Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın dünyanın sifəti barədə kəlamlarındandır

81-ci xütbə

 

İmam Əli əleyhis-salamın dünyanın sifəti barədə kəlamlarındandır.

Əvvəli əziyyət, sonu yoxluq olan bir sarayı necə vəsf edim? Halalının hesab-kitabı, haramının cəzası var (halal yolla qazandığının Qiyamətdə sorğu-sualı edilər, haram yolla qazanansa axirətdə əzaba düçar olar). Onda varlı ehtiyacsız olan fitnəyə, bəlaya düşər, möhtac fəqir qəmgin olar. Onu əldə etməyə çalışan istəyinə çatmaz, dünya onun üçün çalışmayana üz tutar. Dünya ona (ibrət gözü ilə) baxanı gözüaçıq agah edər (ki, doğru yolu taparaq özünü axirətə hazırlasın), zinətinə bəzəyinə nəzər yetirəni kor edər (ki, yolunu aszın. Seyyid Rəzi buyurur:)

Kim İmam Əli əleyhis-salamın مَنْ أَبْصَرَ بِهَا بَصَّرَتْهُ «dünya ona ibrət gözü ilə baxanı gözüaçıq agah edər» buyruğu üzərində dərindən düşünüb-daşınsa, onda sonuna çatmaq mümkün olmayan heyrətamiz məna böyük məqsəd tapar. Onun həqiqətini dərk etmək olmaz. Xüsusilə , bu cümləni وَ مَنْ أَبْصَرَ إِلَيْها أَعْمَتْهُ «dünya, zinətinə bəzəyinə nəzər yetirəni kor edər» أَبْصَرَ بِهَا cümləsi iləأَبْصَرَ إِلَيْهَا  yanaşı qoysa, arasındakı fərqi heyrətlə açıq-aydın görər.

 

82-ci xütbə

 

İmam Əli əleyhis-salamın «Qərra» (nurani, görkəmli) xütbəsi adlandırılan, heyrətamiz xütbələrindəndir.

Şükür etmək öz gücü qüdrəti ilə (hər şeyə) qalib gələn, bəxşiş ehsanı ilə (hər kəsə) yaxın olan, hər fayda xeyiri bağışlayan, bütün böyük ağır bəlaları dəf edən Allaha məxsusdur. Ardı-arası kəsilməyən ehsanlarına bol nemətlərinə görə Ona şükr edir, Ona iman gətirirəm. (Varlığına vahidliyinə yəqinliyim var) ki, əvvəl (hər bir şeyin başlanğıcı) (varlığı hamıya) aşkardır. Ondan məni doğru yola yönəltməsini istəyirəm ki, O, (hamıya) yaxın yol göstərəndir. Ondan kömək diləyirəm ki, güclü qüdrətlidir (hər bir şəri məndən uzaqlaşdırıb, hər bir xeyri mənə çatdırsın). Ona təvəkkül edirəm ki, (mənə) kifayətedən köməkçidir. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi alih) onun bəndəsi elçisidir. Onu əmr buyruqları yerinə yetirmək, dəlil sübutlarını təbliğ etmək, (günah görənləri) oyanış günündən qabaq Onun əzabından qorxutmaq üçün göndərmişdir.

