Azəri
Monday 20th of May 2019
  1486
  0
  0

Bu da həmin xütbənin

Bu da həmin xütbənin
(
əşyanın xilqəti pak Allahın yaradılmışların
sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir

 

Böyük Allah yaratdığının varlıq mövcudluğunu müəyyən etmiş onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi yaratması başa çatdı. (Onun iradə istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın.[1] Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd ölçülərdə, sifət xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.

 

Bu xütbənin bir hissəsi
səmanın vəsfi haqqındadır

 

(Allah-təalanın əşyanın yaradılmasındakı güc qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)

Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı.[2] Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi.[3] Onun bağlanmış qapılarını yığıldıqdan sonra[4] açdı.[5] Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən dağılmaqdan qorudu.[6] Öz yerində dayanıb Onun buyruq iradəsinə tabe olmağını əmr etdi.[7] Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi getməli olduqları mənzil yollarda hərəkətlərini müəyyən etdi[8] ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı işlərin hesabı onların hərəkətinin əsasında bilinsin.[9] Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə cismi) asılı vəziyyətdə saxladı. dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı.[10] Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu uğursuzluğunu (müvafiq olanları müvafiq olmayanlarını Öz iradəsi əmri ilə) ram bərqərar etdi.[11]

 

Bu xütbənin bir hissəsi mələklərin
vəsfi barəsindədir[12]

Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq onun üst qatını abadlaşdırmaq üçün misilsiz heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak təmiz yerlərdə əzəmət böyüklük pərdələrinin arxasında (onları ibadət itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur işıq parıltıları var. Deməli, öz yerlərində heyran sərgərdan dayanırlar.[13] Allah-təala onları cürbəcür surət şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü ucalığına həmd etsinlər.[14] Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir.[15] Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi.[16] Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm güclü inamlarına, etiqadlarına heç bir zənn güman yol tapmadı (ki, zənn yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-təalanın əzəməti böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib ( qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər.[17] Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava boş yerin arasındakı bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət itatət onları hər şeydən saxlayıb imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanın qüdrət əzəmətini bildiklərinə görə) Onun (əzabının) xof qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı böyüklüyü müqabilində ahu-zarları təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir.[18] Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar ( başqasına ürək bağlamırlar). Münacat (Allah-təala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər Haqla olan razü-niyazları kəsilsin. İbadət itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən itaətin çoxluğundan) rahatlıq dinclik istəmirlər ki, Allah-təalanın əmr fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət rahatlıq heyvani məzacın tələbatlarındandır mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar səylərinə anlaşılmazlıq unutqanlıq qalib gəlməz məkr yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar.[19] Mələklərin Allaha ibadət itaətlə məşğul olmaq şövqü sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən əzabının qorxusundan ibarətdir (həmişə xof ümid içində olar bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət səylərindən əl çəksinlər süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı) səy zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-təala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk şübhələr onları dəstə-dəstə etməmiş, əzm iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm iradələri Allaha ibadət itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin itaətin çoxluğu nəticəsində elmlərini yəqinliklərini artırırlar. Allahlarının izzəti qüdrəti qəlblərindəki əzəmət böyüklüyü çoxaldır.[20]

 



[1] Qurani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: «بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ» Göyləri yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız «Oldeyər. O da dərhal olar.

[2] Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə itələmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.

[3]Qurani-Kərimin Fussilət surəsinin 11 12-ci ayələrində buyurulduğu kimi: «ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ» O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü buxar halında idi. O, göyə yerə belə buyurdu: «istər-istəməz gəlin hazır olun» «göy yer» «itaət edərək boyun əyərək gəldik»-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan hər bir şeyin hikmətini bilən Allahın təqdiridir» Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə yerə əmri, onların cavabı, razılıqları meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə istəyi ilə yarandıqlarını güc qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ  «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq «Ol!»-deməkdir. O da dərhal olar».

[4] Rəhmətin nazil olması yağış üçün.

[5] Qurani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ» «Məgər kafir olanlar, Allaha peyğəmbərə iman gətirməyənlər göylə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tovhid nişanələrini gördükdən sonra yenə iman gətirməzlərHədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə Həzrət İmam Məhəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: «Sən bəlkə səmanın yerə bitişik olduğunu sonradan ayrıldığını güman edirsənHəmin şəxs dedi: «Bəli». Həzrət buyurdu: «Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-təalanın «səma yer bağlı idi» buyurmasının mənası budur ki, göylər yağdırmır yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: «Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan onların bildiklərini bilirsən

[6] Qurani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ «Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmiYəni, istəsə, yerə düşər.

[7] Necə ki, Qurani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ «Onun əmri iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir.

[8] Qurani-Kərimin Yasin surəsinin 38 39-cu ayələrində buyurulur: «وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ  » «Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru əyri budağı kimi hilal şəklində olar. Günəşi ayı gecə-gündüzün əlaməti etdi.

[9] Qurani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: «وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً» Biz gecə gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik.

[10] Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu «Parlaq ulduzlardan göylərə gözətçi qoydu» cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qurani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: « وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ» «Biz səmada bürclər ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər onu yandırar.

[11] Bu cümlə Qurani-Kərimin Əraf surəsinin 54- ayəsində buyurulana işarədir: «إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ» «Həqiqətən Rəbbiniz göyləri yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən onu sürətlə təqib edən gecəni, günəşi, ayı ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, «maddə müddətsiz» bir şeyin yaranmasına iradə əmr etmək Ona məxsusdurAləmlərin Rəbbi olan Allah qədər uca, qədər böyükdür! Burada ulduzların uğurlu uğursuz olmaması, yəni, dünyada pis yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində bol ərzağın olması əksinə, yağışın vaxtında yağdığı illərdə məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əşəs ibn Qeysin qardaşı Əfifə demişdir bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək ya müxtəlif fikirləri cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ)

[12]İbn Əbil-Hədid «Nəhcül-Bəlağənin şərhi» kitabında bu hissədə haqqa həqiqətə uyğun olaraq yazır: إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل «Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan qil çayı quruyub öz əhəmiyyətini itirər». Bu rəbbani kəlam müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin bu sözlərə yaxın münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) səhabələri müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi ya ucsuz-bucaqsız çöllər səhralar buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) səhabəsi müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq məhəbbətləri hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Quranın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə İmam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan İmam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar Allah-təalanın əzəmət böyüklüyünə qəlbində bədən üzvlərində yer verər, Ona diqqət yetirər elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir.

[13] Öz təsbih şükrləri ilə göylərdə qovğa salan, narahatlıq iztirab yaradan mələklərin Allah-təalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən həqiqəti dərk edilməkdən pak nöqsansızdır.

[14] Qurani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: «الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ» «Göyləri yeri yaradan, ikiqanadlı, üçqanadlı dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun». Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: «Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir

[15] Allah-təalanın icazəsi olmadan söz danışmır Onun əmrinin ziddinə görmürlər. Necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: « وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون» «Kafirlər cəhalət nadanlıqla dedilər: «Rəhman mələklərdən Özünə övlad götürdü!». O, belə sözlərdən pak müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə görərlər».

[16] Qurani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: «اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ» «Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər onların ümmətlərinin vəziyyətini görər». İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi: وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ  «Mələklərin bir dəstəsi Allah-təalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil tərcümandırlar, hökm fərmanını çatdırmaq üçün gedib-gələrlər

[17] Onların bir dəstəsi yağışın qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.

[18] Qurani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi: يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ «Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər».

[19] Çünki Allahı tanımağın dərəcəsinin həddi hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmiş olsa, ondan daha yüksək mərtəbə var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil.

[20] Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından örnək götürərək Allaha ibadətdə onların ardınca getsinlər şeytanların vəsvəsələrindən uzaqlaşsınlar.

  1486
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Hindistan ABŞ-a etiraz etdi: İran neftini digər ölkənin nefti ilə əvəz etmək bu asanlıqla ...
      İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on ...
      Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ...
      Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
      Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?

 
user comment