məsələn, bir zavod tikmək qərarına gəlir. O, heç bir təbii bağlılıqları olmayan şeyləri, o cümlədən kərpic, sement, dəmir, torpaq, əhəng və sairəni toplayaraq, onları sü`ni əlaqələrlə xüsusi şəkildə bir-birinə birləşdirərək zavod tikir.

Bəs Allah-taala necə? Görəsən Allahın möhkəm yaradılışı da bir neçə yad şey arasında sü`ni və müvəqqəti əlaqə yaratmaq qismindəndirmi?

`ni və müvəqqəti əlaqə yaratmaq, birincisi, varlıq aləminin bir hissəsi olan və onda hakim olan qanunlara tabe, ikincisi, müəyyən çərçivədə əşyaların mövcud qüvvə, güc və xüsusiyyətlərdən bəhrələnmək istəyən, üçüncüsü, iradəsi cüz`i səbəblərin oyuncağı olan (məsələn, o özünü soyuq və istidən ev vasitəsi ilə qoruyur) dördüncüsü, failliyi yaratmaq deyil, hərəkət failliyi həddində olan, yə`ni heç nə yaratmayan və varlıqları yalnız hərəkətə gətirərək yerini dəyişdirmək yolu ilə bir-biri ilə əlaqələndirən insan kimi varlığa layiqdir. Amma Allah yaradıcı faildir. O, əşyaları bütün qüvvə, güc və xüsusiyyətləri ilə yaradıb və həmin qüvvə və xüsusiyyətlər, bütün sahələrdə bərabər və yeksan tə`sir göstərirlər.

Məsələn, Allah-taala od, su və elektriki yaradır. Amma insan həmin od, su və elektrik arasında bir növ sü`ni əlaqə yaradaraq onlardan bəhrələnir. Insan bu sü`ni əlaqəni elə tənzimləyir ki, ondan özünə faydası olan müəyyən yerdə istifadə edir (məsələn, işığın kilidini vurur) və lazım olmayanda ondan istifadə etmir, (məsələn işığı söndürür). Allah-taala isə həmin şeyləri bütün xüsusiyyət və tə`sirləri ilə birlikdə yaradandır. Odun zəruri xüsusiyyəti yandırmaq və qızdırmaq, elektrikin xüsusiyyəti isə işıqlıq və hərəkət yaratmaqdır. Allah od və ya elektriki müəyyən şəxs üçün yaratmayıb və belə bir işin olmasının mə`nası da olmazdı ki, məsələn o, birinin evini qızdırsın, amma paltarını yandırmasın. Allah, xüsusiyyəti yandırmaq olan odu yaradıb. Deməli, odu ilahi hikmət baxımından varlıq aləmində ümumi nəzərə almaq lazımdır. Onun vücudu ümumilikdə xeyirli və lazımdır, yoxsa artıq və zərərli? Burada onu cüz`i nəzərə alaraq kiminsə evini qızdırması, digərinin isə anbarını yandırmasını fikirləşmək lazım deyil.

Başqa sözlə desək, hədəfləri Allahın zatının deyil, işlərinin hədəfi kimi nəzərə almaqdan əlavə, bilməliyik ki, Haqqın işləri cüz`i deyil, ümumi və təsadüfi deyil, zəruri hədəflərə malikdir.

4. Bir şeyin vücuda gəlməsi üçün Allahın tam failliyi kifayət etmir, yaranmalı olan şeyin yaranmaq qabiliyyəti və iste`dadının olması da şərtdir. Bə`zi varlıqların bə`zi ne`mətlərdən məhrum olmalarının mənşəyi onların müəyyən şeyə lazım olan iste`dadlara malik olmamalarıdır. Barələrində bundan əvvəl danışdığımız acizlik, zəiflik, nadanlıq və sairə kimi yoxluq qismli şərlər, bəşəriyyətə aid olması, yə`ni quruluşun cüz`i və təsadüfi cəhətləri deyil, Allahın müqəddəs zatı, yə`ni quruluşun ümumiliyi baxımından, iste`dadların naqisliyindən yaranıb.

5. Allah-taala zatən vacibul-vücud olduğu kimi, bütün cəhət və heysiyyətlərdən də vacibdir. Hansısa bir varlığın vücuda gəlmək və ya kamala çatmaq imkanı ola-ola, Allah tərəfindən ona həmin feyzin əta edilməməsi qeyri-mümkündür. Bə`zən bir varlığın hansısa bir şəraitdə, bir kamalı əldə etmək imkanına malik ola-ola ondan məhrum qalması, külli və zəruri səbəblər əsasında olan imkan deyil, cüzi və təsadüfi səbəblər əsasında olan imkandır.

6. Şərlər ya yoxluq, ya da digər əşyalarda yoxluq mənşəyi olan varlıqlardır və onlar yoxluq mənşəyi olduqları üçün şərdirlər.

7. Ikinci qism şərlərin şərlikləri onların öz-özlərində deyil, nisbi və izafi vücudlarındadır.

8. Doğrudan da mövcud olan, yaradılan və səbəb-nəticənin əlaqə qurduğu şey, izafi vücud deyil, həqiqi vücuddur.

9. Şərlər ümumi baxışda zati deyil, tabeçilik və ərəzlə olan məxluqdurlar.

10. Dünya parçalanmaz bir vəhdətə malikdir və onun bə`zi hissələrinin aradan götürülərək bə`zisinin saxlanılması sırf xülya və xəyal oyunudur.

11. Şərlər və xeyirlər bir-birindən ayrı, iki sıra və cərgədə duran şeylər deyildirlər və onlar bir-birlərinə qarışıblar. Yoxluqlar varlıqlardan, izafi vücudlar isə həqiqi vücudlardan ayrılmazdır.

12. Dünyanın parçalanmazlığı prinsipinə əsasən, təkcə yoxluqlar varlıqlardan və izafi vücudlar həqiqi vücudlardan deyil, həqiqi vücudlar da bir-birlərindən ayrılmazdır.

13. Varlıqlar tək və müstəqil olmaları baxımından bir hökmə, nəyinsə bir hissəsi və hansısa bir əndamın üzvü olmaları baxımından isə başqa bir hökmə malikdirlər.

14. Birlik və əndamvarilik hakim olan yerdə, təklik və müstəqilin olması e`tibari və intizaidir.

15. Әgər şər və çirkinlik olmasaydı, xeyir və gözəlliyin mə`nası olmazdı.

16. Şər və çirkinliklər xeyir və gözəlliklərin aynasıdır.

17. Şərlər xeyirlər qaynağı, müsibət və çətinliklər isə xoşbəxtliklər anasıdır.

 

  955
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment