Azəri
Thursday 23rd of May 2019
  694
  0
  0

Az silahdaşlarla bütün dünyanı ram etmək mümkündürmü?

 

Az silahdaşlarla bütün dünyanı ram etmək mümkündürmü?

Sual:

Mümükündürsə izah edin: İnsan cəmiyyətinin günbəgün artımına rəğmən - bugün dəqiq siyahiyəalınmalara əsasən yer kürəsində üç milyarddan artıq insan yaşayır – həzrət Sahib əz- Zaman (ə) necə üç yüz on üç nəfər ilə dünyanı ram edəcəkdir?

Necə mümkündür ki, üç milyard nəfər az sayda bir insana təslim olsun və öz adət, əxlaq, ayin və ənənələrindən əl çəksinlər?

O Həzrətin qələbəsi möcüzə və qeyri- adi vasitələrlədir ya təbii səbəb və amilləri nəzərdə almaqla da o Həzrətin qələbə və zəfər çalması mümkündür?

Cavab:

Hədis və rəvayətlərə əsasən həzrət Sahibəl-Əmr (ə) üzə çıxanda birinci o Həzrətin xüsusi səhabələrindən üç yüz on üç nəfəri  müqəddəs Məkkə şəhərində özlərini onun xidmətinə yetişdirəcəklər, səhabə və toplaşanların sayı on min nəfərə çatanda Məkkədən xaric olacaqlar. 1

O Həzrətin və ümümdünya islam hökumətinin qələbəsinə gəldikdə isə, həm mümkündür möcüzə və qeyri- adi vasitələrlə baş versin və həm mümkündür təbbi səbəb və amillərin hazır olması ilə həyata keçsin və həm də mümkündür bunların hər ikisi ilə olsun, necə ki, əziz peyğəmbərimiz (s) və  islam qüvvələrinin qələbə və irəliləməsi bu hər iki növ ilə idi.

Möcüzə və qeyri-adi vasitələrə gəldikdə, izaha ehtiyac yoxdur ki, o Həzrət üçün belə bir mütləq qələbənin baş verməsi, Allahın istəyi ilə, mümkün olan və ağla batan bir işdir və Qurani-kərim və mötəbər hədislərdə qəti və açıq şəkildə verilmiş vədə və müjdələr şübhəsiz baş verəcəkdir və Allah bu ayənin daşıyıcısı olaraq o Həzrəti, onun səhabələrini və özünün bütün bəyənilmiş bəndələrini bütün millətlərə qalib və hakim və yer üzünün varis və maliki edəcəkdir:                                                                      

NŸ2 `ÏiB 7pt¤Ïù A's#ŠÎ=s% ôMt7n=xî Zpt¤Ïù OouŽÏWŸ2 ÈbøŒÎ*Î/ «!$# 3    1

“Nə çox az saylı qrup ki, Allahın izni ilə çox saylı qrupa qalib gələr.”          Əgər təbii səbəblər və zahiri amillər baxımından da məsələni araşdırsaq, belə

bir fəth və qələbənin və o ilahi hökumətin yaranması mümkün və əməli olacaqdır, çünki o Həzrət zühur edəndə içtimai, əxlaqi və siyasi durum və vəziyyət, tamamən, münasib və qənaət bəxş olacaqdır.

O, zaman bütün millətlər mənəvi və əxlaqi mədəniyyətdən məhrum olacaq, düşmənçilik, kin-küdrət, zülm və təcavüz hammını bir-birinə qarşı bədbin və bir-birindən ayrı salacaq və birlik, vəhdət, həmkarlıq və əməkdaşlıq, tamamən insanların arasından götürüləcəkdir, qeybdən kömək və ilahi yardım  gəlməyincə kiminsə cəmiyyətə rəhbərlik edə biləcəyinə hammı məyus olacaqdır, sözün qısası, hammı bir-biri ilə mübarizə, müharilə və münaqişədə, hammı öz vəziyyətindən narazı və təbliğ olunan müxtəlif məktəb və cəryanlardan naümüd olacaq, rejimin dəyişməsini, inqilab və durumun əvəz olmasını, Allahı tanımayan məmurların kənara çəkilməsini, sərhədlərin götürülməsi, ərazi və siyasi bölünmə və tikələnmələrinin ləğv edilməsini gözləyəcəkdir.

Belə bir vaxtda həzrət Sahib əz- Zaman – aləmlərdəkilərin ruhları ona fəda olsun – və onun səhabələri iman qüvvəsü və gözəl əxlaqla və ən  güclü abadlaşdırma, iqtisadi və ictimai ədalət konsepsiyası ilə islahat, Quran və İslama dəvət etmək üçün meydana çıxacaq, o ilahi hərəkat və ruhani dəvəti başlayacaq, camaatı Allaha, Allahın hökümləri, bərabər yaşayış və qardaşlığa, ədalət və asayeşə, səfa və vəfadarlığa, doğruçuluq və düzgünlüyə, nəzm və intizama çağıracaqdır, özü və səhabələri bütün insanlıq fəzilətlərinin nümunəsi olacaq, iman qüvvəsi, əsl möminlərə məxsus olan möhkəmlik, davamiyyət və iradə ilə öz hədəf və məqsədlərini izləyəcəklər.

Aydındır ki, bu qrup bu  proqram və iş üslubları ilə o təlatumlu, problem və təziqlər tufanında qərq olmuş dünyada ürəkləri özlərinə tərəf cəlb edəcək, fateh, müzəffər və müvəffəq olacaqlar və heç bir qüvvə onların qarşısında müqavimət göstərə bilməyəcəkdir.

Bu həqiqətin praktiki sübutu Rəsuli-Əkrəmin (s) zühuru,s islam dininin sürətli inkişafı və islamın birinci əsrində müsəlmanların ağılları heyran qoyan fəthlərdir, belə ki, o dalbadal qələbələrin İran şahənşahlıq dövləti və Roma imperatorluğunun böyük qoşunlarının darmadağın edilməsinin təbii və zahiri amillərindən biri,  İran və Roma imperiayasının bərbad ictimai vəziyyəti və dövlət idarələrində hökm sürən brokrotiya idi, bütün bunlar bu böyük ölkələrin camaatını düzgün bir dəvəti, ədalət və musavat əsasında qurulan bir hökuməti qəbul etməyə hazır etmişdi.

O ölkələrin əhalisi diktatorluq quruluşu, öz soltan və hakimlərinin çox şiddətli və qeyri insani zülümkarlıqi qarşısında quldan da əskik idilər və insanlıq hüququndan məhrum olmuşdurlar; o insanlar hər bir kəsə və hər bir vəzifə sahibinə baxırdılarsa onda heç bir işıq ucu görmürdülər; nə mədəniyyətləri var idi, nə iqtisadiyyatları, nə ədalətləri, nə asayeşləri və nə... və nə...

Bütün o təzimdən, sitayeşdən, pərəstişdən və soltanların zülmündən yorulmuşdular, bunlardan əlavə, əhalinin müxtəlif təbəqələri arasındakı ixtilafların ən acınacaqlı forması da onların arasında hökm sürürdü, belə ki, ölkə əksəriyyət məhrum, səfil və yalnız bir yığın imkanlı, ixtiyar sahibi, ehtiyacsız, yersiz hörmət sahibi olan insanlardan təşkil olmuşdu.

Məlumdur ki, belə bir ölkə insanlarının qulağına belə bir ruhani azadlıq sədası yetişəndə:                                       

 

 

“ Biz və sizin aranızda bərabər olan bir kəlməyə tərəf gəlin  və o da budur ki, Allahdan başqasına pərəstiş etməyən və heç bir şeyi ona şərik qoşmayan”

və bu ayəni dinləyəndə:

 

“Həqiqətən, Allah ədalət və yaxşılıq və öz yaxınlarınıza əta və bəxşiş etməyə əmr edir və çirkin və pis işlərdən və zülümdən çəkindirir.”

və bu elanı eşidəndə:

 

“Ey insanlar biz sizin hamınızı əvvəl bir kişi və bir qadından yaratdıq , bir-birlərinizi tanıyasınız deyə çoxlu şöbələr və qəbilələr halına gətirdik, Allahın yanında sizin ən hörmətliniz ən təqvalınızdır.”

və başqa ayələri eşidəndə sonsuz məhəbbət və xoşhallıqla ona iman gətirib və onun inkişafı  üşün  manelələri aradan qaldırıdılar ararlar.

O camaat o dövrün soltanları və zülümkarlarının zülm, sitəm və eqaistliyindən cana gəlmişdilər, şübhəsiz ədalət və imtiyazların ləğvi, bəy və nökərin, şah və rəiyyətin, ağ və qaranın qanun  ədalət qarşısında bərabərliyinə əsaslanan ilahi bir dəvəti və qəlbi oxşayan tövhid çağrışını qəbul edərdilər və elə buna görə də, bu dəvəti öz  mənafelərinin zərərinə hesab edən n şəxslər hər nə qədər onun qabağını almaq istəsələr də ya camaatın ona tərəf yönəlməsinə maneçilik törətmək istəsələr də bacarmadılar, hər yerdə inqilab olurdu, hər yerdə zalım rejimi, əvvəlki vəziyyətlərini məhkum edirdilər və vəziyyət dəyişirdi.

Rəvayətlərə əsasən zamanənin imamı həzrət  Məhdinin (ə) dəvətini – bu həmin islam və Qurana dəvətdir – qəbul etmək üçün dünyanın vəziyyəti peyğəmbərin (s) meydana çıxdığı zamanki dünyanın vəziyyətindən dəfələrlə daha hazırlıqlı olacaqdır, gördük ki, islam ideası İslamın meydana çıxmasının başlancığında sürətlə inkişaf etdi və tövhid sədası bütün çağrışlara qələbə çaldı, öz tarixinin bir qüşəsində əziz peyğəmbər (s), Əli (ə) və Xədicədən (ə) ibarət olan islam cihad və müşriklərin yürüşlərindən müdafiə meydanlarında hərbi təchizatın yoxluğu ilə çox az bir zamanda nəaliyyətlər əldə etdi və o zamanki dünyanın ən inkişaf etmiş silahları ilə təchiz olunmuş yüksək nizama malik qoşunları məğlub və darmadağın etdi.

İmam Zaman (ə) da bu şəkildə, sayılanı işin əvvəlində Bədr döyüşünün mücahidlərinin saylarına bərabər olan səhabə və yoldaşları ilə o günkü bərbad və aramsız dünyanı aram və əhalisini parlaq, xeyrxahlıq, rəhmət və bərəkətlə dolu olan gələcəyə elə ümüdvar edəcəkdir ki, ən sürətli  ötən fürsətdə belə hammı İslam dininə yönələcək və əsrin imamının (ə) rəhbərliyi altında yaranacaq möhkəm və qüdrətli ilahi bir təşkilatı qəbul etmək üçün öz hazırlıqlarını nümayiş etdirəcəklər.

1وما ذلک علي الله بعزيز



1 – Bax: Müntəxəbul-əsər, bab 5, fəsl 7, səh. 475-476.

1 –Bəqərə surəsi, ayə 249.

1 –Ali-İmran, ayə 64.

2 -  Nəhl surəsi, ayə 90.

1 - Nucurat surəsi, ayə 13.

1 -  Və bu Allah üçün çətin deyildir.

  694
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nigeriya xalqı Şeyx Zəkzəkiyə azadlıq tələbilə növbəti mitinqini keçirdi – Foto
      Ərəbistan qırıcıları Yəməndə uşaqları daşıyan avtobusu hədəfə alıblar
      İMAMLARDAN ŞƏFAƏT İSTƏMƏK
      Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar
      Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur
      Təqlid mərcələri Ümumdünya Qüds Gününə çağırış etdilər
      İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa ...
      İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
      Təqlid mərcələri Qüds günü yürüşündə geniş iştiraka çağırıblar
      Almaniya pivə şirkətindən İslama qarşı sayğısızlıq: Pivə şüşələrinin qapaqlarına ...

 
user comment