Ey Allah bəndələri! Sizlərə (yol göstərmək) üçün (Qurani-Kərimdə) misallar çəkən (qəflətdən azad olmanız üçün əhvalatlar danışan), əcəllərinizi müəyyən edən, sizə (başqa yaradılmışlardan üstün olmaq üçün insanlıq) paltar geydirən, məişətinizi yüngülləşdirən (rahatlığınız üçün vasitələr yaradan), əməllərinizdən (yaxşı pisindən, böyük kiçiyindən) agah olan, onlara görə əvəzləri hazır qoyan, sizlərə bol nemət saysız-hesabsız ehsan bəxş edən, açıq-aşkar dəlillər (peyğəmbərlər səmavi kitablar) vasitəsilə sizləri (əzabdan) qorxudan, sizləri (imtahan sınaqda) sayan (onun elmi bütün söz əməllərinizin cüziyyatını külliyatını əhatə edir), ömür həyatınızın müddətini sınaq evində ibrət sarayında təyin edən Allahdan (onun əzabından) qorxmağı təqvalı olmağı tövsiyyə edirəm. Siz (yaxşı əməl sahiblərinizin pis əməl sahiblərinizdən ayrılması üçün) dünyada imtahan olunursunuz (qiyamətdə) dünyada dediyiniz sözlərin tutduğunuz işlərin hesabı soruşulacaq. Beləliklə, (dünyaya ürək bağlamayın ki,) dünya çeşməsinin gözü bulanıq palçıqlıdır. (Dünyapərəstlərin gözündə) onun mənzərrəsi heyrətamiz, imtahan sınağı isə kor edəndir. Yox olan bir aldadıcı, gizlənən bir işıqlıq, itən bir kölgə, dağılmağa doğru gedən bir söykənəcəkdir (sabitlik davamlılıq onun üçün deyil). (Öz ağlına əsasən) ondan uzaqlaşıb, ona ürək bağlamayan kimsə onunla ünsiyyətdə olub, arxayınlaşdığı zaman dünya at yaxud dəvə kimi (onu yerə yıxmaq üçün) ayaqları ilə ona zərbə vurar, (yollarda qurduğu) tələləri ilə ovlayar, (kamana çəkdiyi) oxları ilə həlak edər, ölüm kəndirlərini (cürbəcür xəstəlikləri çətinlikləri şücaətli igid) kişinin boynuna salar, onu uyuyacağı dar yerə (qəbrə), qayıdacağı qorxulu yerə (axirətə) əbədi məkanına (cənnət, ya cəhənnəm), əməllərinin (pis ya yaxşı) əvəzini görməyə çəkər. Öz ata-babalarının canişini sayılan gəlməkdə olanlarla da dünyanın rəftarı belədir: Ölüm (onları) qırmaqdan ( biçarə etməkdən) qalmır, yerdə qalanlar isə günah törətməkdən əl çəkməyərək peşman olmurlar. Özlərindən əvvəlkilərin yolu ilə gedir axırı fənalıq yoxluq olan sona qədər dalbadal (gəlib) keçirlər (hamısı ölürlər). İşlərin kəndiri (məxluqatın ölümü nəticəsində) çözüldükdə, zaman ötüb keçdikdə, insanların oyadılmaları günü yaxınlaşdıqda (qiyamət qopduqda) Allah onları qəbirlərdən, (onları yemişlərsə) quşların yuvalarından, (onlara yem olmuşlarsa) yırtıcıların mağaralarından, müharibə meydanlarından (ölmüş olsalar) bayıra çıxarar. Haqq-təalanın əmr fərmanını yerinə yetirməyə hazır vəziyyətdə sürətlə Allahın onlar üçün ayırdığı məad qayıdış yerinə doğru gedərlər. Sakit, dinməz sıraya düzülmüş (əyləşməyə danışmağa taqəti olmayan) bir dəstə olarlar. Allah onların hamısını görəndir (onlardan heç kimsənin dünyadakı sözü əməli Allaha gizli deyil) (hesab-kitab üçün çağrıldıqda) carçı öz səsini hamıya eşitdirər. (O günün qorxusunun təsirindən) onlara təvazökarlıq, itaət, zillət xarlıq paltarı geyindirilər. O gün (dünyada çətinliklərdən xilas olmaq üçün işlədilən) məkr hiylə işə yaramaz, ümidlər kəsilər ürəklər (əzabın qorxusundan) əzgin qəmgin olar, səslər təvazökarlığın təsirindən alçalar batar, ağızları (atın ağzındakı cilov kimi) köpük basar. (Günahlarının cəzasına görə) qorxu hüdudsuzdur. Haqqı batildən ayırmaq, xeyir şər əməlin cəzasını, savab mükafatını vermək üçün carçının səsinin heybətindən qulaqlar lərzəyə gələr.

(Dünyanın onlara qarşı rəftarı, qiyamət günü yenidən diriləcəkləri geri dönəcəkləri haqda danışdığınız insanlar Allahın) qüdrətdən yaradılmış, ixtiyarsız boya-başa çatdırılmış, ölümə düçar olaraq, qəbrlərdə parça-parça olan, (ailəsindən var-dövlətindən uzaq) təkcə dirildilən, (yaxşı, pis əməl sözlərinin) cəzasına çatan hesab-kitabla, təhqiqlə (yaxşı əməl sahibi pis əməl sahibindən) ayırd edilən bəndələridir. (Onda, yaxşı olar ki, qəflət yuxusundan ayılıb, günah itaətsizlik etməyin ki, öləndən sonra peşmançılığın faydası yoxdur. Çünki insanlara dünyada) azğınlıqdan xilas olmaq üçün möhlət verilmişdir, (onlar peyğəmbərlərin vasitəsilə) doğru yola yönəldiliblər. Onlara özündən narazı olanın razılığını qazanmaq üçün verilən fürsət kimi fürsət verilmişdir. Şübhələrin (nadanlıq azğınlığın) qaranlıqları (ağıl neməti peyğəmbərlərin təbliği ilə) onlar üçün qaldırılmışdır. Yaxşı atları cıdırda hamını ötmək üçün arıqladaraq hazırladıqları kimi hazırlaşmaları, Haqqı-həqiqəti əldə etmək üçün düşünüb fikirləşmələri, axtaranın elm bilik nuruna yiyələnməkdə tələsməməsi üçün ömürləri boyunca əcəl gəlib çatana kimi əllərində olan fürsətlə (dünyada) öz ixtiyarlarına buraxılmışlar. Heyrət, bircə bu doğru-düzgün (xəta səhvin olmadığı) örnəklər, (nadanlıq azğınlıq xəstəliklərinə) şəfa bəxş edən bu öyüdlər təmiz qəlblərə, eşidən qulaqlara, möhkəm düşüncələrə (doğru ilə fəsadı bir-birindən ayıran) güclü ağıllara çatsaydı. Beləliklə, nəsihəti eşidib ondan boyun qaçıranın, (nadanlığı ucbatından) günaha bataraq etiraf edən (tövbə edib geri dönən) (günahdan, itaətsizlikdən) qorxaraq savab görən (Allahın peyğəmbərin razılığını əldə edib) (ilahi əzabdan) çəkinən, (ibadətə bəndəliyə) tələsən, (qiyamət gününə) yəqinlik hasil edən, (dünyada) öz rəftarını yaxşılaşdıran ona öyüd-nəsihət verdikdə (doğru yola yönəltdikdə) qəbul edən, (ölümdən sonrakı çətinliklərlə) qorxutduqda qorxan (özünü çətinliyə salacaq görməyən), (günah itaətsizliyi) qadağan etdikdə (ondan) uzaqlaşan, (Allahın fərmanına) boyun əyən, (azğınlıqdan) uzaq olan, (öz ağlına) müraciət edən, (törətdiyi günahlardan) tövbə edərək geri dönən, (rəhbərlərinə) tabe olan, (eynilə onların) yolunu gedən, doğru yol göstərildikdə onu görən (ona qədəm qoyan), sonra isə tələsə-tələsə haqqı axtaran, (nadanlıq azğınlıqdan) qaçdığı halda nicat tapan, (qiyamət gününə ehtiyacı üçün) azuqə qazanan, öz batinini paklaşdıran, məad qayıdışını (təqva pərhizkarlıqla) abad edən, (dünyadan) köç günü, yol (axirət səfəri), ehtiyac kasıblıq vaxtı (qəbr qiyamət) üçün azuqə (Allaha ibadət xalqa xidmət) ilə öz arxasını gücləndirən, həmin azuqəni özündən qabaq əbədi məkana (axirətə) göndərənin qorxduğu kimi Allahdan qorxun. Belə isə, ey Allah bəndələri, pərhizkar olun, onun üçün yaradıldığınızı (ibadət bəndəliyi) niyyət edin, sizi qorxutduğundan (əbədi əzabdan) artıq dərəcədə qorxun. Qiyamətin dəhşətinin qorxusu haqda Ondan əhdinə vəfa etməsini istəməklə sizin üçün hazırladığı cənnətə layiq olun. Onun vədi həmişə doğrudur.

 

Bu da həmin xütbənin (insan bədəninmn xəlq edilməsi, Haqq-təalanın nemətlərinin xatırlanması, Siratın vəhşətindən qorxudulması təqvaya, pərhizkarlığa həvəsləndirilməsi barədə) bir hissəsidir.

 

Böyük Allah sizin (eşitməkdən) faydalanmanız üçün iki qulaq (eşitmə hissi) yaratdı ki, lazım olanı (cəmiyyətin həyatında işə yarayanı) qoruyasınız. (Görmək üçün) iki göz (görmə hissi) yaratdı ki, qaranlıqdan xilas olub, görəsiniz. Hər (zahiri) üzvü (batini) üzvlərin mühtəvasına çevirdi. (Hər bir üzv bir neçə üzvdən ibarətdir. Məsələn, əl damar, qan sümükdən bu kimi digər hissələrdən ibarət olduğu kimi.) Həmin üzvləri öz faydalı hissələri ilə bərqərar olan bədənlərə, (ağıl tədbirlə) o bədənlərin ruzisini istəyən ( ya öz ruzisinə «elm maarif»- cəlb edən) ürəklərə quruluş şəkil verdi, davamlılığına görə münasib yerlərdə yerləşdirdi. Bir halda ki, Onun ucsuz-bucaqsız nemətinin minnətinə sahibsiniz, Onun minnətinin səbəbləri sizə aşkardır. (Xəstəliklərə) maneə olan vasitələrlə onun salamatlıq nemətindən faydalanırsınız. (Sizə əta etdiyi nemətlərdən biri budur ki,) ömrün həyatın müddətini sizdən gizli saxladı ( vaxt öləcəyinizi bilmirsiniz. Bunu bilməməyinizin özü dünyəvi işlərinizin nizamlanması üçün çox xeyirlidir). Sizdən öncəkilərdən sizlərə ibrət nişanələri qoydu. Dünyadan aldıqları ləzzət faydadan, ölüm kəndirinin boğazlarına keçməsinə qədər nəsibləri olan vaxtın uzunluğundan bolluğundan. Arzularına çatmadan öncə ölüm onları tələsik haqladı onlarla arzuları arasına ayrılıq saldı. Sağlam olduqları vaxt (axirət üçün) azuqə yığmadılar, ilkin çağlarda (cavan güclü olarkən) ibrət götürmədilər (ömürlərini boş yerə başa vurdular). Cavanlıq gücünün zirvəsində olanı qocalıqdan bükülməkdən başqa bir şey gözləyirmi? Sağlam olan kimsənin gözü müxtəlif xəstəliklərdən qeyri bir şeyin yolunda olarmı? Bərqərar mövcud olan kimsə yoxluq fənalıqdan başqa bir şeyi gözləyərmi? (Xoşbəxt o kəsdir ki, qədər ki, sağlam güclüdür, fürsəti qənimət bilib işlərini sürətləndirsin.) Özü (dünyadan) uzaqlaşmaq ayrılıq, (axirətə) köç daşınma, müsibət çətinliyin (can vermənin) ağrısının iztirab narahatlığından titrəmək, qəm kədərin çoxluğundan ağız suyunu axıtmaq, fəryada çatmağa çağırmaq üçün gözlərini ətrafa dolandırmağın, xidmətçilərdən ( ya övladlarınızın balalarından), yaxınlardan, dostlardan əyaldan kömək istəməniz yaxın olduğu bir vaxtda. Qohumlar (ölümün çətinliklərini) dəf edəcəklərmi? Onların vay-şivənlərinin xeyri varmı? Bir halda ki, qəbristanda gora tapşırılmış, dar yataqda (qəbirdə) tənha qalmışdır. Gəmiricilər (ilan, əqrəb, qurd başqa heyvanlar) bədəninin dərisini parça-parça etdilər, çətinliklər onun təravətini çürütdü məhv etdi. Şiddətli küləklər izlərini, zəmanənin müsibətləri nişanələrini yox etdi. (Ondan qəbirdə bir iz, camaat arasında isə sorağı qalmadı.) Cəsədləri təravətli, təzə olduqdan sonra dəyişdi, sümükləri gücləndikdən sonra çürüdü, canları ağır yükün (günahın) altında qaldı. Qeybdən görünməzdən gələn xəbərlərə (qəbir, qiyamət, hesab haqqında heyran sərkərdan olduqları Cənnət Cəhənnəmə) yəqinlik əldə etdilər. (Bu vaxt) onlardan yaxşı əməllərini artırmaq istəməzlər, (onların) xətalarının pisliyindən razı şad olmazlar.[1] Sizlər bu camaatın oğulları, onların ataları, qohumları qardaşları deyilmisiniz ki, onların rəftarına əməl edib, atlarına minib, getdiyi yolla gedirsiniz? Ürəklər öz nəsibini bəhrəsini əldə etmək üçün bərk doğru yola yönəlməkdən nicatdan qəflətdədir. Öz yolundan qeyri bir yolla (günah itaətsizliyə doğru) gedir. Sanki məqsəd (ilahi vəzifələrə diqqət) onlardan qeyrisi üçündür. Sanki, onların nicatı dünyanı (malını) toplamaqdadır. (Axirət azuqəsi qazanmaq, deyil!)

Bilin ki, sizin yolunuz Siratdan (cəhənnəm körpüsündən) kecəcək ki, addımlar onun üzərində büdrəməkdən titrər, insan böyük qorxu həyəcana düşər. Belə isə, ey bəndələr, qorxun Tanrıdan! (Qiyamət gününün) fikir düşüncəsi ürəyini bürüdüyü, (ilahi əzabdan) xof qorxu bədənini incitdiyi, gecə ibadət itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümidin günün günorta çağı (isti hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan (həmişə Allahı xatırlayan) ağıllı insanın qorxduğu tək qorxun! (Qiyamət günündə) əmin-amanlıqda olmaq üçün (günah itaətsizlikdən olan) qorxunu üstün tutdu (qiyamətdə əzaba mübtəla olmamaq üçün dünyada günah etmədi), onu doğru aşkar yoldan saxlayan söz əmələ gözlərini bağladı yaxşı olan, aydın, doğru yola (Allahın razılığı şadlığına) çatmaq üçün ən yaxşı yolları seyr etdi. (Nicat üçün) böyük maneə olan (dünyaya) aldanmaq onu (ibadət bəndəlikdən) saxlamadı. Şübhəli şeylər ona gizli deyil (heç bir işdə o, nadan deyil), müzəffər (cənnət) müjdəsinin sevincindən, ən asudə yatağında (qəbirdə) çox rahat xoş olmağına, daha əmin-aman gündə (qiyamətdə) şaddır. Dünyanın keçidindən keçdi tərifləndi. Axirətinin azuqəsini əvvəlcədən göndərərək xoşbəxt oldu. (Allah) qorxusundan (doğru yola tələsdi). Möhlət verilmiş dünyada (ibadət bəndəlik üçün) sürətlə irəlilədi. Allahı razı salmaq üçün şövqə gəldi. (İlahi əzabdan) qaçmaq üçün (doğru yolla) getdi. Bu günündə (dünyada) sabahını (axirətini) qoruyurdu. Onu gözləyənləri (qəbir, bərzəx qiyamətdəki halını) köçməmişdən qabaq gördü. Deməli, cənnət bəxşiş savablarına görə (xeyir əməl sahiblərinə) kifayət edər. (Elə işlər görün ki, əbədi məkanınız orada olsun), cəhənnəm əzab çətinliklərinə görə (günahkar insanlara) bəs edər. (Elə görün ki, ora düşməyəsiniz). Yetər ki, Allah (pis əməl sahiblərindən) intiqam alsın (yaxşı əməl sahiblərinə) mədəd kömək olsun. Quranın (ona əməl etməyənlərə qiyamət günündə) sübut gətirərək düşmən kəsilməsi bəs edər.

Mənim sizə vəsiyyət tövsiyyəm pərhizkarlıq qorxutduğu şeylə (qiyamətin əzab çətinlikləri) üzrxahlığa yer qoymayan, aşkar, aydın etdiyi şeylə (Qurani-Kərimlə) hüccəti (dəlil-sübutu) tamam edən Allahdan qorxmaqdır. (O) sizi düşmənlə (Şeytanla) qorxutmuşdur «وَلاَ تَتَّبِعُواْ خُطُواتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ»[2]  ki, gizlincə sinələrə nüfuz edər, xeyirxahcasına (azdırmaq üçün) qulaqlara söz deyər. Sonra, (dalınca gələni) azdıraraq puç edər. (Ona) vəd verərək (yersiz istəklərə) meylləndirər, pis günahları (onun nəzərində) bəzəyər, öldürücü böyük günahları asan göstərər. Tədricən öz ardıcılını aldadaraq girov kimi öz itaətinin əsarətinə keçirər.[3] (Bu vaxt) zinət verib bəzədiyini (istəkləri) danar, asan qələmə verdiklərini (günahları) böyük sanar, (arxasınca gələnləri) əmin etdiyi ilə qorxudar.[4]



[1] Çünki dünya əməl meydanı, axirət isə cəza yeridir. Ona görə , orada demirlər ki, yaxşı əməllərini artır, günahından keçək ya günaha, itaətsizliyinə görə səndən incimişik, bizi razı sal.

[2] Qurani-Kərimin Bəqərə surəsinin 168-ci ayəsində buyurulur: «Şeytanın ləpirlərinə qədəm qoyub, onun ardınca getməyin. Çünki O sizin açıq-aşkar düşməninizdir.

[3] Girov hər hansı malın əsiri olduğu, o verilməyincə girov qaytarılmadığı kimi, şeytanın ardınca gedən onun göstərişinə əməl etməyincə şeytan ondan əl çəkməz.

[4]Bu sözlər Allah-təalanın Qurani-Kərimin Ənfal surəsinin 48-ci ayəsində buyurduğuna işarədir. «وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لاَ غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ فَلَمَّا تَرَاءتِ الْفِئَتَانِ نَكَصَ عَلَى عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَى مَا لاَ تَرَوْنَ إِنِّيَ أَخَافُ اللّهَ وَاللّهُ شَدِيدُ الْعِقَابِ» Şeytan Qüreyş müşriklərinin Həzrət Peyğəmbərlə müharibəyə çıxmalarını onların nəzərində yaxşı qələmə verib dedi: Bu gün heç kəs güc qoşunun çoxluğu baxımdan sizə qalib gələ bilməz. Mən sizin fəryadınıza çatanam. Onlar Bədrdə İslam qoşununu görüb bir-birinə yaxınlaşdıqda şeytan iki dabanı üstündə, geri dönərək dedi: «Mən sizdən bezmişəm. Mən mələklərin necə müsəlmanların köməyinə gəldiyini görürəm, sizsə görmürsünüz. Mən Allahdan qorxuram, Allahın əzabı ağırdır».

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həcc karvanının ilk dayanacağı
Quran oxu sən ...
İmam Hüseyn ələyhis-salamın gözəl cəmalı
İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində
Həzrətin əyatı
Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI

 
user comment